Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə2/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   2   3   4   5   6   7   8   9   ...   206

 

A



 

Abad oyk., sadə. AğdaĢ r-nunun Qaradeyin i.ə.v.-də kənd. 1809-cu ildə 

Avat, 1917-ci ildə Avad Ģəklində qeydə alınmıĢdır. Yerli sakinlərin dilində Avat 

kimi tələffüz olunur və "quru kol-kos" mənasında izah edilir. Mənbələrin verdiyi 

məlumata görə, avat qırğız tayfalarından birinin adıdır. Tümen vilayətində Abat, 

Gürcüstanda  Abatxevi,  Qazaxıstanda  Avat,  Qafqazda  Avat  dağ  və  kənd  adları 

Abad  (AğdaĢ)  oykoniminin  avat  etnonimi  ilə  bağlı  olduğunu  söyləməyə  əsas 

verir. Türklərin Qərb yürüĢlərində iĢtirak edən avatların XI-XIII əsrlərdə Səlcuq 

oğuzlarının tərkibində Azərb.-a gəlmələri ehtimal olunur. 

Abadgöl hidr., mür. AgdaĢ r-nunda arx. Hidronim Abad (kənd adı) və 

göl sözlərindən düzəlib, "Abad kəndinə məxsus göl" deməkdir. 

Abadkənd  oyk.,  mür.  Salyan  r-nunun  Xələc  i.ə.v.-də  kənd.  1954-cü 

ilədək  Cındırlı  (əsli  Candarlı)  olmuĢdur.  Cənub-ġərqi  ġirvan  düzündədir. 

Oykonim  abad  və  kənd  topokomponentlərindən  düzəlib,  "müntəzəm  və  çoxlu 

tikintisi,  yaĢayıĢ  üçün  hər  cür  Ģəraiti  olan,  məskun  edilmiĢ,  səliqəli,  inkiĢaf 

etmiĢ,  becərilmiĢ,  düzəldilmiĢ  yer,  yaĢayıĢ  məntəqəsi"  deməkdir.  Abad 

topokomponenti  çox  vaxt  Ģəxs  adlarına  qoĢularaq  rus  dilindəki  -qrad,  -ovka, 

yunan  dilindəki  -pol,  alman  dilindəki  -  burq  topoformantlarına  uyğun  gəlir  və 

memorial  toponimlərin  yaranmasında  iĢtirak  edir.  Bu  topokomponento  hind, 

Pakistan,  fars,  türk  (həmçinin  digər  türkdilli  xalqlar)  toponimiyasında  rast 

gelmək 


mümkündür. 

Candarlı 

toponiminə 

gəlincə, 

bu 

toponimə 



Çandır/Çandar/Candar  variantlarında  Türkmənistan,  Özbəkistan,  Gürcüstan 

toponimiyasında  təsadüf  olunur.  Azərb.-ın  Qazax-Ağstafa  bölgəsində  Candar 

göl hidronimi və Çəndirli familiyası da qeydə alınmıĢdır. XIX əsrdə Azərb.-nın 

keçmiĢ  Cavad  qəzasında  yaĢayan  xələclərin  bir  tirəsinin  adı  candır  olmuĢdur. 

Ġndiki  Abadkənd  kəndinin  Xələc  i.ə.v.-nin  tərkibində  olması  bu  toponimin 

etnotoponim olmasını söyləməyə əsas verir. Çandar etnonimi Səlcuq oğuzları ilə 

əlaqələndirilir. 

Abalı/Abalu (1933) oyk, sadə. Zaqatala r-nunun Danaçı i.ə.v.-də kənd. 

Mənbələrin  verdiyi  məlumata  görə,  kəndin  əsl  adı  Abaəlioba  olmuĢdur.  Yerli 

əhalinin ehtimalına görə, oykonim Abaəli (Dağıstanın Çaroda kəndindən gəlmiĢ 

Ģəxsin adı) və oba (kəndin ərazisində kiçik icma) komponentlərindən ibarətdir. 

Türk dillərində, o cümlədən Azərb. dilinin dialekt ve Ģivələrində aba "ata, baba, 

əmi; ana, xala, böyük bacı" mənalarında iĢlənir. Oykonimi Dədəli, Babalı və s. 

etnotoponimlərinin  omonimi  kimi  qəbul  etmək  lazımdır.  Bu  oykonim  sonrakı 

illərdə  Abasalı  (1979),  Abaslı  (1986)  variantlarında  qeydə  alınmıĢdır.  2004-cü 

ildə kəndin adı Abaəli variantında rəsmiləĢdirilmiĢdir. 

Abazallı (1968)/ Abasallı (1917, 1933, 1961)/ Abasalılı (1979, 1986) 

oyk., düz. 1. Neftçala r-nunun Tatarməhlə i.ə.v.-də kənd. Salyan düzündədir. Son 

illərdə  Abasəlikənd  variantında  rəsmiləĢdirilmiĢdir; 2. Cəlilabad r-nunun Təklə 




 

i.ə.v.-də  kənd.  Burovar  silsiləsinin  ətəyindədir.  2001-ci  ildən  Abasallı  kimi 



rəsmiləĢdirilmiĢdir.  Biləsuvar  r-nundakı  Novomixaylovka  (indiki  Zəhmətabad) 

kəndinin  adı  da  1840-cı  ilədək  Abazallı  olmuĢdur.  Bu  oykonimlər  xəzər  və 

peçeneqlərin tərkibində Azərb.-na gəlmiĢ abaza (avaz/abas/abaz) tayfasının adı 

ilə bağlıdır. Türkmənistanda  Avaza, Xakas MV-də  Abaza, Gürcüstanda  AbaĢa, 

Abazlar  toponimlərinin,  Azərb.-da  isə  Avazlar,  Avaz,  abbazlı  (Qazax  r-nunun 

Ġkinci  ġıxlı kəndində tayfa) toponim vo etnonimlərinin qeydə alınması bu fikri 

təsdiq edir. 

Abbasabad  oyk,  mür.  Yardımlı  r-nunun  Hamarkənd  i.ə.v.-də  kənd. 

ViləĢ  çayının  sahilində,  dağətəyi  ərazidədir.  YaĢayıĢ  məntəqəsi  XIX  əsrin 

ortalarında  pornayım  tayfasına  mənsub  ailələr  tərəfindən  salınmıĢdır.  Bəzi 

mənbələrdə  Abasabad  (1917,  1933,  1961)  variantında  qeydə  alınmıĢdır. 

Oykonim Abbas (Ģəxs adı) və abad topokomponentlərindən düzəlib. 1809-1810-

cu illərdə Araz çayı sahilində, Naxçıvan Ģəhərinin 6 km c.-Ģ.-ində fransız hərbi 

mühəndislərinin layihəsi əsasında Abbasabad qalası tikilmiĢdi. Qala Ġran dövlət 

xadimi,  Fətəli  Ģah  Qacarın  oğlu  və  vəliəhdi  Abbas  Mirzənin  adı  ilə  bağlı  idi. 

Rusiya-Ġran  müharibəsində  (1826-1828)  qalada  vuruĢmalar  olmuĢdu.  Araz  su 

qovĢağı  tikiləndən  sonra  Abbasabad  qalasının  xarabalığı  su  altında  qalmıĢdır. 

Mənbələrdə 1828-30-cu illərdə baĢ vermiĢ hadisələrlə əlaqədar Ġrəvan xanlığının 

Vedibasar,  ġərur  və  Sürməli  mahallarında  Abbasabad  adlı  kəndlərin  azərb. 

əhalisi haqqında məlumat verilir. 

Abbasbəyli/Abasbəyli  oyk.,  sadə.  1.  Qazax  r-nunun  Alpout  i.ə.v.-də 

kənd.  Gəncə-Qazax  düzənliyindədir.  KeçmiĢ  adı  Daharbəylidir.  YaĢayıĢ 

məntəqəsi XIX əsrdə Dəmirçilər kəndinin abbasbəyli adlı nəslinə mənsub ailələr 

tərəfindən salınmıĢdır; 2. Masallı r-nunun Yeyənkənd i.o.v.-də  kənd. Lənkəran 

ovalığındadır. 1933-cü ildə Dəvəçi və Sabirabad r-nları ərazisində də Abasbəyli 

kəndləri qeydə alınmıĢdır. Bu oykonimlər abasbəyli etnonimi ilə bağlıdır. 



Abbasxanlı/Abasxanlı  oyk.,  sadə.  Ağsu  r-nunun  Kəndoba  i.ə.v.-də 

kənd.  ġirvan  düzündədir.  KeçmiĢ  adı  Gorus  Abbasxanlı  olmuĢdur.  Oykonim 

ġamaxı qəzasında maldarlıqla məĢğul olan bir nəslin adını əks etdirir. Bu kənd 

ġirvan  xanlığı  dövründə  Çaparlı  və  Ağarx  kəndləri  ilə  birlikdə  Gorus  adlanan 

mahala  daxil  idi.  Mahalın  adı  vaxtilə  burada  məskunlaĢmıĢ  gorus  qızılbaĢ 

tayfasının  adından  götürülmüĢdür.  XVIII  əsrdə  Gorus  mahalı  ġamaxı  xanı 

Mustafa xanın kürəkəni AğakiĢi bəyə mənsub olmuĢdur. 1933-cü ildə Cəlilabad 

r.-nu  ərazisində  eyniadlı  kənd  qeydə  alınmıĢdır.  Bu  oykonimlər  abbasxanlı 

nəslinin adı ilə bağlıdır. 

Abbaskənd  oyk.,  mür.  ġəki  r-nunun  AĢağı  Göynük  i.ə.v.-də  kənd. 

Alazan-Əyriçay  çökəkliyindədir.  Oykonim  Abbas  (Ģəxs  adı)  və  kənd 

topokomponentlərindən  düzəlib,  "Abbas  adlı  Ģəxsə  məxsus  yaĢayıĢ  məntəqəsi" 

deməkdir. 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə