Azərbaycan teatrı



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix01.07.2018
ölçüsü2,52 Mb.
#52541
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

Teatrda çalışan aktyor uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı 
Mədəniyyət Evinin nəzdindəki “Damğa” teatrının rəhbəri olub. Burada məsxərə
məzhəkə, səhnə felyetonu, qəzet-publisistika janrında kiçikhəcmli, satirik 
tamaşalar hazırlayıb. Eyni zamanda Şıxəli Qurbanovun “Sənsiz”, İlyas 
Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Nahid Hacızadənin “Məhəbbət yaşadır” 
dramlarına səhnə quruluşu verib. 
Rafiq Əzimov Azərbaycan Dövlət Televiziyasında “Ömrün kino səhifələri” 
silsilə verilişlərinin aparıcısı olub. “Lider” televiziyasında Seyid Əzim Şirvani 
haqqında “Aləmdə qalan səs”, “Mirzə Ələkbər Sabir”, “Aşıq Molla Cuma”, 
“Səməd Mənsur”, Abbasqulu ağa Bakıxanov barədə “Sonuncu orden” 
telefilmlərində aparıcı rollarına çəkilib. 
Rafıq Əzimov əsasən epizod rollar ifa etsə də, hər təzə teatr mövsümündə 
repertuarda daha çox məşğul olan aktyorlardan sayılır. Tələbə vaxtı Akademik 
teatrın tamaşalarının kütləvi səhnələrində oynayan aktyor kollektivə üzv olanda 
əvvəlcə repertuardakı hazır tamaşalara əlavə ifaçı kimi daxil edıldi. İlk müstəqil 
rolu Kalandarionu (“Dəlilər”) 14 iyun 1963-cü ildə oynadı. 
Kalendario. “Dəlilər” (“Valensiya dəliləri”), Lope de Veqa. 
Beşinci aktyor və Marsello. “Sevimli roller”, Sabit Rəhman. 
Mirzə Hüseyn. “Toy”, Sabit Rəhman. 
Filon. “Antoni və Kleopatra”, Vilyam Şekspir. 
Əhməd. “Köç”, Cavad Fəhmi Başqut. 
Anton. “Şeyx Sənan”, Hüseyn Cavid. 
Arşaq, Vəzir və Vidadi. “Vaqif”, Səməd Vurğun. 
Sərkis. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə. 
Doktor Ninkoviç. “Nazirin xanımı”, Branislav Nuşiç. 
Paj. “Orlean qızı”, Fridrix Şiller. 
Zəki. “Yalan”, Sabit Rəhman. 
Dursun. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı. 
Xristo. “Falçı”, Stefan Kostof. 
Kəblə Fətulla və Müəllim Mirzə Hüseyn. “Ölülər”, Cəlil 
Məmmədquluzadə. 
Caynaq. “Ana torpağı”, Çingiz Aytmatov. 
Artist Pərviz. “Görünməmiş toy”, Qriqori Qorin və Arka Arkanov. 
Sinqayevski. “Tufanlı il”, Aleksey Kapler. 
Kristi Dacen. “Şeytanın şagirdi”, Bernard Şou.  
Rozenkarans Pnkarans. “Hamlet”, Vilyam Şekspir. 
Üçüncü əcinnə. “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdıyev.  
Birinci tələbə. “Xəyyam”, Hüseyn Cavid.  
Rəhman. “Mahnı dağlarda qaldı”, Ilyas Əfəndıyev.  
Frans Fok. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə.  
Batler. “Qızü”, Yucin ONil.  
Sərhəd pozan. “Darıxma, ana!”, Nodar Dumbadze.  
Mirzə Cavad. “Aydın”, Cəfər Cabbarlı. Bu rolu iki quruluşda oynayıb. 
Müəllim. “Adsız ulduz”, Mixail Sebastian. 
Lakey. “Şöhrət və ya unudulmuş adam”, Nazim Hikmət. 


Güloğlan. “İnsan”, Səməd Vurğun. 
Tufan. “Səks-səda”, Nəbi Xəzri. 
Şişkin. “Maşınlar”, Maksim Qorki. 
Mərcan. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı 
əsasında Tofıq Kazımovun işləməsi. 
Dudko Zaxar. “Daşqın”, Anatoli Safronov. 
Həmzad Qurban. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. 
Əhmədcan. “Qəribə oğlan”, İlyas Əfəndiyev. 
Müsyö Jordan. “Müsyö Jordan və dərviş Məstəlişah”, Mirzə Fətəli 
Axundzadə. 
Boraçio. “Heç nədən hay-küy”, Vilyam Şekspir. 
Fənd Bağır. “Adamın adamı”, Anar. 
Karandışev. “Cehizsiz qız”, Aleksandr Ostrovski. 
Müəzzin. “Karıxmış sultan”, Taufiq əl Hakimi. 
Doktor Mahmud. “Səhra yuxuları”, Anar. 
Həkim. “Maqbet”, Vilyam Şekspir. 
Mozalan. “Sizi deyib gəlmişəm...”, Anar. 
Kıçik zabit. “İblis”, Hüseyn Cavid. 
Mirzə Qoşunəli. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.  
Qasım. “Nişanlı qız”, Sabit Rəhman. 
Cıgatay. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. 
Amerıka yazıçısı. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov. 
Medvedev. “Həyatın dibində”, Maksim Qorki. 
Axill. “Böyük Romul”, Fridrix  Dürrenmatt. 
Ağayı  Möhtəşəm. “Şeyx Məhəmməd Xiyabani”, İlyas Əfəndiyev. 
Fliç. “Üç  quruşluq opera”, Bertolt Brext və Kurt Vayl. 
Anaşkin. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. 
İvanov. “Tufandan əvvəl”, Arif Süleymanov. 
Rəhmanzadə. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. 
Aleksandr Petroviç. “Qızıl teşt”, Seyran Səxavət. 
Behbud bəy. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev. 
Rüstəm bəy. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə. 
Şeyx Pir Sultan. “Min illərin işığı”, Kamil Abdullayev. 
Qəni müəllim. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. 
Qaraqoyunlu əmi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli. 
Hersoq Albani. “Kral Lir”, Vilyam Şekspir. 
Mubi Tərxan. “Özümüzü kəsən qılınc”, (“Göytürklər”) Bəxtiyar 
Vahabzadə. 
Qoca. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz 
Aytmatov və Muxtar Şahanov. 
Ixtiyar. “Burla xatun”, Nəbi Xəzri. 
Kişi. “Hərdən mənə mələk də deyirlər....”, Kamal Abdulla. 
Şeyx. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. 
Vəzir. “Fərhad və Şirin”, Səməd Vurğun. 
İbn Tahir. “Dar ağacı”, Bəxtiyar Vahabzadə. 


Naşir. “Kəllə”, Nazim Hikmət. 
Əbdürrəhim bəy Haqverdiyev. “Hərənin öz payı...”, Xeyrəddin Qoca. 
 
Teatr aktyoru olan Rafiq Əzimov eyni zamanda “Azərbaycanfılm” 
kinostudiyasında “Yeddi oğul istərəm” (Şahsuvar), “Xatirələr sahili” (Vəli), “Qızıl 
qaz” (Gündüz), “Ömrün ilk günü” (Sadıq), “1001 -ci qastrol” (Arxadan vurulan 
zərbə” (Müstəntiq Hüseynov), “Bu gözəl... gözəl... gözəl... dünya” (Arif), “Şəhərlı 
biçinçilər” (“Vulkana doğru gedirəm”. Cabbarlı),  “Babək” (Saray şairi), “Ad 
günü” (Səlim), “Lenfılm”də “Mənim əziz atam” (Əli dayı) fılmlərinə çəkilib. 
Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin “Dibdat 
bəy” (Dibdat bəy), İslam Səfərlinin “Göz həkimi” (İvanov), Üzeyir bəy 
Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (İsmayıl) teletamaşalarında 
oynayıb. 
Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə Rafiq Əşrəf oğlu Kazımov 
1 dekabr 1982-ci ildə Azərbaycan Respublıkasının əməkdar artisti və 28 oktyabr 
2000-ci ildə xalq artisti fəxrı adına layiq görülüb. 
 
  
Həsən TURABOV 
Xalq artisti 
 
 Azərbaycanda lirik-psixoloji  aktyor 
məktəbinin banisi Həsən Turabov sayılır. Lap 
gənc yaşlarından ona hörmət əlaməti olaraq afişa 
və proqramlarda adından sonra “ağa” sözü də 
yazıiır. Onun yaradıcılığı təkcə möhtəşəm 
rolların siyahısı ilə deyil, həm də yaratdığı 
xarakterlərin mənəvi-əxlaqi, fəlsəfi, estetik 
səciyyələrinin mürəkkəb, çoxşaxəli olması ilə 
zəngindir.  Həsən Səttar oğlu Turabov 1938-ci il 
martın 24-də Bakıda doğulub. Yeddinci sinfə 
qədər Bakıdakı 31 saylı məktəbdə oxuyub və 
orta təhsilini 14 saylı məktəbdə başa vurub. Azərbaycan Dövlət Teatr  İnstitutunda 
təhsil ala-ala (1956-1960) həm radioda, həm də  yenicə açılan televiziyada diktor 
işləyib. İnstitutu komik aktyor kimi qurtarıb və diplom tamaşasında Nəcəf bəy 
Vəzirovun komediyasında Hacı Qəmbəri oynayıb. 1960-cı ildən müəyyən qısa 
fasilələrlə Akademik Milli Dram Teatrında aktyordur. 1962-ci ildə teatrdan 
uzaqlaşaraq Bakıdakı Odessa Dənizçilik İnstitutuna daxıl olub və az sonra yenə 
səhnəyə qayıdaraq təhsilini yarımçıq saxlayıb. 
Görkəmli aktyor fevralın 18-də kollektivin səs verməsi ilə Akademik  Dram 
teatra direktor seçilib. 1989-cu il yanvarın 15-dən həm də  sənət ocağının bədii 
rəhbəri idi. 2001-ci il dekabrın 13-dən öz ərizəsi ilə hər iki vəzifədən istefa verib. 
SSRİ Ali sovetinin deputatı seçilib (1989). İlyas Əfəndiyevin “Mahnı dağlarda 
qaldı” (1972) tamaşasındakı Nicat və “Atları yehərləyin” (“Qaçaq Nəbi”. 1986) 
filmindəki Qaçaq Nəbi rollarına görə respublika Dövlət mükafatı laureatıdır. 


Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə