Azərbaycan və osmanli imperiyasi (XV – XVI əsrləR)



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə12/65
tarix21.03.2018
ölçüsü2,84 Kb.
#32762
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

  
 
25 
 
qədər  çox  idi  ki,  cahanı  işıqlandıran  günəş  atların  göyə  qaldırdığı  tozdan  qapqara 
qaralmışdı. ―Sara xatun bu qədər əsgəri görərkən dedi: ―Padşahım, bu zəhmət, bu 
yorğunluq sadəcə Trabzonun fəthi üçünsə, vücudunuza, ürəyinizə bu qədər əziyyət 
etməyə  dəyərmi?  Cahan  hakimi  bir  qalanı  almaq  üçün  belə  məşəqqətə,  belə 
zəhmətə  baş  əyərmi?‖  Sultan  ona  cavabında  belə  dedi:  ―Əlimizdə  tutduğumuz 
qılınc islamın qılıncıdır‖.
34 
Mənbənin  məlumatına  görə,  Trabzona  olan  yürüş  zamanı  Osmanlıların 
hərbi donanması da ―Sinopdan çıxmış və özü çoxlu top, tüfəng və cəbbəxana çəkib 
gətirmişdi‖.
35 
Tarixçi  Kamal  Paşazadə  əsaslanan  Səlahəddin  Tansel  yürüş  zamanı 
Osmanlıların Trabzon yaxınlığında olan bir dağı çox çətin keçdiklərini bildirdikdən 
sonra  yazır:  ―Sara  xatun  bu  əziyyəti  bəhanə  edib,  padşahı  bu  səfərdən  saxlamağı 
qənimət  bildi  və  dedi:  ―Trabzon  nədir  ki,  ondan  örtü  şahsüvari-meydani-səltənət 
piyada  deyildir.  Bu  yerlər  onları  müsəlmanlara  vətən  yapmaq  üçündür.  Bu  işdən 
ötrü  çəkdiyimiz  sıxıntılardan  daha  çoxunu  da  çəkmək  yenə  azdır‖  –  dedi.
36 
Beləliklə, 1461-ci ilin oktyabr ayının 26-da Trabzon dövləti süqut etdi. ―İmperator 
başlara  tac  olan  sultanın  ətəyinə  üz  sürtdü,  padşah  da  ona  qarşı  mərhəmətlə 
davrandı,  könlünü  aldı,  çoluq-cocuğu  ilə  birlikdə  səltənət  dirəyi  olan  İstanbula 
göndərilməsini buyurdu... Trabzon xəzinəsində olan mal və əşyanın ən dəyərliləri, 
ən gözəlləri seçilərək Sara xatuna ərmağan edildi, öz  yurdlarına dönmələrinə izin 
verildi‖.
37 
Nəticədə,  ―biçarə  Komninin  dövləti  dağıldı‖.
38 
Yuxarıda  qeyd edilənlərdən 
belə nəticəyə gəlmək olar ki, Uzun Həsənin imperiya yaratmaq cəhdi və Trabzon – 
Ağqoyunlu  münasibətlərinin  getdikcə  daha  da  yaxşılasması  Sultan  Məhəmməd 
Fatehi  qəti  hərəkətə  vadar  etməyə  bilməzdi.  Çünki  Uzun  Həsənin  Şərqdə 
qüvvətlənməsi,  onun  Venesiya,  Trabzon,  Roma  papalığı  və  başqa  dövlətlərlə 
artmaqda  olan  əlaqələri,  onun  həmin  dövlətlərin  mərkli  siyasəti  nəticəsində 
Osmanlı  dövlətinə  qarşı  qızışdırılması  Osmanlıların  Ağqoyunludakı  geniş 
fəaliyyətinə  bir  maneə  idi.  Fateh  Trabzonu  süquta  uğratdıqdan  sonra,  Uzun 
Həsənlə  öz  arasındakı  incikliyi  aradan  qaldırmaq  üçün  Trabzon  imperatoru  ilə 
yaxın  qohum  olan  Ağqoyunlu  hökmdarının  ürəyini  almaq  məqsədi  işə  Trabzon 
xəzinəsində olan var-dövlətin bir hissəsini ona vermişdi.
39 
Trabzon  Osmanlılar  tərəfindən  fəthindən  sonra  Qara  dənizə  çıxmaq 
imkanından məhrum olan Azərbaycan tacirləri öz mallarını, xüsusilə ipəyi Avropa 
ölkələrinə  aparmaq  üçün  Suriya  və  Qaramana  üz  tutdular.  Ağqoyunlularla 
ittifaqda,  Osmanlılarla  nifaqda  olan  Qaraman  bəyliyi  Uzun  Həsənin  Avropadan 
silah  gətirə  bilməsi  üçün  Aralıq  dənizinə  çıxan  mühüm  məntəqə  idi.  Qaraman 
bəyliyinin, həmçinin Osmanlı dövləti üçün də hərbi-strateji əhəmiyyəti vardı və elə 
buna  görə  də  II  Sultan  Məhəmməd  Türkiyə  əleyhinə  Avropa  və  Asiya  hərbi 
blokunun yaradıla biləcəyi Qaramanı da ələ keçirmək barədə düşünürdü.
40 


  
 
26 
 
Uzun Həsən Trabzonda itirdiklərinin əvəzinə Qaraman bəyliyini öz tərəfinə 
çəkməklə çıxmaq fikrinə düşmüşdü. O, bu niyyətlə, Osmanlı sarayı ilə nifaqda olan 
Qaraoğluları  müdafiyə  başladı.  Elə  Venesiya  dövləti  və  Qaramanla  əlaqə  yarada 
bilmiş,  hətta  1453-cü  ildə  onlar  arasında  bir  sıra  ticarət  sazişləri  və  əhdnamə  də 
imzalanmışdır.  1463-cü  ildə  isə  İbrahim  bəy  ―Ağqoyunlu  və  Venesiya  ittifaqı‖na 
qoşularaq  onlarla  birlikdə  sənəd  imzaladı.
41 
1464-cü  ildə  avqust  ayının  4-də 
Qaraman  əmiri  İbrahim  bəyin  vəfatı  ilə  əlaqədar  Qaraman  böhranı  daha  da 
kəskinləşdi  və  Uzun  Həsən  öz  rəqibi  II  Sultan  Məhəmmədi  qabaqlamaq  məqsədi 
ilə Qaramana  yürüş edərək, İbrahim bəyin oğlu İshaqi taxta  əyləşdiri. Lakin onun 
hakimiyyəti  uzun  sürmədi.  1468-ci  ildə  Türkiyə  Qaramana  hücum  edərək,  bu 
bəyliyin  də  mövcudluğuna  son  qoydu.
42 
Qaramanın  Türkiyəyə  birləşdirilməsi 
nəticəsində  Ağqoyunlu  hökmdarı  özünün  bir  mütəffiqindən  və  Aralıq  dənizinə 
çıxmaqdan məhrum oldu.
43 
Qara  Yusifin  və  Qara  Osmanın  vəfatından  sonra  Qaraqoyunlu-Ağqoyunlu 
münasibətləri  bir  neçə  il  nisbətən  qansız-qadasız  davam  etmişdirsə  də,  məlum 
olduğu  kimi,  Cahanşahın  Qaraqoyunlu  taxtına  çıxması  ilə  (1435)  həmin 
münasibətlər  kəskin  şəkildə  pisləşir.  II  Murad  II  Məhəmmədə  yazdığı  son 
məktubunda Osmanlı sultanının Uzun Həsənə hücum etməyə çağırır.
44 
1467-ci ilin 
mayında  Cahanşah  Osmanlı  sultanı  tərəfindən  şirnikləndirilərək  öz  silahlı 
qüvvələri  ilə  Diyarbəkirə  tərəf  yollandı.  Sultan  Məhəmmədin  hökmü  ilə  onun 
Amasya  valisi  olan  oğlu  Bayazid  öz  döyüşçülərini  gərək  Cahanşaha  köməyə 
göndərəydi.  Lakin  Qaraqoyunlu  qüvvələri  Ağqoyunluların  müdafiə  xəttini  yarıb 
keçə bilmədiklərini üçün geri çəkilməyə  məcbur oldular, nəticədə isə onları təqib 
edən  Uzun  Həsən  Ərzincana  doğru  irəliləyərək,  Qaraqoyunluları  təqibə  başladı. 
Hadisələrin  sonrakı  gedişi  göstərir  ki,  Osmanlıların  Qaraqoyunluları  himayə 
etməsinə baxmayaraq, Uzun Həsənin qəfil hücumu nəticəsində Cahanşahın qoşunu 
məğlub  olmuş,  özü  isə  qətlə  yetirilmişdi.
45
  Beləliklə,  Qaraqoyunlu  dövləti  süqut 
etdi. Bu hadisədən sonra Ağqoyunlu dövləti ilə Türkiyə arasında əlaqələr bir qədər 
gücləndi və zahiri ―dostluq‖ xarakterində davam etməyə başladı.  
Uzun  Həsən  Cahanşaha  qalib  gələn  kimi  II  Sultan  Məhəmmədə  məktub 
yollayıb,  onu  bu  hadisədən  xəbərdar  etdi.  Onun  məlumatına  görə  Cahanşah  öz 
qoşun  və  ğvladlarını  bir  yerə  toplayıb  rəbiüs-sani  (oktyabr)  ayında  ―Ağqoyunlu 
üzərinə‖  hücuma  keçmiş,  Muş  səhrasını  adladıqdan  sonra  Uzun  Həsənə  məxsus 
olan Çubuqcivarda dayanmış, ―o bəndə‖ isə (yəni Uzun Həsənə - Ş.F.)  yeddi gün 
yol  getdikdən  sonra  ona  yetişmişdi.  Məktubdan  bəlli  olur  ki,  Uzun  Həsən  böyük 
oğlu  Sultan  Xəlili  3  min  süvarisi  ilə  birlikdə  qaravul  sifətilə  irəli  göndərmiş, 
müqabil  tərəfdənsə  həmin  vəzifəni  Cahanşahın  əmir  əl-ümərası  Mir  Qasım 
Pərvanəçi  özünün  30  məşhur  əmiri  və  5  min  süvarisi  ilə  icra  etmişdir.  Guya 
Cahanşahın məqsədi Ərzincan, Kəmax, Qarahisar və yuxarı tərəflərə gedib həmin 
yerləri  viran  etmək  olmuşdur.  Uzun  Həsənin  məlumatına  görə,  Qaraqoyunlu 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə