14
edən Leninə buradan "qaynar xətdən" vaxtaĢırı məktublarını göndərir. Əslində BolĢevik-daĢnak hökumətinin ordusu Rusiyanın ac, paltarsız ordusundan fərqli olaraq yaxĢı təchiz
olunmuĢ ordu idi. Çünki, "hökumət" Bakı zənginlərinin əmlaklarını müsadirə edəcək qədər bir dərəcədə onlara yüksək zorakı vergilər qoymuĢ, daha çox zor və təhdid yolu ilə onları
talan etməklə bir ordu bəsləməkdə idi. Türk azadlıq ordusu və yerli könüllü qüvvələrin ilk vaxtlar uğradıqları müvəqqəti çətinliklər (məs. Qaraməryəm altındakı itkilər, Sığırlı
stansiyasındakı uğursuzluqlar) düĢməndə müvəqqəti ruh yüksəkliyi yaradırsa da, lakin tezliklə təcili görülən tədbirlər: ərkani hərbin cəbhə yaxınlığına köçürülməsi, könüllülərin
orduya cəlb edilməsinin sürətlənməsi, əlavə qüvvələrin vaxtında yetiĢməsi və bir də "vətən" deyib ayağa qalxan xalqın hər yerdə Qafqaz Ġslam Ordusunu xilaskar ordu kimi
qarĢılayıb əziz tutması qoĢuna ruh verirdi.
Mehman Süleymanov Qafqaz Ġslam Ordusunun keçdiyi yol boyu girdiyi döyüĢləri -"Salyan döyüĢü", "Ağsu və Kürdəmir ətrafında baĢ verən döyüĢlər", "ġamaxı və
Hacıqabul ətrafında baĢ verən döyüĢlər" adlarıyla təsvir edə-edə döyüĢ Ģəraitini təhlil etməyə çalıĢılmıĢdır. Məhz bu döyüĢlərdən uğurla çıxan Qafqaz Ġslam Ordusu üzünə indi
Bakıya aparan yolun açıq olduğu gostərilir.
Qafqaz Ġslam Ordusunun qurtuluĢ hərəkatını mərhələ-mərhələ araĢdırıb üzə çıxarmaq məqsədilə M.Süleymanovun kitaba daxil edilmiĢ digər yazısı hərəkatın nəticələrinə
həsr edilmiĢdir. Müəllif əslində öz vəzifələrini qalibiyyətlə baĢa çatdırmıĢ ordunun Mudros sülhü (1918-ci il oktyabrın 30-da Türkiyə ilə Ġngiltərə arasında) Ģərtinə görə Azərbaycanı
tərk etməli olduğunu nəzərdə tutmur, burada həm də bu xilaskar ordunun Bakının azad edilməsindən sonra fəaliyyətinin geniĢlənməsi üçün, ADR-in yerlərdə daha da
möhkəmləndirilməsi uğrunda həyata keçirdiyi böyük tədbirlər planından bəhs edir. Özlüyündə Azərbaycanda, eləcə də bütün Qafqaz regionunda hərbi-quruculuq islərinə giriĢən
Ordunun fəaliyyətinin bu zaman nəticələrinə, əldə olunan uğurlarına daha çox diqqət verilmiĢdir.
Yeni BolĢevik Rusiyası da öz istila planları ilə heç də çar Rusiyasından geri qalmırdı. Leninin baĢçılıq etdiyi "haqqa və ədalətə arxalanmalı olan fəhlə-kəndli dövləti" Bakını
Azərbaycandan ayıraraq Rusiyaya birləĢdirmək ideyasını irəli sürürdülər və fəaliyyətlərini bu istiqamətə yönəltmiĢdilər. Lakin Bakısız Azərbaycan baĢsız bədən demək idi. Bunu hər
kəs anlayırdı.
Bakının alınmasının fövqəladə əhəmiyyət daĢıdığını düĢünən ordu komandanı Nuru PaĢa bir çox çətinliklər üzündən Mərəzədə dayanmalı olan qoĢun birliklərinin dərhal
Bakı üzərinə getmələrini vacib saymıĢ və fasilə vermədən düĢməni təqib etnıəyə qərar vermiĢdi. Həm də hərbiyyə naziri Ənvər PaĢanın "siyasi vəziyyət Bakının bundan bir an əvvəl
ələ keçirilməsini zəruri etdirir" Ģəklində əmri Qafqaz Ġslam Ordusunu bütün məhrumiyyətlərə və çətinliklərə sinə gərərək irəliləməyə ruhlandırırdı.
Avqustun 1-də Bakını hücumla alıb azad etməyi düĢünən komandanlığın səylərinə, habelə türk qoĢunlarının böyük fədakarlıq və əzmkarlıqla vuruĢmalarına baxmayaraq
məhz top mərmisi tükəndiyi üçün bu hücum sonadək aparıla bilmədi. Avqustun 5-də baĢ verən bu birinci hücumdan sonra döyüĢ xəttini möhkəmlədərək ciddi müqavimətə hazırlaĢan
Qafqaz Ġslam Ordusu yeni qüvvələrin gəlməsini gözləməkdə idi.
Nasir Yücəər "Qafqaz Ġslam Ordusunun Bakı Ģəhərini azad etməsi" yazısında Bakı uğrunda döyüĢ hazırlıqlarını, eləcə də keçirilən vuruĢları təfərrüatı ilə təsvir etmiĢ,
Qafqaz Ġslam Ordusunun Bakı hərəkatının bununla dəqiq cizgilərlə nəqĢ edilməsinə, həm də geniĢ panoramının yaradılmasına nail olmuĢdur. Nəhayət sentyabrın 15 də çoxdan
gözlənilən qələbə təmin olunmuĢ; Bakı uğrunda böyük Ģücaət və qəhrəmanlıq nümunəsi göstərən Qafqaz Ġslam Ordusunun bütün heyəti, xüsusən 15-ci və 5-ci Qafqaz diviziyaları,
38-ci alay, 56-ci alay fərqlənmiĢlər. Bununla Bakı erməni-rus əsarətindən qurtulmuĢ; Azərbaycan Xalq Cümhuriyyəti öz həqiqi istiqlalına qovuĢmuĢdu.
Qəhrəman Qafqaz Ġslam Ordusunun Dağıstan hərəkatı da labüd zəruri səbəblərdən doğmuĢdur. Belə ki, 1918-ci ilin martında rus hərbi birliklərinin Vladiqafqazı ələ
keçirməklə öz müstəqilliyinin ciddi təhlükə qarĢısında qaldığını görən Dağlılar Ġttifaqı liderləri qəti təĢəbbüslər göstərmiĢ, hərbi yardım üçün Türkiyəyə müraciət etmiĢdir. Dağlılar
hökumətinin siyasi mövcudluğu bütöv Qafqazın müstəqilliyinin əsas Ģərti idi. Dosent Altay GöyüĢovun (BDU) göstərdiyinə görə öz istiqlaliyyətini elan edən dağlılar almanlara
istiqlaliyyətin saxlanılması üçün bir müraciətdə bulunmuĢdularsa da almanlar bəzi səbəblər üzündən (ġimali Qafqazda kazaklarla ixtilafa girməməkdən ötrü) onlara biganəlik
göstərmiĢdilər. Lakin Qafqaz dağlılarının müstəqilliyinin elan olunmasını eyni sevinc və razılıq hissi ilə qarĢılayan Osmanlı dövləti ilə Azərbaycan olmuĢdu. Nuru PaĢa ġimali
Qafqaz komandanı olaraq Ġsmayıl Həqqi bəyi Dağıstana ezam edir.
Həqqi bəy qüvvələri qərargahı Qımibdə yerləĢən Dağıstan hərbi birləĢmələri ilə birlikdə fəaliyyətə baĢlayır. Çox keçmədən Qafqaz Ġslam Ordusu tərəfindən əlavə kömək
olaraq Süleyman Ġzzətbəyin komandanlığında 15-ci piyada tüməni də göndərilir.
Tarixçi alim, millət vəkili Havva Məmmədovanm (Azərbaycan Respublikası Prezdenti yanında Dövlət Ġdarəçilik Akademiyası) kitaba daxil edilmiĢ araĢdırması
respublikanın quruculuq dövrü hadisələrini iĢıqlandırmaqla daha sonrakı çağları əhatə edir. Lakin lədqiqat iĢinin ("Yuxarı Qarabağda müvvəqəti General-qubernatorluğun
yaradılması və erməni separatizminin ləğv edilməsi (1918-1920-ci illər") Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağda yaranmıĢ mürəkəb durumun əks olunması baxımından
çox faydalı olacağı Ģübhəsizdir. Belə ki, bu vilayətdə möhkəm strukturun - general qubernatorluğun yaradılması və Xosrov bəy Sultanov Ģəxsində erməni scparatçılarının əl-ayağını
yığıĢtırmağı baĢaran bir fövqəladə Ģəxsiyyətin hərtərəfli tanıdılmasına bu gün böyük ehtiyac vardır. Qarabağda erməni Milli ġurasının yaratdığı avantüralar, qaniçən Andronikin qətl-