Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə22/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   18   19   20   21   22   23   24   25   ...   206

46 

 

Güllücə kəndindən gətirdiyi ailələrin məskunlaĢması nəticəsində yarandığı üçün 



həmin darğanın adı ilə adlandırılmıĢdır. 

AlıĢar  oyk,  düz.  ġərur  r-nunun  Yengicə  i.ə.v.-də  kənd.  Elmi 

ədəbiyyatda  bu  oykonimin  izahı  belə  verilir:  alış  (qədim  türk  dillərində  "çay 

ağzı, çayın mənsəbi, axar suyun hövzəyə tökülən yeri") və ar ("qarĢı, əks tərəf 

mənasını  ifadə  edir)  komponentlərindən  düzəlib,  "çay  ağzının  əks  tərəfi" 

deməkdir.  Kəndin  XələcdaĢı  dağının  ətəyində,  Arazın  sahilində,  çay  suyunun 

güclü axaraq töküldüyü yerin əks tərəfində yerləĢməsi bu fikri təsdiq edir. 



AlqıĢlaq oyk, mür. Xaçmaz r-nunun  AĢağı  Zeyd i.ə.v.-də  kənd. 1979-

cu ildə AlıqıĢlaq Ģəklində qeydə alınmıĢdır. Oykonimi iki cür izah etmək olar: 1. 



al  (burada  "böyük")  və  qışlaq  (qıĢ  mənzili;  yaĢayıĢ  məntəqəsi  termini) 

sözlərindən  düzəlib,  "böyük  qıĢlaq;  böyük  kənd"  deməkdir;  2.  Alı  (antr.)  və 



qışlaq (kənd) sözlərindən düzəlib, "Alı adlı Ģəxsə məxsus qıĢlaq yeri" deməkdir. 

Allahqulubağ/Allahqulubağı oyk, mür. Zərdab r-nunun Gəlmə i.ə.v.-

də  kənd.  Kür  çayının  sahilindədir.  Oykonim  Allahqulu  (antr.),  bağ  (meyvə 

ağacları  əkilmiĢ  sahə)  və  -ı  (mənsub.Ģək.-si)  komponentlərindən  düzəlib. 

Mənbələrin  verdiyi  məlumata  görə,  1855-ci  ildə  Zərdab  icmasına  aid  olan  Kür 

qırağındakı  740  desyatinlik  tut  bağları  sonralar  ayrı-ayrı  bəylər  və  ruhanilər 

arasında  bölüĢdürülmüĢdü.  Həmin  bağlardan  biri  Allahqulu  adlı  bəyə  mənsub 

olmuĢdur.  Zərdabdan  və  baĢqa  yerlərdən  gəlmiĢ  ailələr  həmin  ərazidə 

məskunlaĢdıqdan  sonra  bağ  yeri  kəndə  çevrilmiĢ  və  həmin  bəyin  adını 

daĢımıĢdır. Kəndin adı "Allahqulu adlı Ģəxsə məxsus bağ yeri" deməkdir. 1917-

ci ildə Birinci və Ġkinci Allahqulubağı adı ilə iki kənd kimi qeydə alınmıĢdır. 



Allahqulu  bulağı  hidr.,  mür.  Yardımlı  r-nunun  Vərgədüz  kəndində 

bulaq.  Hidronim  Allahqulu  (antr.),  bulaq  (su  obyekti  termini)  və  -/ 

(mənsub.Ģək.-si)  komponentlərindən  düzəlib,  "Allahqulu  adlı  Ģəxsə  məxsus 

bulaq" deməkdir. 



Allahqulular  oyk,  sadə.  ġuĢa  r-nunun  ġırlan  i.ə.v.-də  kənd.  Xəlfəli 

çayının  sahilində,  düzənlikdədir.  KeçmiĢ  adı  AllahquluuĢağı  olmuĢdur.  XIX 

əsrin  əvvəllərində  bu  kəndi  Qarabağ  xanı  Mahmudqulu  xana  mənsub  xəlfəli 

elatının allahquluuĢağı nəsli salmıĢdır. Etnooykonimdir. 



Allahmədədli oyk, sadə. ĠmiĢli r-nunun Məmmədli i.ə.v.-də kənd. Mil 

düzündədir. ġahsevənlərin Muğanlı tayfasının allahmədədli tirəsi keçmiĢdə yayı 

Kəlbəcər  dağlarında,  qıĢı  isə  indiki  kəndin  yerində  keçirmiĢdir.  XIX  əsrin 

sonlarında onlar öz qıĢlaq  yerində  məskunlaĢmıĢ və indiki  yaĢayıĢ  məntəqəsini 

yaratmıĢlar. Etnooykonimdir. 

Allahverdi  gölü  hidr.,  mür.  AbĢeron  yarımadasında  göl.  Hidronim 

Allahverdi  (antr.),  göl  (su  obyekti  termini)  və  -ü  (mənsub.Ģək.-si) 

komponentlərindən  düzəlib,  "Allahverdiyə  məxsus  göl"  deməkdir.  KeçmiĢdə 

torpaq  xüsusi  Ģəxslərin  olduğu  kimi,  bəzi  təsərrüfat  əhəmiyyəti  olan  göllər  də 

ayrı-ayrı  adamlara  məxsus  idi.  Bu  səbəbdən  də  Azərb.-da  Ģəxs  adı  daĢıyan  bir 




47 

 

sıra göllər vardır. Lerik r-nunun Kodərə kəndində Allahverdi yeri, Ermənistanda 



Allahverdi Ģəhəri qeydə alınmıĢdır. 

Allahverənli  oyk.,  sadə.  Cəlilabad  r-nunun  Xəlilli  i.ə.v.-də  kənd. 

HəmĢirə  çayının  sahilində,  Burovar  silsiləsinin  yamacındadır.  Kəndin  əsasını 

XIX  əsrin  birinci  yarısında  allahverənli  nəslinə  mənsub  ailələr  qoymuĢlar. 

Emooykonimdir. 



Allahyarlı oyk., sadə. 1. Beyləqan r-nunun Eyvazlılar i.ə.v.-də qəsəbə. 

Mil  düzündədir.  1986-cı  ildə Biləsuvar  r-nunun  Səmədabad  kəndindən  köçmüĢ 

allahyarlı  nəslinə  mənsub  ailələrin  məskunlaĢması  nəticəsində  salınmıĢdır. 

Allahyarlılar  vaxtilə  Birinci  ġahsevən  kəndinin  yaxınlığında  Allahyarlı  obası 

deyilən yerdə yaĢamıĢ, sonralar Səmədabad kəndinə köçmüĢdülər; 2. Masallı r-

nunun Yeyənkənd i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. YaĢayıĢ məntəqəsi öz 

adını eyvazlılar elinə mənsub allahyarlı nəslinin adından almıĢdır; 3. Siyəzən r-

nunun ƏrziküĢ i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Oykonim allahyarlı  nəslinin 

adı ilə bağlıdır. Etnotoponimdir. 

AllanmıĢ  göl  hidr.,  mür.  Ataçay  hövzəsində  göl.  Hidronim  allanmış 

(qızarmıĢ, qırmızı rəngə çalan) və göl (su obyekti termini) sözlərindən düzəlib, 

"qızarmıĢ göl" deməkdir. 

Allı/Allıçay hidr., sadə. Xocavənd r-nunda çay. Quruçayın sağ qoludur. 

Böyük  Kirs  dağından,  2280  m.  hündürlükdən  baĢlanır.  AĢağı  axınında  Ġgah 

adlanır.  Çay  öz  adını  vaxtilə  burada  mövcud  olmuĢ  Allı  yaĢayıĢ  məntəqəsinin 

adından  almıĢdır.  1917-ci  ildə  Lənkəran  qəzasında  Allı  adlı  kənd  qeydə 

alınmıĢdır. 

Almaarx hidr., mür. Yevlax r-nu ərazisində arx. Tədqiqatçıların böyük 

əksəriyyətinin  fikrincə,  "alma"  sözü  ilə  bağlı  toponimlər  alma  ağacı  ilə  zəngin 

obyektləri  bildirir.  Lakin  "alma"  komponentli  toponimlərin  bağlı  olduğu 

obyektlərin  müxtəlifliyi  və  arealının  geniĢliyi  bu  fikirlə  razılaĢmamağa  əsas 

verir.  Belə  ki,  Alma  Ata  (Tatarıstan),  Alma  Atı  (Qazaxıstan),  Alma  Kerman, 

Alma  Tamak,  Alma  Tarxan  (Krım),  Alma/Zeda  Alma  (Acarıstan),  Almazar 

(Özbəkistan),  Alma  çayı  (Krım  dağlarından  axır),  Alma  Arasan  (Qazaxıstan), 

Almalı  (Azərb.,  Cənubi  Azərb.,  Ermənistan)  və  s.  coğrafi  adların  hamısı  alma 

ağacı  ilə  bağlı  ola  bilməz.  Türk  dillərində  alma  sözünün  "meyvə  növü" 

mənasından  baĢqa  "dəyiĢmə";  "alınma,  götürülmə";  "üstün,  daha  yaxĢı"  "turĢ"; 

"almat/almatı" Ģəklində isə "təbəə, rəiyyət, tabeçilik" mənalarında iĢləndiyini və 

Alma  Atı  (Qazaxıstan)  Ģəhərinin  və  Almatinka  çayının  rus  mənbələrində 

"Vernıy", "reka okolo Vernoqo" adlanmasını  nəzərə alsaq bu fikri təsdiq etmiĢ 

olarıq. Bu baxımdan Yevlax r-nundakı Almaarx hidronimi alma (alınma) və arx 

(su  obyekti  termini)  sözlərindən  düzəlib,  "hansısa  su  hövzəsindən  alınma, 

ayrılma arx" deməkdir. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə