Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə5/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   2   3   4   5   6   7   8   9   ...   56

12 
 
QISA İCMAL
 
 
Sürətli iqtisadi artım, eləcə də, gəlirlərin bölgüsünü daha da təkmilləşdirən siyasətlər və proqramlar 
hesabına  Azərbaycanda  2000-ci  illərdə  yoxsulluq  səviyyəsi  əhəmiyyətli  dərəcədə  azalmışdır.  Neft 
bumunun  yaratdığı  əlverişli  fürsətdən  istifadə  edərək  Azərbaycan  hökuməti  əmək  haqlarının 
qaldırılması  və  əhaliyə  sosial  müavinətlərin  ödənilməsi  üçün  transferlərin  artırılması  məqsədilə 
dövlət  sektoru  üzrə  geniş  miqyaslı    investisiya  proqramlarının  və  iqtisadiyyatın  müasirləşdirilməsi 
məqsədini  daşıyan  institusional  islahatların  icrasına  başlamışdır.  Sözügedən  səylər  cütrəqəmli 
artıma və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılmasına gətirib çıxarmışdır. Hesabatda hökumətin 
ünvanlı sosial yardım proqramının daha çox ehtiyacı olanları uğurla əhatə etməsi  vurğulanmışdır. 
Digər  tərəfdən,  neft  gəlirlərindən  yüksək  səviyyədə  asılılıq  və  hazırda  müşahidə  olunan  qlobal 
iqtisadi  böhran  artım  tempinin  saxlanılması  istiqamətində  müəyyən  çətinlik  yaradır  ki,  bu  da 
yoxsulluğun azaldılması sahəsində əldə olunmuş nailiyyətləri təhlükə altında qoya bilər. Azərbaycan 
gəlirin yenidən bölgüsü üçün potensialın artırılması istiqamətində əhəmiyyətli uğurlar  əldə etsə də, 
əhalinin  gələcək  inkişafda  aktiv  rol  oynaması  üçün  insan  kapitalının  inkişaf  etdirilməsində  və  
Azərbaycanın müqayisə olunduğu ölkələrlə məhsuldarlıq sahəsindəki fərqin aradan qaldırılmasında  
əhəmiyyətli çətinliklər qalmaqdadır.    
 
 
Azərbaycanda yoxsullara istiqamətlənmiĢ inkiĢaf və yoxsulluğun azaldılması  
 
Nəzərəçarpan  artım,  gəlirin  bölüşdürülməsini  təkmilləşdirən  siyasət  və  proqramlar  nəticəsində 
2001-2008-ci 
illər 
ərzində 
Azərbaycanda  yaşayış  səviyyəsi 
kifayət  qədər  yaxşılaşmışdır. 
Müqayisə 
olunan 
ümumi 
istehlaka  (Əlavə  B-də  daha 
ətraflı göstərilmiĢdir) və 2001-ci 
il  üçün  adambaĢına  aylıq 
120,000 
AZM 
təĢkil 
edən 
yoxsulluq 
həddinə 
əsasən, 
adambaĢına 
yoxsulluq 
göstəricisi  təqribən  50  faizdən 
aĢağı  düĢərək,  2008-ci  ilin 
əvvəlində  16  faizdən  də  az 
olmuĢdur  (Diaqram  1).  Hazırkı 
hesabatda 
aparılmıĢ 
qiymətləndirmələr baĢlıca olaraq 
Dünya  Bankının  metodologiyası 
və  2008-ci  ilin  yanvar-aprel 
aylarında 
həyata 
keçirilmiĢ 
YSQS  sorğusuna  əsaslansa  da, 
yoxsulluğun  meylləri  haqqında 
apardığımız  təhlillərin  nəticələri 
Dövlət  Statistika  Komitəsinin  (DSK)  göstəricilərinə  oxĢardır.  DSK-nın  2001-2008-ci  illər  üçün 
müqayisəli EBM məlumatlarına əsasən ümumi yoxsul əhalinin nisbəti 2001-ci ildə 49%-dən 2007-ci 
ilin sonlarında 15.2%-ə, 2008-ci ilin sonlarında isə 13.2%-ə qədər azalmıĢdır. 
 
Diaqram 1: Azərbaycan yoxsulluğun azaldılmasında  nəzərəçarpan 
irəliləyiĢə nail olmuĢdur 
 
Mənbə:  EBM 2001-ci il və YSQS 2008-ci il 
Azərbaycan 
ġəhər 
Kənd 
Azərbaycan  ġəhər 
Kənd 


13 
 
1.  Azərbaycan  iqtisadiyyatı  neft  bumu  və  əhəmiyyətli  fiskal  genişlənmə  hesabına  2000-ci  illərdə 
böyük templərlə inkişaf etmişdir. 2001-08-ci illərdə Azərbaycanda ÜDM ildə orta hesabla 17.3 faiz 
artmıĢdır. 2001-08-ci illərdə dövlət xərcləri 1.1 milyard AZN-dən 12.5 milyard AZN-ə, yaxud qeyri-
neft sektoru ÜDM-nin 20 faizindən 70 faizinədək artmıĢdır. Ġcmal dövlət xərclərinin, həm cari, həm 
də capital xərclərin böyük artımı qeyri-neft sektoru ÜDM-nin artımına kömək etmiĢdir. 2001-2008-ci 
illərdə neft sektorunda ÜDM 23.5 faiz artdığı halda, qeyri-neft sektorunda artım 12.4 faiz olmuĢdur. 
Artımın  geniĢ  Ģəkildə  bölgüsünü  təmin  etmək  üçün  Azərbaycan  əhalinin  əmək  haqlarını  və 
transferləri  artırmaq  siyasətini  həyata  keçirməyə  baĢlamıĢdır.  2000-2008-ci  illər  arasında  minimum 
əmək haqqının səviyyəsi 6700 faiz artaraq kəskin aĢağı səviyyədə olan 1.1 manatdan 75 manatadək 
yüksəlmiĢdir  (Diaqram  2).  Orta  aylıq  əmək  haqqı  səviyyəsində  də  hər  il  ikirəqəmli  artım  tempi 
müĢahidə  edilmiĢ  və  bu  göstərici  2000-ci  ildəki  41  manat  səviyyəsindən  2008-ci  ildə  268  manata 
qədər  yüksəlmiĢdir  ki,  bu  da  ümumi  götürdükdə  650  faizdən  çox  artım  deməkdir.  Azərbaycanda 
adambaĢına  gəlir  2001-2005-ci  illərdə  90  faiz,  2006-2008-ci  illərdə  isə  daha  100  faiz  artaraq  3830 
dollara çatmıĢdır.
1
  
 
Diaqram 2: Dövrlər üzrə minimum və orta nominal əmək haqları (AZN) 
 
Mənbə:  Dövlət Statistika Komitəsi 2009 
 
2.  Beləliklə,  Azərbaycanda  yoxsulluğun  azalması  artım  və  yenidən  bölgü  siyasətləri 
sayəsində  mümkün  olmuĢdur.  2001-ci  il  ilə  2008-ci  ilin  əvvəli  ərzində  yoxsulluq 
səviyyəsinin  34  faiz  bəndi  azalmasının  təqribən  67  faizi  adambaĢına  istehlakın  artımı 
hesabına  baĢ  vermiĢdir.  Digər  neft  hasilatçısı  olan  ölkələrlə,  eləcə  də  keçmiĢ  Sovet 
respublikaları  ilə  müqayisədə  Azərbaycanda  orta  səviyyədə  olan  bərabərsizlik  15  faiz 
azalmıĢdır,  Cini  əmsalı  2001-ci  ildə  36.5  faizdən  2008-ci  ildə  31  faizə  enmiĢdir.  Nəticədə, 
artım  əsas  etibarilə,  hərtərəfli  olub  yoxsullara  doğru  istiqamətlənmiĢdir  və  bütün  gəlir 
                                                 
1
 AdambaĢına gəlir Atlas metodundan istifadə edilməklə qiymətləndirilmiĢdir. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə