21
Qaraqoyunlu əmirinin təklifi həyata keçmiş, hər iki tayfa başçıları uzun sürən
mübarizələrə əl atmışdılar.
Yuxarıda qeyd etdiyimiz ―məktub məsələsi‖nə bir daha qayıtmaq olduqca
maraqlı olardı. Belə ki, Teymuri Şahruxa yazılan məktubun göndərilən ünvana
deyil, Osmanlı sultanına gedib çatdığını öyrənən Qara Osman bərk qorxuya düşür
və dərhal sultana ―zəraətnamə‖ (―yalvarış məktubu‖) yollayır: ―Biz bu günlərdə
Xacə Mənsur Amidini Şahrux bahadırın sarayına yollamışdıq. Qara Yusifin oğlu
Cahanşah onunla bizim aramızda olan ədavətə görə onu tutmuş və bu sadiq
bəndənin məktubunu ələ keçirmiş, qasidi qətlə yetirmiş, məktubu yandırmışdı.
Təbrizdə bizim möhürümüzü həkkaklar vasitəsilə tökdürmüş, məktubu başqa
məzmunla yazaraq sizə yollamışdır. Vallah-billah ki, əhvalat belə olmuşdur.
Mənim sədaqətdən və aramızda olan dostluqdan başqa bir fikrim yoxdur‖.
5
Həmin
məktubda Qara Yusif və onun övladları ―düşmən‖ adlandırılmış və sultandan
təvəqqə edilmişdir ki, onların ―qərəzli sözlərinə‖ inanmasın.
6
Belə ki, I Sultan Məhəmmədin Qara Osmana göndərdiyi məktubda deyilir
ki, ―biz sizlərdən bu son vaxtlarda dostluq və xeyirxahlıqdan başqa bir şey
görməmişik, buna görə də, özünüzə təsəlli verin, özünüzü bizim dostumuz salın‖.
7
Ağqoyunlu tayfa ittifaqının başçısı Qara Osmanın vəfatından sonra (1435)
hakimiyyət onun böyük oğlu Əlibəyin əlinə keçdi. O da, öz atasının siyasətini
davam etdirir, Osmanlı sarayına vaxtaşırı məktublar yollayırdı. Yeni Osmanlı
hökmdarı II Sultan Murad da onu cavabsız qoymur, öz məsləhətlərini çatdırırdı.
Osmanlı sultanı Ağqoyunlu Əlibəyin ―ixlasla‖ (məhəbbətlə) yazdığı bir məktubdan
(―özümüzü o həsrətin mülazimi etmək istərdik‖) razı qaldığını bildirmiş, gələcəkdə
onun hər hansı niyyəti, məqsədi olarsa, Osmanlı dövləti tərəfindən yerinə
yetiriləcəyini xüsusi qeyd etmişdi.
8
Hətta sultan ona yazmışdı ki, ―öz qasidi
vasitəsilə göndərdiyi layiqli xalatı can sağlığı ilə geyinsin, sədaqət qapılarını açsın
ki, həmişə şahanə layiq görülmüşdür.
9
Qara Osmanın başqa övladları da (Həmzə bəy, Cahangir) II Sultan Muradla
yazışırdılar. Həmzə bəy hətta Osmanlı sultanına bir qoşun başçısı kimi də bəzi
xidmətlər göstərir, sultanın mənafeyini dəfi üçün Ağqoyunlu qoşununun
yollanmasını və beləliklə də qələbə əldə edilməsini təfsilatı ilə xəbər verir. ―İndi
siz əmr edin, mən qalanı kimə məsləhət bilsəniz ona da verim‖,
11
yazan Həmzə
bəyə cavab məktubunda Sultan Murad Ərzincandakı qələbənin onu sevindirdiyini
bildirib qeyd edir ki, o yerlərdə bundan sonra əmin-amanlıq olacaq, tacirlər və
karvanlar rahat gediş-gəliş edəcəklər.
12
Atası Əlibəydən sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olan Cahangir
Ağqoyunlu da II Sultan Muradla əlaqə saxlayırdı. Atası kimi o da özünün türk
sultanının ―mülazimi‖ olduğunu bildirir, ―bizim məmləkətimizdə elə sizindir və bu
da ev ilə o ev birdir‖
13
kimi cümlələr yazmaqla ona öz səmimi münasibətini
bildirirdi. Çox keçmədən onunla qardaşı Uzun Həsən arasında nifaq yarandı,
22
nəticədə Diyarbəkir qalası və Mardin Cahangirin əlindən çıxdı. Məlumata görə
―siyasi cəhətcə təcrübəli qadın olan‖ Saray xatunun işə qarışması sayəsində
qardaşlar arasında barışıq yarandı. Cahangir sonralar sanki Osmanlı dərgahına
yolladığı məktubların məzmununu unudub, Uzun Həsənin türklərlə etdiyi
döyüşlərdə qardaşına kömək etməkdə idi.
14
1453-cü ildə İstanbulun Sultan Məhəmməd tərəfindən fəthindən sonra
―Fateh‖ təxəllüsü daşıyan Osmanlı sultanı olduqca təkəbbürlü olmuş, get-gedə
fəthlərinin sayını artırmağa başlamışdı. O, İstanbul fəthindən sonra özünü Roma
imperiyasının yeganə qanuni varisi saymışdı. Hətta, Yunanıstanın feodal (1396-
1485) Fatehə belə yazmışdı: ―Kimsə şübhə etməz ki, sən romalıların
imperatorusan, çünki imperiyanın mərkəzini rəsmən əlində saxlayan bir şəxs
imperatordur və Roma imperiyasının mərkəzi də İstanbuldur‖.
15
Trabzon dövlətinin az sonra Osmanlı imperiyası tərəfindən süquta
uğradılması bu imperiyanın Ağqoyunlular əleyhinə atdığı ilk böyük düşmənçilik
addımı idi, çünki Trabzon Avropa ilə Şərq ölkələri arasında ticarət əlaqələrinin
yaranmasında mühüm əhəmiyyətə malik idi. Kiçik Asiyanın şimalında və Qara
dənizə yaxın mövqedə yerləşən Trabzon vasitəsilə bir çox dövlətlər Azərbaycan,
İran, Orta Asiya, Hindistan və Çinlə fəal ticarət etməkdə idilər. Trabzon-Tərbiz
yolu ilə hərəkət edən avropalı tacirlər Asiyanın bütün nöqtələri ilə ticarət edə
bilirdilər. Trabzon Ağqoyunlu dövlətinin Qara dənizə çıxması üçün mövcud olan
yeganə vasitə idi. Trabzon həmçinin Ağqoyunluların Osmanlılara qarşı müttəfiqi
idi.
16
Uzun Həsən təkcə Osmanlılarla deyil, həmçinin Qaraqoyunlularla da
nifaqda idi. Cahanşah Uzun Həsənin əleyhinə gedən Cahangirin tərəfini tutur,
Uzun Həsən isə Cahanşaha qarşı çıxan Qaraqoyunlu şahzadələrinin tərəfini
saxlayırdı.
17
Lakin Qaraqoyunlu-Ağqoyunlu ziddiyyəti getdikcə dərinləşməkdə
olan Ağqoyunlu-Osmanlı ziddiyyətinin önündə hələ bir o qədər də təhlükəli
görünmürdü. Osmanlı hökmdarı II Sultan Məhəmmədin Ağqoyunlu dövlətinin
mənafeyinə bilavasitə bərk ziyan vuran hərbi-siyasi fəaliyyəti tezliklə Ağqoyunlu-
Osmanlı ziddiyyətini olduqca kəskinləşdirdi. Nəticədə Osmanlı sultanının kiçik
feodal dövləti olan Trabzona 1461-ci ildə həyat keçən hərbi yürüşü ərəfəsində
Usun Həsənlə II Sultan Məhəmmədin ilk döyüşü baş verdi. Bu döyüşün şərhinə
başlamazdan əvvəl Trabzon-Ağqoyunlu münasibətlərindən də bir qədər danışmaq
lazımdır. Məlum olduğu kimi, Turəli bəy (Əlaəddin) Ağqoyunlunun oğlu Qutlu
bəy və Bayanduriyyə sülaləsinin ən əzəmətli bəylərindən olan Qara Yuluq Osman
Trabzon imperatorlarının qızları ilə evlənmişdilər.
18
Sonradan Uzun Həsən də IV
İoannın qızı Teodora (Feodora) ilə izdivac etdi. Bütün bunlardan başqa Trabzon
Ağqoyunlu dövləti üçün təkcə xarici ticarətdə yox, onun hərbi-siyasi həyatında da
böyük qol oynayır, Ağqoyunlu bəyləri məhz Trabzon imperatorları vasitəsilə Qərb
dövlətləri ilə diplomatik əlaqələr yaradırdılar. Trabzonu Osmanlı təcavüzündən
Dostları ilə paylaş: |