20
pul düşkünlərinin, özünü bir-birindən üstün tutanların, taxt-tac
hərislərinin, içi şeytan yuvasına çevril miş lərin, nəfsinə, tamahı-
na qul olanların quramasıdır. Kəbə qa pısı kimi Qurani-Kərim də
hər cür fikirayrılıqlarına son qo yan əsasdır. Allah kəlamından,
Tanrı birliyindən qaçanlar hida yət yolunu azmışlardı. Zənnə
uymuşlardı”. Hacı Həsən bu söz lərin müqabilində “Ya Şıx Hacı
Qasım Çələbi, sənə iman gətirməyənə lənət” deyir.
1
Bu əhvalat
Hacı Qasım Çələbinin məzhəb ədavətini ortadan qaldırmaqdakı
əzmini göstərir. O, “Əhli-beyt məhəbbəti” və “Əməvilərə qarşı
mənfi münasibət bəsləmək” kimi prinsipləri önə çəkərək nəzəri
planda fəaliyyət yürütməklə yanaşı, Qarabağda tanınmış şiə
nümayəndələri ilə dostluq əlaqələri quraraq məzhəb problemi-
ni həll etmək üçün mühüm işlər görmüşdür. Sirik kənd sakini
Müstəqim Zamanovun dedikləri bu işlərin xalq arasındakı təsiri
baxımından önəmlidir:
“Bizim babamız – kökümüz Əhməd Çələbi olufdu. Üm-
miyət nən, bizə Çələbilər deyillər. Əziz Əfəndi oğlu Əhmət
Çələbi. Di yar bəkirdən gəlifdi. Yani, təriqət yaymağ üçün gəlif-
di Azərbaycana. Bizimkilər elə bir ortax yol tutuflar ki, mə-
sələn, Cəvrayılda sünni-şiyə söypəti yoxdu. Hamı bir-birin-
nən qız alıfdı, qız verifdi. Yəni, biz özümüz, elə bil ki, sünnü
təriqətinnən ola-ola imama ehsan ve ririh, onun qırxın saxlıyı-
rıx, toy eləmərih. On gün üzümüzü qırx mırıx. Yəni, bütün necə
ki, şiyələr, elə bil ki, o on iki imama olan sevgi bizdə onnan da
artıxdı. Heş bizim ixdiyarımız da çatmır ki, min üş yüz il bın-
nan qabağ olmuş hadisələrə hansısa bir rəy söylü yəh. Ora əl
uzatmax, barmağ uzatmax, yanı bizə yaramaz”.
2
Mir Həmzə Nigari ənənəsinin tanınmış nümayəndələrindən
olan Qasım Çələbinin təəssüf ki, günümüzədək gəlib çatmış
heç bir əsəri yoxdur. Onun fikirləri ocaq təmsilçilərinin, eləcə
1
Əlisahib Əroğul, Yəhya Çələbi Haqq dünyamızın işığı, s. 72.
2
Qarabağ: Folklor da bir tarixdir - VI kitab (Cəbrayıl, Kəlbəcər və Tərtər ra-
yonlarından toplanmış folklor örnəkləri), s. 74.
21
Azərbaycanda tolerantlıq ənənəsi
də Cəbrayıl və Qubadlıdan olan sadə camaatın, xüsusilə Si-
rik kənd sakinlərinin anlatdıqları şifahi məlumatlar vasitəsilə
günümüzədək gəlib çatmışdır.
Hacı Qasım Çələbinin görüşləri onun tələbələri vasitəsilə
yayılmışdır. Tələbələrin içərisində kürəkəni Bəhlul Behcət
Əfən dinin xüsusi yeri vardır.
Bəhlul Behcət Əfəndi 1869-cu ildə Zəngəzur qəzasının (in-
diki Qubadlı rayonunun) Dondarlı kəndində dünyaya gəlmiş,
1938-ci ildə Sovet rejiminin repressiya qurbanı olaraq öldürül-
müşdür. O, Hacı Qasım Çələbinin öndə gələn tələbələrindən
olmuşdur. Bəhlul Behcət dövrünün böyük din alimi, həmçinin
ərəb, fars dillərinin və klassik Şərq ədəbiyyatının mükəmməl
bilicisi olmuş, Nizami Gəncəvi və Qafqaz folkloru mövzu-
sunda monoqrafiya yazmış, Sarı Aşığın yaradıcılığını araşdı-
raraq əlyazma şəklində kitab tərtib etmişdir. Bəhlul Əfəndi,
həmçinin Qaçaq Nəbi ilə bağlı bir səhnə əsəri də yazmışdır.
1
Dərin dini biliklərə malik olduğu üçün Bəhlul Behcət 1915-ci
ildə Zəngəzur qazisi təyin edilmişdir.
Bəhlul Behcət mürşidi Hacı Qasım Çələbinin görüşlərini
davam etdirərək yazdığı əsərlərdə bölgə əhalisi arasında
şiə-sünni ayrı-seçkiliyinə qarşı mübarizə aparmışdır. “Ali-
Məhəmməd tarixində təşrih və mühakimə” adlı Əhli-beyt
imamlarının həyatına həsr etdiyi əsərdə bunu aydın görmək
mümkündür.
2
Kitabın müqəddiməsində məzhəb təəssübkeş-
li yinin fəsadlarından bəhs edən Behcət bu fəsadların İslama
vurduğu zərərlərə diqqət çəkmişdir. Kitabın ən xarakterik
xüsusiyyəti onun şiə-sünni dünya görüşünün sintezindən iba-
rət olmasıdır. Əsər Azərbaycan türkcəsində qələmə alınmış,
daha sonra farscaya tərcümə edilmiş,
3
o dövrün Azərbaycan
1
Səbahəddin Eloğlu, Zəngəzur Hadisələri, Bakı, 1992, s. 23.
2
Bax: Bəhlul Behcət, Ali-Məhəmməd tarixində təşrih və mühakimə, Tehran,
1371.
3
Bax: Qazi Bəhlul Behcət Əfəndi, Təşrih və mohakeme dər tarix-e Ali-
Mohəmməd, trc. Mehdi Ədib, Məşhəd, 1362.
22
və İranın elmi-dini mühitində geniş rəğbət qazanmışdır. Döv-
rün böyük şiə alimlərindən olan Ayətullahil-üzma Şihabud-
din Mərəşi kitaba müqəddimə yazaraq Bəhlul Behcətin əqli və
nəqli elmlərdə dərin biliyə sahib olduğunu bildirmişdir.
Bəhlul Behcət nəzəri görüşlərini praktikada tətbiq etməyə
çalışmış, ətrafındakı müridlərinə dini kimliyi məzhəb kimliyinin
fövqündə tutmağı tövsiyə etmişdir. Hətta o, hər iki məzhəbin
nümayəndələrindən ibarət silahlı dəstələr də yarat mış və özü
bu dəstələrə başçılıq edərək daşnaklara qarşı mü ba rizə aparmış-
dır. Bu hadisə Zəngəzurda “Bəhlul cihadı” kimi məşhur olmuş-
dur.
1
Onun daşnaklara və onları dəs tək lə yən bolşeviklərə qarşı
mübarizəsi “Xanlıq üsyanı” kimi də ta nınır. İndiki Qubadlı ra-
yonun Xanlıq kəndində başlayan bu üsyanın məqsədini Bəhlul
Behcət belə açıqlamışdır: “Tarixi beşiyimiz olan Zəngəzur, Qa-
rabağ və onlara bitişik mahallar 12 yüz ildir ki, Azərbaycanın
əsas tərkib hissəsidir. Ancaq bu gün özünün bu torpaqda ya-
şamaq hüququ olmayan, ancaq bu məsələni silah gücünə həll
etməyə cəhd göstərən Andranik və onun daşnak qoşunları bu
torpaqları bizim əlimizdən almaq fikrindədirlər. Onlar bu yol-
da bütün vasitələrdən istifadə edirlər... Cihad bayrağı qaldır-
maqda məqsədimiz doğma torpaqlarımızı düşmənlərdən azad
etməkdir. Vətən, din, torpaq, İslam yolunda cihad etmək hər
müsəlman üçün böyük şərəfdir”.
2
Nigari ənənəsinə mənsub seyid ocaqlarının daşıyıcıları
Qara bağda təkcə dini lider olmamış, eyni zamanda bölgənin
ermənilərdən qorunmasında mühüm rol oynamış, eləcə də tay-
falararası qan davaları və sosial zəmindəki digər münaqişələri
həll edərək ağsaqqal funksiyasını yerinə yetirmişlər. Onlar icti-
mai münaqişələrin və problemlərin həllində barışdırıcı mövqe
tutaraq mümkün olduğu qədər heç kimin zərər görməməsini
1
Səbahəddin Eloğlu, Zəngəzur Hadisələri, s. 23-24.
2
M. Mükərrəmoğlu, “Bəhlul Əfəndi Behcət: Xanlıq üsyanı” Yeni kitablar”, Xalq
qəzeti, 24.01.2014.
Dostları ilə paylaş: |