Azərbaycan



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix05.06.2018
ölçüsü5,05 Kb.
#47496
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

40 
 
 
 
2.25
 
Böhranın  mümkün  təsirlərinin  təhlili  2009-cu  ildə  Azərbaycanda  yoxsulluğun 
səviyyəsinin  arta  biləcəyini  göstərir.  2008-2009-cu  illər  ərzində  yoxsulluğun  ümumi  səviyyəsi 
təqribən 1.0 faiz bəndi qədər yüksələ bilər (Diaqram 2-10). Bu isə qlobal iqtisadi böhranın təsiri 
HaĢiyə 2.1 PovStat Metodologiyası 
 
Povstat  nədir?  PovStat  alternativ  inkiĢaf  ssenariləri  ilə  yoxsulluq  ölçülərinin  simulyasiyası  və 
gələcək  layihələndirmə  dövründə,  yaxud  daha  geniĢ  mənada  hazırki  ev  təsərrüfatları  müayinəsi 
dövründən  kənarda  müxtəlif  yoxsulluq  ölçülərinin  proqnozlaĢdırılması,  yaxud  layihələndirilməsi 
məqsədilə  yaradılmıĢ  bir  Excel  proqramıdır.  Belə  layihələndirmələrə  olan  ehtiyac  təbii  olaraq 
gözlənilən inkiĢaf ssenarilərinin yoxsulluğa mənfi təsirinin qiymətləndirilməsi kontekstində meydana 
gəlir.  Buna  görə  də  o,  yoxsulluq  səviyyələrinin  ölkə  üzrə  mövcud  olan  ən  son  ev  təsərrüfatları 
müayinəsindən kənar layihələndirilməsinə imkan verir. 
 
Yoxsulluğun  layihələndirilməsi  ölkə  üzrə  səciyyəvi  ev  təsərrüfatları  müavinəsinin  (birdəfəlik) 
məlumatlarından  və  həmin  ölkə  üçün  istifadəçinin  təmin  etdiyi  layihələndirmə  parametrlərinin 
dəstindən istifadə edilməklə həyata keçirilir. Sorğu məlumatları müəyyən zaman kəsiyində ölkədə ev 
təsərrüfatlarının  yaĢayıĢ  standartlarının  bölgüsünü  təmin  etsə  də  layihələndirmə  parametrləri  xüsusi 
layihələndirmə  ssenarisini  xarakterizə  edir.  Proqram  ölkə  səviyyəsində  məlumatların  emal  edilməsi 
məqsədilə  yaradılmıĢdır,  lakin  aqreqasiyanın  daha  yüksək  və  daha  aĢağı  səviyyələrində  də  istifadə 
edilə bilər. 
 
Povstat  Metodologiyası.  Yoxsulluq  indekslərinin  hesablanması  üçün  PovStat  rifah  göstəricisi  kimi 
adambaĢına istehlakdan istifadə edir. PovStatın əsasını təĢkil edən baza metodologiya ondan ibarətdir 
ki,  inkiĢaf  tempi  və  sektoral  xesusiyyəti  yoxsulluq  ölçülərinin  zamana  görə  necə  dəyiĢməsini 
müəyyən  edir.  Xüsusilə,  PovStat  ilkin  fərziyyə  ilə  iĢə  baĢlayır  ki,  ev  təsərrüfatının  adambaĢına 
istehlakı  ev  təsərrüfatı  baĢçısının  iĢlədiyi  sektorda  adambaĢına  məhsul  istehsalının  artım  tempi  ilə 
eyni səviyyədə artır. Bu fərziyyə sektorlar daxilində sabit nisbi bərabərsizlikləri nəzərdə tutur. Lakin 
bu  fərziyyə  istifadəçinin  təĢəbbüsü  ilə  layihələndirmə  dövründə  hər  hansı  sektorda  bərabərsizliyin 
artımı/azalması tempinin göstərilməsi vasitəsilə zəiflədilə bilər.  
 
Bununla belə, PovStat müxtəlif sektorlarda çalıĢan çoxsaylı gəlir gətirənlərin olduğu ev təsərrüfatları 
daxilində  müxtəlifliliyi  əhatə  etmir.  Bu,  əsasən,  məlumatların  mövcudluğunun  təbiəti  ilə  bağlıdır. 
Əgər  bu  cür  məlumatlar  mövcud  olsaydı  PovStat  ev  təsərrüfatları  səviyyəsində  deyil,  fərd 
səviyyəsində məlumatlarla asanlıqla iĢləyə bilərdi. PovStat yoxsulluğun layihələndirilməsinin bir sıra 
layihələndirmə  parametrləri  ilə  daha  da  geniĢləndirilməsinə  imkan  verir.  Sektorlar  üzrə  istehsalın 
artım tempindən baĢqa, əlavə layihələndirmə parametrlərinə aĢağıdakılar aid edilir: (i) sektorlar üzrə 
məĢğulluğun  dəyiĢməsi, (ii)  istehlakçılar  və istehsalçıların qarĢılaĢdıqları differensial  qiymətləri  əks 
etdirən ticarət Ģərtlərinin dəyiĢməsi, (iii) yoxsulların istehlak zənbilində böyük yer tutan ərzağın nisbi 
qiymətinin  dəyiĢməsi,  (iv)  sektorlar  daxilində  bərabərsizliyin  dəyiĢməsi,  (v)  orta  istehlak-gəlir 
nisbətinin dəyiĢməsi və (vi) milli hesablar sistemi ilə sorğular arasında istehlakın artımında statistik  
kənarlaĢma.  Layihələndirmələrə  bu  düzəliĢləri  etməklə,  PovStat  yoxsulluğun  layihələndirilməsinə 
çevik  yanaĢmanı  təklif  edir  ki,  bu  da,  bir  qayda  olaraq,  yalnız  ÜDM-in  adambaĢına  artımı  və 
yoxsulluq  ölçülərinin  artımla  bağlı  empirik  elastikliyinə  əsaslanan  sadə  ―zərf-arxası‖  proqnozlarla  
əlaqədar olan xətaların qarĢısını almağa  kömək edə bilər. Bu layihələndirmə parametrlərinin  ətraflı 
təsviri və onların PovStat çərçivəsində həyata keçirilməsi üçün, lütfən, Datt və Ualkerin Ġstifadə üzrə 
göstəriĢinə (2006-cı il) istinad edin. 
 
Mənbə
Datt və Ualker
, 2006-cı il



41 
 
nəticəsində  2009-cu  ildə  təqribən  86000  nəfər  Ģəxsin  yoxsulluq  həddindən  aĢağı  düĢə  bilməsi 
deməkdir.  Artım  ilə  bağlı  ehtimallar  özünü  doğrultduğu  təqdirdə  isə  2010-cu  ildə  yoxsulluğun 
səviyyəsində  yenidən  azalmanın  müĢahidə  olunması  proqnozlaĢdırılır.  Yoxsul  əhalinin  daha  da 
yoxsullaĢması nəticəsində yoxsulluğun dərinliyi daha da arta bilər.    
 
2.26
 
Əmək  bazarı  iqtisadi  böhranın  ev  təsərrüfatlarına  ötürülməsi  üçün  əsas  kanaldır. 
2008-2009-cu illərdə yoxsulların sayında proqnozlaĢdırılan 1.0 faiz bəndi qədər artımın təqribən 
0.75 faiz bəndi (və ya 75%-i) iĢsizliyin səviyyəsinin yüksəlməsi və  gəlirlərin azalması hesabına 
baĢ  verəcəkdir  (Diaqram  2-11).  Köçürmələrdə  proqnozlaĢdırılan  azalma  yoxsulluğun 
səviyyəsində ehtimal edilən artımın yerdə qalan 25%-ini əhatə edir.      
 
Diaqram 2-10 Qlobal iqtisadi böhranın Azərbaycanda yoxsulluğa potensial təsiri 
 
Mənbə:  2008-ci  il  üzrə  YSQS  məlumatlarına  və  sektorlar  üzrə  artım  proqnozları  əsasında  Dünya  Bankı 
əməkdaĢlarının hesablamaları. 
 
 
2.27
 
Regionun 
digər 
ölkələri  ilə  müqayisədə 
yoxsulluğun 
artım 
səviyyəsinin  kiçik  olması 
ehtimal 
edilsə 
də, 
iş 
yerlərinin və köçürmələrin 
itirilməsi  ilə  üzləşən  ev 
təsərrüfatlarına  potensial 
təsiri  diqqətdən  qaçırmaq 
lazım  deyil.    Böhranın 
yoxsulluğa  vurduğu  təsirin 
aradan  qaldırılması  üçün 
sosial  müdafiə  proqramları 
üzrə  nə  qədər  artıq  vəsait 
tələb  olunacaqdır?  Yuxarı 
yoxsulluq 
həddindən 
Diaqram 2-11 Əmək bazarı təsirin ötürülməsinin əsas kanalıdır 
 
 
Mənbə:  2008-ci  il  üzrə  YSQS  məlumatlarına  və  sektorlar  üzrə  artım 
proqnozları əsasında Dünya Bankı əməkdaĢlarının hesablamaları  
AdambaĢına yoxsulluq 
(əhali, %-lə) 
AdambaĢına yoxsulluq 
(%, yoxsulluq həddi) 
Köçürmələr 
Əmək 
bazarı 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə