Azərbaycan universiteti SƏRBƏst iŞ Fakültə


Xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiq edildiyi sahələr



Yüklə 47,58 Kb.
səhifə2/3
tarix11.05.2023
ölçüsü47,58 Kb.
#109726
1   2   3
New Microsoft Word Document (3)

.2. Xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiq edildiyi sahələr

Xidməti fəaliyyətin qiymətləndirilməsi xüsusi məqsədlər üzrə istifadə oluna bilər. Aşağıda göstərilən insan resursları funksiyalarını həyata keçirmək üçün standart qiymətləndirmə metod və üsullarını istifadə etmək olar: işə götürmədə. İş üçün müraciət edənlərin işə müvafiq bilik və səriştələrinin yoxlanılması üçün istifadə edilir. Bu qiymətləndirmə iş üçün müraciət edən şəxsin işi effektiv həyata keçirməsi üçün tələb olunan bacarığa malüc olmasını müəyyənləşdirir. Bundan əlavə, peşə standartları üzrə qiymətləndirmə vakant üzrə müraciət edən namizədin hansı vəzifəyə uyğun olmasını müəyyən edir. Vəzifənin artırılması, əmək haqqının yüksəldilməsi və başqa sahəyə keçmədə. Peşə standartlarının qiymətləndirilməsindən istifadə etməklə əldə olunan məlumata əsasən şəxsin işinə və iş qabiliyyətlərinə müvafiq olaraq, onun vəzifəsinin artırılmasına, əmək haqqının yüksəldilməsinə və ya başqa işə keçməsinə qərar verilir.


Təlimdə. İşçilərin təlim ehtiyaclarını, təlim prosesi ərzində əldə edilən nailiyyətlərin monitorinqini, təlimin yekun qiymətləndirilməsini və bunun əsasında fərdlərin hansı iş üzrə işləyəcəyini müəyyən edir. İşçilərin qiymətləndirilməsində. İş yerində işçilərin məhsuldarlığını ölçmək və buna əsasən mükafat təyin etmək üçün istifadə edilir.
Qiymətləndirmənin digər bir məqsədi isə işçilərin lazım olan bilik və səriştələrə/kompetensiyalara nə dərəcədə yiyələndiyini göstərməkdir. İşçilər üçün faydaları:
• Peşə səviyyələrinin fərdi qiymətləndirilməsi imkanı;
• Sertifikatlı ixtisaslaşmanın təsdiqi;
• Lazım olan peşə təlimi və karyera artımının planlaşdırılması. Əməkhaqqı tədqiqatları İşlərin qiymətləndirilməsi prosesi yekunlaşdıqdan sonra ödənilən əməkhaqqı miqdarının müəyyən edilməsi vacib şərtdir. Bu məbləğ tədqiqat nəticəsində təyin edilir.
Digər müəssisələrin ödəniş tərzi, sənayenin bütün sahələrində ödənilən orta əməkhaqqı miqdarı nəzərə alımr. İşlərin qiymətləndirilməsi ilə müəssisə daxili tarazlıq, tədqiqatla isə müəssisə xarici tarazlıq qorunub saxlanılır. Əməkhaqqı ilə bağlı aparılan araşdırmalar həm rabitə orqanları vasitəsilə, həm də görüşmə yolu ilə həyata keçirilir. Əməyin ödənilməsi ilə bağlı aparılan tədqiqatlar zamanı bəzi problemlər ortaya çıxır. Müəssisələrarası müqayisə aparmaq o qədər də asan iş deyil. Əgər bu istiqamətdə görülən işlər diqqətlə analiz edilməzsə, bəzi arzuedilməz nəticələr meydana gələr. Tədqiqat zamanı birinci mərhələdə araşdırılacaq işlər seçilir. İkinci mərhələdə əmək bazarlarında müqayisə ediləcək idarə və təşkilatlar seçilir. Üçüncü mərhələdə müqayisələrin yekunlan dolğun bir şəkildə analiz edilir və nəticə çıxarılır. Araşdırmalar nəticəsində əldə olunan məlumatların analizi seçilən işlər üçün ödənilən orta məbləğ barəsində bir yekun fikir formalaşdırır. Tədqiqat zamanı müəssisədə olan iş analizləri ilə bağlı sənədlər digər müəssisələrdə mövcud olan sənədlərdə müqayisə edilir. Nəticədə əmək bazarlarında bir işə və ya işlərə ödənilən əməkhaqqı məbləği müəyyənləşdirilir və ortalamalar təyin Bu ortalamalar qrafik vasitəsilə göstərilir. Sonra müəssisənin ödədiyi əməkhaqqının ortalaması çıxarılır. Bu ortalama düz xətt şəklində göstərilir və müqayisə aparılır.

.


Yüklə 47,58 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə