Azərbaycan toponġMLƏRĠNĠn ensġklopedġk lüĞƏTĠ



Yüklə 4,15 Mb.
Pdf görüntüsü
səhifə17/206
tarix23.01.2018
ölçüsü4,15 Mb.
#22403
1   ...   13   14   15   16   17   18   19   20   ...   206

36 

 

boyunca  keçən  köç  yolunda  yerləĢən  axtaxanada  salındığı  üçün  belə 



adlandırılmıĢdır.  Ermənistan  və  Özbəkistan  toponimiyasında  da  Axtaxana 

oykonimləri qeydə alınmıĢdır. 



Axtarma  or.,  sadə.  AbĢeron  r-nunda  palçıq  vulkanı.  Axtarma  türk 

dillərində "atma, dağıtma; ətrafa səpələmə" deməkdir. Vulkan püskürərkən yerin 

altındakı çirkli sular, palçıq və qaz üzə çıxaraq ətrafa yayılır. 

Axtarmadah  or.,  mür.  AbĢeron  r-nunda  palçıq  vulkanı.  Oronim 

"vulkanın arxa tərəfi" deməkdir. 



Axtarma  Qaradağ  or.,  mür.  Qaradağ  r-nu  ərazisində  palçıq  vulkanı. 

Kraterində 35-ə yaxın qrifon var. Qrifonlarından qaz, palçıq və su çıxır. Oronim 

palçıq vulkanının yerləĢdiyi ərazinin adını əks etdirir. 

Axtarma  PaĢalı  or.,  mür.  Azərb.-da  ən  böyük  palçıq  vulkanlarından 

biridir.  ġamaxı  r-nu  ərazisində,  PaĢalı  stansiyası  yaxınlığındadır.  Nisbi  hün. 

3000 m.-ə çatır. 

Axtarma  Puta  or.,  mür.  Qaradağ  r-nunun  Puta  qəsəbəsi  yaxınlığında 

palçıq  vulkanı.  1923-cü,  1933-cü  və  1950-ci  illərdə  püskürmüĢdür.  Oronim 

vulkanın yerləĢdiyi ərazini əks etdirir. 

Axullu  oyk.,  sadə.  Xocavənd  r-nunun  Edilli  i.ə.v.-də  kənd.  Qarabağ 

silsiləsinin  ətəyindədir.  Bəzi  tədqiqatçılar  bu  sözü  haxıllı  etnoniminin  təhrif 

forması  hesab  edirlər.  Etnotoponimdir.  Akullar  (Axsullar)  Dağıstanın  c.-unda 

(Aqul və Qurax r-nlarında) yaĢayan xalqın adıdır. Etnoqrafik cəhətdən ləzgilərə 

yaxındırlar.  Ərazidə  Ləzgisuyu  adlı  obyektin  olması  bunu  bir  daha  sübut  edir. 

Axu (axul) Qafqaz xalqlarının (abxaz) dilində "təpə, yüksəklik" deməkdir. 

Axun  hidr.,  sadə.  AbĢeronda  mineral  bulaq.  Sumqayıt  Ģəhər  i.ə.v.-də, 

Altıağac  kəndindən  bir  qədər  Ģm.-q.-də  yerləĢir.  Soyuq  sulu  bulaqdır. 

Toponimikada  bu  hidronimi  V  əsrdə  Muğanda  hunlar  tərəfindən  salınmıĢ  Ak-

qunn  (Ağhun)  Ģəhərinin  adı  və  ya  axund  (molla)  dini  rütbə  adı  ilə 

əlaqələndirmək meyilləri vardır. Lakin nəzərə almaq lazımdır ki, türk dillərində 

aqın/axın/axun/akun  paralelləri  "sel",  "axıntı",  "can  atmaq",  "iti  axan  çay,  su" 

mənalarında  iĢlənməkdədir.  Su  obyekti  ilə  bağlı  olan  bu  coğrafi  ad  yalnız  "iti 

axan  su,  bulaq"  kimi  izah  oluna  bilər.  Qafqazda  (Soçi)  Böyük  Axun  adlı  dağ, 

Penza vilayətində, Sura çayının sahilində Axunı adlı kurort Ģəhəri vardır. 



Axunahiran  oyk.,  sadə.  Lerik  r-nunun  Veri  i.ə.v.-də  kənd.  PeĢtəsər 

silsiləsinin  yamacındadır.  Əsl  adının  Ahunagəran  olduğu  və  talıĢ  dilində 

"dəmirçilər"  mənasını  bildirdiyi  güman  edilir.  Adını  ərazidəki  eyniadlı  çaydan 

almıĢdır. Hidronim isə axun (sel, çay), hır (tal, duman, çiskin) sözlərindən və -



an (məkan) Ģək.-sindən düzəlib, "dumanlı, bulanıq çay" deməkdir. 

Axundlu  oyk.,  sadə.  Ağsu  r-nunda  kənd.  ġirvan  düzündədir. 

Etnotoponimdir.  YaĢayıĢ  məntəqəsinin  yaxınlığında  Axundlu  qobusu,  Axundlu 

dağı, Axundlu qəbiristanı adlı coğrafi obyektlər də var. 



37 

 

Axunkaxi  hidr.,  mür.  AbĢeron  yarımadasında  göl.  Hidronim  axun 

(kiçik  çay,  çay  qolu)  və  far.  -gahi  (-laq  Ģəkilçisinin  qarĢılığı  olub,  məkan 

anlayıĢı bildirir) komponentlərindən düzəlib, "çayların töküldüyü yer" deməkdir. 



Axura oyk, sadə. ġərur r-nunun eyniadlı i.ə.v.-də kənd. Axura çayının 

(Arpaçayın  qolu)  sağ  sahilində,  Dərələyəz  silsiləsinin  q.  ətəyindədir.  Adını 

ərazidəki  eyniadlı  çaydan  almıĢdır.  KeçmiĢ  adı  Yeni  Axura  olmuĢdur.  Axura 

adlı  yaĢayıĢ  məntəqəsinin  adı  ilk  dəfə  VII  əsrə  aid  mənbədə  çəkilir.  1840-cı  il 

iyunun  20-də  güclü  zəlzələ  nəticəsində  Ağrı  dağının  ətəyində  yerləĢən  Axura 

kəndi  dağılmıĢ,  kəndin  əhalisi  indiki  əraziyə  köçərək  Yeni  Axura  kəndinin 

əsasını qoymuĢdur. Sonralar oykonimin birinci komponenti düĢmüĢ, kənd Axura 

adlandırılmıĢdır. 



Axura  çayı  hidr.,  mür.  ġərur  r-nunda  çay.  ġərqi  Arpa  çayının  sol 

qoludur. Mənbəyini Keçəltəpə dağından, 2460 m. yüksəklikdən alır. Qabaqlıçay 

da  adlanır.  Üzərində  Axura  körpüsü  vardır.  Abidələrin  dilində  axur/akur/akuru 

sözləri "əhatə olunmuĢ; bəndə salınmıĢ; sakit, səssiz, yavaĢ; sərbəst" mənalarını 

ifadə edir. Çayın ikinci adı da həmin mənaya uyğun gəlir. Ermənistan ərazisində 

Araz çayının sağ qolu olan Zəngiçay da Axuryan adlanır. 



Axurçay  hidr.,  mür.  Qusar  r-nu  ərazisində  çay.  Hidronim  axur  (sakit, 

səssiz) və çay sözlərindən düzəlib, "sakit axan çay" deməkdir. 



Akaku  oyk.,  mür.  Xocavənd  r-nunun  Tuğ  i.ə.v.-də  kənd. 

Tədqiqatçıların əksəriyyəti bu oykonimi "mənası aydın olmayan" adlar sırasına 

daxil  edir.  1933-cü  ildə  həmin  kənd  Ataqut  i.ə.v.-nin  tərkibində  verilmiĢdir. 

Türk dillərində "aka" sözü "baba, böyük qardaĢ, ata" mənalarını ifadə edir. Eyni 

zamanda  həm  "ku",  həm  də  "ut"  komponentlərinin  hər  ikisi  "davamçı;  vəliəhd, 

Ģahzadə;  arxasınca  gedən"  mənalarında  iĢlənmiĢdir.  Əgər  bu  sinonimliyə 

Ağaoğlan  oykonimini  də  əlavə  etsək,  görərik  ki,  eyni  ərazidə  yerləĢən  Ataqut 

(və  ya  Ataut),  Akaku  məntəqə  adları  "atanın  oğlu,  atanın  davamçısı,  kiçik 

Ģahzadə" mənalarına uyğun gəlir. Kənd 1992-ci ildən Ağoğlan adlandırılmıĢdır.  

Akop Kamari bax: Lüləsaz.  

AkuĢa bax: AquĢa. 

AkuĢapeĢtə  oyk.,  mür.  Lerik  r-nunun  Siyov  i.ə.v.-də  kənd.  Ləmər 

çayının (Lənkəran çayının  sağ qolu) sahilində, PeĢtəsər silsiləsinin ətəyindədir. 

Kənddə  AkuĢa  adlanan  pir  var.  Oykonim  akuşa  (delta)  və  peştə/piştə  (talıĢ. 

"quru,  hündür  yer,  suyun  içində  təpəcik")  sözlərindən  düzəlib,  "çayın  qollara 

ayrıldığı yer; delta" deməkdir. 

Aqaçay  hidr.,  mür.  Qubadlı  r-nu  ərazisində  çay.  Hidronim  aqa  (türk 

dillərində  "iki  ayaq  arasındakı  geniĢlik;  iki  son  arasındakı  boĢluq;  iki  sahil 

arası") və çay (su obyekti bildirən termin) komponentlərindən düzəlib, "çox da 

enli  olmayan  çay"  deməkdir.  Aqadır  (Qazaxıstanda  r-n  və  qəs.),  Aqan 

(Rusiyanın  Tümen  vil.-də  çay),  Aqapa  (Rusiyanın  Krasnoyarsk  ölkəsində  çay) 

coğrafi adları da aqa topokomponenti ilə bağlıdır. 1917-ci ildə Nuxa qəzasında 




Yüklə 4,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   206




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə