15
qarətləri məhz bu bacarıqlı sərkədənin əllərinin və fəhminin gücü ilə yox edilir. AraĢdırmanın mərkəzində illərlə unudulan, dilə gətirilməsi yasaq edən Xosrov bəy Sultanovun parlaq
obrazı araĢdırmanın, habelə burada cərəyan edən hadisələrin mərkəzində dayanır.
Toplunun "Qafqaz Ġslam Ordusu: Materiallar, Məlumatlar, Sənədlər" adlanan üçüncü bölümdə yer alan məqalələr Azərbaycan ərazilərinin azad olunmasıyla bir sırada
Qafqaz Ġslam Ordusunun həyata keçirdiyi qurtuluĢ tədbirləri, nəhayət öz Ģərəfli missiyasını baĢa vuran Türk Ġslam Ordusunun fəaliyyətlərinin yekununa həsr edilmiĢdi.
Kitabda Qafqaz Ġslam Ordusunun Ģərəfli salnaməsini bir daha aydınlaĢdıracaq yeni sənədlərin də yer tutmasına çalıĢılmıĢdır. Bunlardan biri Dr. Mehmet Rıhtımın
"Ġngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri" adlı yazısıdır. Her Ģeydən əvvəl Azərbaycan oxucusu bu ölkəyə məhz erməni-rus tərkibində qurulmuĢ Mərkəzi
Xəzər Diktaturası hökuməti tərəfindən dəvət olunan ingilis təcavüzkarlarının həqiqi planları və onların əsl mahiyyəti haqqında məlumatlarla tanıĢ olacaqdır. Ən çoxu geniĢ və sıx
Ģəkildə qurulmuĢ ingilis casusluq Ģəbəkəsinin fəaliyyətlərindən ibarət olan istər diplomatik, istər açıq cəbhələrdəki hərəkətlər onların məqsədlərini bu gün də ortaya qoymaqdadır.
Neft Bakısını ələ keçirmək niyyətı ilə kazak atamanı Biçeraxovla, erməni-rus birlikləri ilə əlbir iĢə keçən ingilislər Azərbaycanın və Azərbaycan türklərinin müqəddəratı barədə
düĢünmək belə istəmirlər. Ġran ərazisində Həmədandan Ənzəliyədək geniĢ bir sahəni özlərinə fəaliyyət meydanı seçən ingilislər buradakı qarıĢıqlıqlar içində vurnuxduqca və Bakı
üzərinə getməyə artıq hərbi gücü olmasa belə özünün zərif, incə ingilis diplomatiyasını - ideya təxribatını iĢə salmaqdadır. Təqdim olunan materialda ingilis hərbiyyə nazirliyi ilə
müharibə regionlarındaki ali rütbəli zabitlərin Ģifrəli, gizli raport və təliqələri ortaya çıxarılmaqla ingilislərin ġərq siyasətinin, həmçinin bu siyasətin vacib bir qolu olan Bakı
planlarının da əsil mahiyyəti meydana çıxarılır.
Ġkinci dərc olunan yeni məlumat xarakterli yazı Türkiyə Cümhuriyyəti BaĢbakanlıq Dövlət Arxivləri iĢçisi, dosent-doktor Mustafa Budakın "Nuru PaĢanın Qafqaz Ġslam
Ordusu haqqında Raportu"dur. Müəllif Nuru PaĢanın raportunu dərc etmədən əvvəl Anadolu-Qafqaz cəbhəsində, eləcə də Güney Qafqaz, Azərbaycanda yetiĢən mürəkkəb içtimai
Ģəraiti və Osmanlıdan gözlənilən köməyin hazırlanma Ģəraitinin xülasə Ģəklində Ģərhini verdikdən sonra Nuru PaĢanın fəaliyyətinin baĢlıca məqamlarına toxunur.
Nuru PaĢa bu raportu BaĢ Hərbi Qərargahından Hərbi Tarixi komissiyasının xahiĢi ilə hazırlanmıĢdır. Raport bu səbəbdən də Nuru PaĢanın fəaliyyət yolunu iĢıqlandıran
etibarlı sənəd, mənba təsiri bağıĢlayır. Həm də dövrün baĢlıca hadisələri və mövcud olan zəngin Ģərait haqqında çox dolğun və qiymətli məxəz hesab olunmalıdır. Raport 30-cu ildə -
Qafqaz Ġslam Ordusunun qəhrəman yürüĢündən on iki il sonra yazılmıĢdır; bu əlbəttə sənədin xeyrinədir; onun dəyərini artırır. Keçən müddət ərzində bu mübarizə iĢinin və Ordunun
haqq iĢinin nəticələri bu zaman nəticəsində yaxĢıca təhlil edilmiĢdir. Nuru PaĢanın öz qələmi ilə yazdığı bu raport onun Qafqaz Ġslam Ordusu komandanı kimi Güney Qafqazda,
xüsusən Azərbaycanda göstərdiyi hərbi-siyasi fəaliyyətinin güzgüsüdür. Çox qiymətli və əhəmiyyətli olan məlumatın 1-ci Ģəxsin dilindən-Azərbaycan xalqına xatirəsi hər zaman əziz
olan qəhrəman Nuru PaĢanın təhkiyəsindən dinləmək çox təsirlidir. ġübhəsiz, Qafqaz Ġslam Ordusunun qəhrəmanlıq yürüĢü, eləcə də igid Nuru PaĢa Ģəxsiyyətinin daha parlaq əks
olunmasında bu raportun çap edilməsinin faydası olacaqdır.
Bəs Azərbaycan xalqının minnətdarlıqla yad etdiyi, yaddaĢında həmiĢə xilaskar ordu, vəfalı dost, qardaĢ kimi qalan, Qafqaz Ġslam Ordusu və onun fədakar əsgəri onun öz
bədii və mənəvi yaddaĢında necə əks olunmaqdadır?
Hələ döyüĢlərin getdiyi zamanda Ģanlı türk əsgərinə, qardaĢ yardımına qoĢan dili bir, qanı bir qardaĢın Ģəninə əsərlər - Ģeirlər yazılmaqda idi. Bu barədə filologiya elmləri
doktoru, professor Alxan Bayramoğlunun "Cümhuriyyət ədəbiyyatında Qafqaz Ġslam Ordusu" araĢdırmasında geniĢ bəhs olunur. Bu məqsədlə Azərbaycanın görkəmli Ģairlərindən
Abdulla ġaiqin, Məhəmməd Hadinin, Əhməd Cavadın, Um Gülsümün, Salman Mümtazın və baĢqalarının dillər əzbəri olan Ģeirləri araĢdırmaya cəlb edilmiĢ, bəzi bütöv nümunələr
verilmiĢdir.
Qalx! Qalx! Sarmaşıqlı məzar altından!
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər!
Ģeri
bu gün də, illər keçsə də nə sözün, nə о əziz xatirənin solmadığını, qəlblərdəki minnətdarlıq və məhəbbət duyğularının itib getmədiyini göstərir.
"Cümhuriyyət dövrü mətbuatında Qafqaz Ġslam Ordusu" araĢdırmasının isə (müəllifi "ġərq" qəzetinin baĢ redaktoru Akif AĢırlı) baĢlıca əhəmiyyəti ondadır ki, günün
mətbuatı vasitəsilə bu ordunun fəaliyyətini izləmək mümkündür. Bu məqsədlə "Ġttihad", "Azərbaycan", "Kaspi", "Bakinets", "Hümmət", "Əxbar" qəzetləri ilə yanaĢı ermənilərin
"AĢxavator", bolĢeviklərin "NaĢa Vremya", gürcülərin "Qruziya", Moskvanın mərkəzi mətbu orqanı "Pravda", "Kavkazskoye Slovo" qəzetlərində dövrün baĢ verən ictimai-siyasi
16
Ģəraiti iĢıqlandırır. Qeyd olunmalıdır ki, uzun müddət ərzində mətbuat səhifələrində Qafqaz Ġslam Ordusu ilə bağlı çap olunan istər rəsmi, istərsə də siyasi-publisistik materiallar hər
cür diqqətdən və təbii ki, tədqiqatdan da kənarda qalmıĢdır
Bu məqsədlə yazılmıĢ AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun dissertanı A.AĢırlının araĢdırmasından bir hissəsini topluda çap etməklə həmin boĢluğu
doldurmağa çalıĢılmıĢdır.
Bilindiyi üzrə Azərbaycan tarixi muzeyi eksponatları arasında Qafqaz Ġslam Ordusuna məxsus bir çox əĢyalar mühafizə olunur. Tarix elmlər namizədi və Milli Azərbaycan
Tarixi Muzeyi Heraldika Ģöbəsinin müdiri Səbuhi Əhmədovun elmi iĢində həmin eksponatlar barədə danıĢılır. Bunlar əsas etibarilə təltif niĢanları, bu orduya məxsus döyüĢ silahları,
Qafqaz Ġslam Ordusuna aid mühüm sənədlərdən ibarətdir.
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz Ġslam Ordusu tarixi ilə bağlı olan hər bir sənədin, bu və ya digər dərəcədə əhəmiyyət kəsb edəcək hər hansı bir materialın, bəlgənin
diqqətdən kənarda qalmamasına çalıĢılmıĢdır. Yeni Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı Türk hökuməti arasında AndlaĢma (Batum müqaviləsi) mətni əsli və yüngül
transkripsiya edilmiĢ surəti ilə birlikdə kitabın "Əlavələr" hissəsinə bu məqsədlə daxil edilmiĢdir. Buraya habelə Türkiyə Cümhuriyyəti BaĢbakanlıq Arxivlərində mühafizə olunan
mühüm materiallar: Azərbaycanın azadlığı uğrunda Ģəhid olan Qafqaz Ġslam Ordusunun əsgər və zabitlərinin Ģəxsi iĢləri əsasında tərtib edilmiĢ siyahıları əlavə olunmuĢdur. Kitabın
bu bölümündə qəhrəman Türk Ġslam ordusunun hərəkat xəritələri, döyüĢ sxemləri də öz yerini tutmaqdadır. Bununla bərabər "Əlavələr" hissəsində Azərbaycan Cümhuriyyəti və
Qafqaz Ġslam Ordusu tarixiylə səsləĢən bir çox sənədlər sırasında foto-Ģəkillərin verilməsi məqsədəuyğun sayılmalıdır. Belə ki, burada indiyədək məlum olan Ģəkillərlə bərabər yeni-
yeni üzə çıxarılan və oxucuların ilk dəfə kitabımız vasitəsilə tanıĢ olacağı foto-Ģəkillər də təqdim edilmiĢdir.
Oxucuların ixtiyarına verilən bu kitab Azərbaycan Cümhuriyyətinin doğuluĢuna, hazırda rəĢadət örnəyinə çevrilən Qafqaz Ġslam Ordusunun fəaliyyətinə həsr olunmaqla
Qafqaz AraĢdırmaları institutunun bu yolda gördüyü iĢlərdən biridir. Lakin unutmamalıyıq ki, bu mövzu bununla bitirilmiĢ sayılmamalı, özünün tarixi dəyərinə görə daha geniĢ
Ģəkildə daha dərin və ətraflı araĢtırılmağa ehtiyacı olan bir məsələdir. Qafqaz Ġslam Ordusunun döyüĢ yolu bir nicat, bir qurtuluĢ yolu kimi dəyərləndirilməli, yeni Türk gəncliyinə
layiqli Ģəkildə yetirilməlidir. Qəhrəmanlıq simvoluna çevrilmiĢ Ģəxsi hünər və ləyaqəti ilə tarixdə əbədiləĢən Ənvər PaĢa, Nuru PaĢa, Qafqaz Ġslam Ordusunun mücahidləri Cəmil
Cahid bəy RüĢtü Türkər, Mürsəl Bakı PaĢa, Hasan bəy, Zihni bəy Halim Pərtov, Nazim bəy Ġbrahimzadə, Nazim bəy Ramazanov, Həbib bəy Səlimov kimi əfsanəvi qəhrəmanlar
Türkün Çanaqqala Ģücaətinə bənzər yeni səhifələr açdılar.
Onlar artıq unudulmamalıdırlar.
Bu kitab belə qəhrəmanların əziz xatirəsinə bir hədiyyədir. Vətən, din, millət, qardaĢlıq, naminə canlarını vermiĢ qəhraman Ģəhidlərin və qazilərin ruhuna minnətdarlığımız,
Ģükranlarımızdır.
Ümid edirik ki, Azərbaycanın daĢnak-bolĢevik istilasından azad edilməsində, həm də Azərbaycan Xalq Cümhuriyyətinin quruluĢunda öz köməyini əsirgəməmiĢ Qafqaz
Ġslam Ordusunun xatirəsi bu torpaqda hər zaman yaĢayacaqdır.