2008-ci ilin oktyabr ayında Bakı şəhərində narkotik alveri ilə mübarizə şöbəsinin
polis zabitləri
narkotik vasitələrin yayılmasında təqsirli bilinib həbs edilmişlər. Onların iş yerlərinin axtarışı
zamanı bir kiloqram heroin aşkar edilərək götürülmüşdür. İlin sonunda zabitlərin həbsdə
qalmaları davam etmişdir.
Həbs prosedurları və saxlama yerində rəftar
Qanunda nəzərdə tutulub ki, cinayətdə təqsirli bilinərək saxlanılmış, həbs edilmiş və ya ittiham
edilən şəxslərə onların hüquqları, həbsin səbəbləri dərhal izah edilməli və müvafiq hüquqi proses
təmin olunmalıdır; bununla belə, təcrübədə hökumət bu müddəalara riayət etməmişdir. Çox vaxt
polisə müqavimət kimi saxta ittihamlarla əsassız həbslər il ərzində problem olaraq qalmışdır.
Qanun polislərə şəxsləri həbs barədə əmr olmadan 24 saat müddətinə saxlamağa və sorğu-sual
etməyə icazə verir. Təcrübədə polis işçiləri həbs əmri
olmadan şəxsləri bir neçə gün, bəzən
həftələrlə saxlamışlar. Digər hallarda hakimlər həbs qərarını həbs faktından sonra çıxarmışlar.
Baş Prokurorluq və ya digər icraedici orqanlarının məmurlarının təlimatına əsasən fəaliyyət
göstərən hakimlər saxlanılan şəxsləri vəkillə təmin etmədən bir neçə saat ərzində həbs cəzası
vermişlər.
Qanun saxlanılan andan vəkil tutmaq hüququnu nəzərdə tutur. Təcrübədə isə vəkil ilə təmin
olunma məsələsi, xüsusən də Bakı şəhərindən kənarda, çox aşağı səviyyədə olmuşdur. Qanunda
nəzərdə tutulmasına baxmayaraq, yoxsul məhbuslar vəkildən yararlana bilməmişlər. Səlahiyyətli
şəxslər ailə üzvlərinin baş çəkməsini məhdudlaşdırmış və saxlanılanlar barədəməlumatlar
verməmişlər. Çox vaxt ailələr həbs olunmuş qohumları ilə bağlı hər hansı məlumatı əldə etmək
üçün günlərlə gözləməli olmuşlar. Rəsmi qaydada fəaliyyət göstərən zamindurma sistemi
olmasa da şəxslərə bəzən saxlanılanları zaminə götürərək onların məhkəmə öncəsi istintaq
dövründə şərti azadlığa buraxılmasına imkan verilmişdir. Siyasi baxımından şübhəli şəxslər polis
şöbəsində bəzən bir neçə saat və ya gün
yazışma hüququ olmadan, tək adamlıq kamerada
saxlanılmışlar
.
İl ərzində həbs və saxlama prosedurlarının çoxsaylı pozulması halları olub və bunlardan çoxu
dinc nümayişlərdə iştirak edən şəxslərə aid olmuşdur. Məsələn, 28 apreldə polis işçiləri Şəhidlər
Xiyabanının yaxınlığında Dalğa islahat yönümlü gənclər hərakatının dörd üzvünü həbs etmişdir.
Həmin dörd şəxs bir neçə saat polis bölməsində saxlanılmış və sonra ittiham edilmədən
buraxılmışlar.
8-10 may tarixlərində polis 100-yə yaxın gənci 30 aprel tarixində Dövlət Neft Akademiyasındakı
baş vermiş qətl hadisəsinə hakimiyyətin münasibətinə qarşı etiraz etdiyinə görə həbs etmişdir. O
zaman bir silahlı şəxs akademiyaya daxil olaraq, odlu silahla 13 nəfəri qətlə yetirmişdi. Polis
ilkin olaraq, bir neçə gənci 10 may etiraz nümayişlərini planlaşdırmaqda təqsirli bilərək həbs
etmiş, həbsə müqavimət göstərmək kimi saxta ittihamlarla 10 may tarixinə kimi saxlamışdır.
Bundan əlavə, 10 may tarixində polis bir neçə nümayiş zamanı onlarla gənci həbs etmiş, onları
vəkillərlə təmin etmədən və ya saxlanılma səbəblərinin əsasını onlara bildirmədən bir neçə
saatlıq həbsdə saxlamışdır. Polis onların adları və ünvanlarını götürdükdən sonra hər hansı rəsmi
ittiham irəli sürmədən günortadan sonra hamısını azad etmişdir. Gənclərdən bəziləri bildirmişdir
ki, polis onların fəaliyyətləri barədə sorğu-sual etmək üçün növbəti həftələr ərzində onların
ailələrinə baş çəkmişdir.
16 sentyabr ayında səlahiyyətli orqanlar həmin vaxt məhkəmə prosesi davam edən və
xuliqanlıqda ittiham edilən gənc fəallar Emin Milli və Adnan Hacızadənin həbsinə etiraz əlaməti
olaraq üzərinə “Mən də xuliqanam” sözləri yazılmış idman köynəkləri geymiş altı gənc fəalı
həbs etmişdir (bax bölmə 1.e. və 2.a.). Onlardan altı nəfər Səbail rayon məhkəməsinin
yaxınlığında həbs edilərək məhkəmədə iş üzrə ikinci dinləmə keçirilən zaman üç saatdan artıq
müddətə saxlanılıblar. Onlar yalnız dinləmə başa çatdıqdan sonra buraxılmışlar. Onlara qarşı heç
bir ittiham irəli sürülməmişdir.
Məhkəmə öncəsi 18 aylıq uzunmüddətli saxlama ciddi problem olmuşdur. Baş prokuror dövlət
istintaqı başa çatdırana kimi, icazə verilən ilkin üç aylıq məhkəmə öncəsi saxlama müddətini bir
neçə aylıq ardıcıl uzatma ilə müntəzəm qaydada artırmışdır.
Amnistiya
17 mart tarixində hökumət Azərbaycanın birinci xanımı və Milli Məclisin deputatı Mehriban
Əliyevanın təklifini qəbul edərək müəyyən kateqoriyadan olan məhbuslar
üçün amnistiya elan
etmişdir. Cəmi 9000 məhbus əfv edilmiş, bunlardan 1700 nəfər birbaşa həbsxanadan azadlığa
buraxıldığı halda qalanları şərti həbs cəzası almış və ya cərimələr ödəmişdir. Azad edilmiş
şəxslər sırasında siyasi məhbus kimi tanınan 36 aylıq həbs müddətinin 33 ayını çəkmiş jurnalist
Mirzə Sakit (Sakit Zahidov) də olmuşdur.
25 dekabr tarixindəPrezident İlham Əliyev 89 məhbusu əfv etdi. Həmin əfv fərmanı əfv
komissiyasına ünvanlanmış müraciətlərə əsasən verilmişdir. Əfv olunanlar arasında bir çox yerli
müşahidəçilər tərəfindən siyasi motivasiyalı hesab edilən ittihamlarla həbs edilmiş jurnalist
Müşfiq Hüseynov da var idi. Hüseynov kəskin vərəm xəstəliyindən əziyyət çəkirdi və onun
sağlamlığı ötən aylar ərzində hədsiz pisləşmişdi.
2008-ci ildə azad ediləcəklərinə dair bəzi işarələr olsa da bir sıra tanınmış jurnalistlər ilin sonuna
kimi hələ də həbsdə qalmışlar.
e.
Ədalətli və açıq
məhkəmə
prosesinin aparılmasından imtina
Qanun məhkəmələrin müstəqil olmasını nəzərdə tutsa da, təcrübə onu göstərir ki, hakimlər icra
orqanlarından müstəqil fəaliyyət göstərməmişdir. Məhkəmə sistemi korrupsiyaya uğramış və
səmərəsiz fəaliyyət göstərmişdir. Hökmlər çox vaxt məhkəmənin gedişatı ərzində təqdim edilmiş
sübutlarla bağlı olmamışdır.
İcra orqanları məhkəmə hakimiyyətinə güclü təsir göstərməkdə davam etmişdir. Namizədlərin
hakimliyə imtahnını həyata keçirən və müstəqilliyi nəzərdə tutulan Məhkəmə-Hüquq Şurasına
Ədliyyə Nazirliyi nəzarət edir. Məhkəmə seçimi prosesinə uzun çəkən kurs işi, yazılı və şifahi
imtahanlar və yekun müsahibə daxil idi. Beynəlxalq müşahidəçilərin rəyinə əsasən imtahanların
şifahi komponenti seçim prosesində korrupsiyaya imkan yaradır. İmtahan prosesi 80 aşağı
instansiya məhkəməsi üçün hakimlərin seçilməsi ilə nəticələnmişvə onların heç biri ilin sonuna
and içməmişdir. .Ali Məhkəmə, Apelyasiya Məhkəməsi və Konstitusiya Məhkəməsinin
hakimlərinin namizədlikləri prezident tərəfindən təklif olunur və Milli Məclis tərəfindən
təsdiqlənir.