Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə7/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   2   3   4   5   6   7   8   9   10   ...   208

17 

 

qardaşı  oğlu,  Xızırın  əmisi  olmaqla  Xəzər  dənizinin  padşahı  da  sayılır  [5].  Amma 



təkrar  qeyd  edirik  ki,  Xıdır  nəbi  qışın  dondurucu,  şaxtalı,  hətta  "yalquzaq"  adlanan 

çağında  çağırılır  və  bu  şərəfə  mərasim  keçirilir.  Bu  mərasimə  gərək  hər  ev,  ailə 

hazırlaşsın,  onu  təntənəli  şəkildə  qeyd  etsin.  Mərasimin  hamı  tərəfindən  qeyd 

olunması naminə əliaşağı olanlara, kasıblara kömək, yardım edilərmiş. Çünki bayram 

axşamı, yəni kiçik çillənin onuncu gününün axşamı hətta bir ev belə azuqənin yoxluğu 

səbəbindən  süfrə  açmazmışsa,  onda  elə  zənn  edilərmiş  ki,  guya  Xıdır  nəbi  bunu 

özünün sayılmaması kimi başa düşəcək, küsüb gedəcək və bununla da baharın gəlməsi 

yubanacaq.  Fikir  verilirsə,  bu 

mərasim  Azərbaycanda  ruhların 

qarşılanması  ilə  əlaqədar  keçirilən 

"Ata-baba  günü"  mərasimini  də 

yada salır, xatırladır. 

"Xıdır  nəbi"  mərasiminə,  bir 

qayda  olaraq,  çillənin  ilk  günündən 

hazırlıq başlanır. Buğda qovrulub əl 

daşında 


(kirkirədə) 

üyüdülərək 

qovut 

çəkilir. 



Qaynadılmış 

yumurtalar  daha  çox  Günəşin  və 

yazın  simvolu  sayılan  sarı,  qırmızı,  yaşıl  rənglərlə  boyanılır.  İstilik  verən  xörəklər 

bişirmək  üçün  tədarük  görülür.  Çəkilmiş  qovutdan  bir  qab  "Xıdır  nəbi"nin  sonuncu 

gecəsi,  adətən  yük  dolablarının  altına,  divar  taxçalarının  əl  dəyilməmiş  künclərinə 

qoyulur. Etiqada görə, həmin gecə Xıdır nəbi gəlib qovutun üstünə əl basır və bununla 

evdə bolluq, bərəkət yaranır. 

Çox  qədim  zamanlarda,  hələ  şamın  olmadığı  vaxtlarda  Azərbaycanın  bəzi 

bölgələrində  Xıdır  nəbi  mərasimi  günü  bağ-bağatdan  alma  çubuqları  qırılıb  evə 

gətirilirmiş.  Bu  çubuqların  uclarına  pambıq  sarınaraq  yağ  sürtülər  və  süfrəyə 

qoyulmuş qovutun  üstə  sancılaraq yandırılarmış. Həmin çubuqların  hərəsi bir  niyyət 

üçün  imiş:  yurdun  abadlığı,  ailənin  salamatlığı,  bağ-bostanda  barın  çoxluğu,  mal-

qaranın artması, toy-düyün və s. 

Burada təbii olaraq belə bir sual ortaya çıxır: Xıdır nəbi mərasimində nə üçün 

başqa ağacın yox, alma ağacının budaqlarından şam kimi istifadə olunur? Bəlli olduğu 

üzrə,  Azərbaycan  folklor  örnəklərində,  xüsusən  nağıl  və  dastanlarında  digər 

meyvələrlə tutuşdurmada alma üstün mövqe tutur. O, insan ömrünü uzadan, adamlara 

gümrahlıq verən, qocaları cavanlaşdıran, nəsil, soy artıran, yəni uşaqsızlara uşaq bəxş 

edən  sayılır.  Hətta  əski  zamanlarda  sevgili  seçmək  üçün  də  almadan  bir  vasitə  kimi 

istifadə edilmişdir. Almaatma adlı mərasimdə qız öz sevgisini oğlana atdığı alma ilə 

bildirərmiş.  Yaxud  almanın  ömrü  uzatmaq  məsələsinə  diqqət  edək.  Məşhur 

Azərbaycan nağılı "Məlik Məmməd"də deyilir ki, nağılda tanıdılan padşahın bağında 

bir  alma  ağacı  var  imiş.  Bu  ağac  birinci  gün  çiçək  açır,  ikinci  gün  çiçəyini  tökür, 

üçüncü gün bar verirmiş. Bu ağacın almasından kim yesə imiş, dönüb on beş yaşında 




18 

 

oğlan olurmuş. "Quru kəllə" nağılında isə tutuquşunun gətirdiyi alma tumundan bitən 



ağacın meyvəsindən yeyən altmış yaşlı bağban o saat on dörd gecəlik ay kimi oğlan 

olur. "Ölü Məhəmməd" nağılında isə almanın soy, nəsil artırma qüdrətindən söz açılır. 

Burada deyilir ki, gün-güzəranını odunçuluqla keçirən bir kişinin övladı olmur. Yenə 

bir  dəfə  kişi  odun  qırmağa  gedir  və  bu  vaxt  qapıya  gələn  dərviş  onun  arvadına  bir 

alma  verib  deyir:  "Almanın  yarısını  özün  ye,  yarısını  da  ərinə  ver  yesin;  sonra  bir 

övladınız  olar".  Almanın  yardımı  ilə  nəsilartırmaya  "Məlik  Məmməd  və  Məlik 

Əhməd"  nağılında  da  rast  gəlirik.  Burada  padşah  və  naxırçının  bir  almanı  tən  bölüb 

arvadları ilə birlikdə yemələri ilə hər ikisinin oğlu olur. "Şah İsmayıl - Gülzar xanım" 

dastanında isə dərvişin verdiyi almanı yeməklə nəinki padşahın özünün, hətta almanın 

qabıqlarını  yeməklə  atı  Qəmərnişanın  da  qulunu  olur  və  s.  Əlbəttə,  belə  örnəklərin 

sayını  istənilən  qədər  artırmağın  heç  bir  çətinliyi  yoxdur.  Əsas  məsələ  budur  ki, 

təbabət elminin dəlillər əsasında gəldiyi qənaətə görə, almanın tərkibindəki vitaminlər 

insan  orqanizmindəki  hüceyrələrin  qocalması  prosesinin  qarşısını  alır,  insan  ömrünü 

uzadır, sonsuzluğu dayandırmaqla övlad bəxşetmə funksiyası daşıyır. 

Deməli,  müşahidə  və  təcrübələrinə  əsaslanan  qədim  azərbaycanlının  da  Xıdır 

nəbi  mərasimində  nə  üçün  məhz  alma  ağacının  çubuqlarından  istifadə  etməsi,  olsun 

ki, elə bu görüşlərlə bağlıdır. 

Süfrədə  üstündə  şamlar  yanan  qovutdan  ailə  üzvləri  lap  sonda  yeyirlər. 

İnanırlar  ki,  şamlar  yanan  vaxtda  ata-baba  ruhları  kimi,  Xıdır  nəbi  də  gözə 

görünmədən  gəlib  bu  qovutdan  dadır.  Həmçinin  həmin  axşam  qaranlıq  düşəndən 

sonra dəstə ilə qapı-qapı gəzən uşaqlar da: 

         Xanım, ayağa dursana, 

   Yük dibinə varsana

   Boşqabı doldursana, 

   Xıdırı yola salsana. 

Qısa-qısa gələnin 

    Qıcnacağı dar olsun

 Basa-basa gələnin 

        Bacmacağı var olsun, - 

nəğməsini  oxumaqla  ilk  növbədə  məhz  elə  həmin  qovutdan  pay  istəmişlər. 

Evdəkilər  də  gələnləri  əliboş  qaytarmamış,  qablarına  qovutla  yanaşı,  boyadılmış 

yumurta  və  digər  çərəzlər  qoymuşlar.  Əgər  kimsə  gələnlərə  pay  verməzmişsə,  onda 

dəstənin səsi aləmi basarmış. 

      Çatma, çatma, çatmaya, 

  Çatma yerə batmaya. 

Xıdır payın kəsənin 

Ayağı yerə çatmaya, 

   Gecə evində yatmaya. 

Burada  çox  incə  şəkildə  sezilən  bir  mətləbi  də  nəzərə  çatdırmaq  istəyirik. 

Uşaqların  ayrı  vaxtda  yox,  məhz  şər qovuşandan sonra, göz-gözü görməyəndə, daha 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə