Azərbaycan tariXİ haqqinda ümumi MƏlumat



Yüklə 498,5 Kb.
səhifə3/3
tarix16.11.2017
ölçüsü498,5 Kb.
#10492
1   2   3

Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi. Qeyd olunmalıdır ki, Parlamentin bu sahədə qəbul etdiyi qanun və qərarların müzakirəsində Parlament üzvləri, bir qayda olaraq, həmrəylik və yekdillik nümayiş etdirirdilər. Ölkənin hər yerində müxtəlif pillədən olan məktəblər, gimnaziyalar, qız məktəbləri, uşaq baxçaları, qısa müddətli müəllim kursları, kitabxanalar açılır, kənd yerində xəstəxana və feldşer məntəqələri şəbəkəsi yaradılır, yoluxucu xəstəliklərə qarşı mübarizə aparılırdı. Bu baxımdan Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar AXC süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.

Ölkədə elm və təhsilin inkişafına xüsusi diqqət yetirən Cümhuriyyət hökuməti və Parlamenti, vaxt itirmədən, bu sahədə milli kadrlar hazırlanmasının sürətləndirilməsinə xüsusi səy göstərirdi. Bu zaman Azərbaycan Parlamenti hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qanun qəbul etmişdi.

AXC-нin Parlamenti və hökuməti ölkənin başının üstünü alan xarici müdaxilə təhlükəsini sovuşdurmaq üçün gənc respublikanın beynəlxalq aləmdə tanınması üçün də böyük iş aparırdı. Bununla bağlı olaraq Cümhuriyyət Parlamenti 1918-ci il dekabrın 28-də parlamentin sədri Ə.M.Topçubaşovun başçılığı ilə Paris sülh konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında qərar qəbul etmişdi. Cümhuriyyət dövrünün görkəmli dövlət xadimi Ə.M.Topçubaşov ağır çətinlikləri dəf edərək AXC-nin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Şimali Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamenti və Cümhuriyyət hökuməti аparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlərи nizama salsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan--Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı. AXЪ dövründə qonşu İranla da bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.

Parlament qanunlarının hazırlanması, müzakirəsi və təsdiq olunmasında 11 fraksiya və qrupa mənsub olan millət vəkilləri iştirak edirdilər. AXC Parlamentinin 11 komissiyası vardı. Parlamentin fəaliyyəti xüsusi olaraq bu məqsəd üçün hazırlanmış nizamnamə - "Azərbaycan Parlamentinin nakazı (təlimatı)" əsasında idarə olunurdu.

M.Ə.Rəsulzadə AXC Parlamentinin fəaliyyətinə belə qiymət verirdi: "Millət məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə - vəzifə yox idi. Parlament hakimi-mütləq idi".

Sovet Rusiyasının beynəlxalq hüquq normalarını tapdalayan hərbi müdaxiləsi və XI Qırmızı Ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Şimali Azərbaycan yenidən Rusiya tərkibinə qatılsa da AXC xalqımızın azadlıq hərəkatı tarixində dərin iz qoydu. Cəmi 23 ay yaşamasına baxmayaraq AXC sübut etdi ki, ən qəddar müstəmləkə və repressiya rejimləri belə Azərbaycan xalqının azadlıq ideallarını və müstəqil dövlətçilik ənənələrini məhv etməyə qadir deyildir. Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan AXC, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. AXC özünün siyasi quruluşuna, həyata keçirdiyi demokratik dövlət quruculuğu tədbirlərinə, həmçinin qarşısına qoyduğu məqsəd və vəzifələrə görə də Avropanın ənənəvi demokratik respublikalarından geri qalmırdı.

Birinci dünya müharibəsinin doğurduğu tarixi şəraitdə, Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanda da xalq öz milli dövlətçilik ənənələrinin dirçəlişi uğrunda mübarizəyə qalxdı. İran irticası və yadelli işğalçıların ağalığı xalqın onsuz da ağır olan vəziyyətini, ölkə daxilindəki ziddiyyətləri son həddə çatdırmışdı. Cənubi Azərbaycanda milli azadlıq hərəkatına 1905-1911-ci illər İran inqilabının fəal iştirakçısı olan Şeyx Məhəmməd Xiyabani (1879-1920) başçılıq edirdi. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi azadlıq mücahidləri daxili irticaya və yadelli işğalçılara qarşı mübarizə aparmaqla bərabər, ölkə miqyasında yeniləşmə - demokratik dəyişikliklər aparılmasını tələb edir, bütün İranda xalq inqilabının qələbəsinə, şahlıq rejiminin ləğvinə və respublika tipli demokratik dövlət yaradılmasına çalışır, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində Cənubi Azərbaycana muxtariyyət verilməsi uğrunda mübarizə edirdilər. Cənubi Azərbaycan əhalisinin vahid cəbhə halında azadlıq mücadiləsinə qalxmasında Azərbaycan Demokrat Firqəsi (ADF) mühüm rol oynayırdı. Ки, она да Şeyx Məhəmməd Xiyabani rəhbərlik edirdi. Milli azadlıq hərəkatının genişlənməkdə olduğu bir şəraitdə - 1918-ci ilin əvvəllərində rus qoşunları Cənubi Azərbaycandan çıxarıldı. Bundan istifadə edən İngiltərə öz hərbi qüvvələrini Cənubi Azərbaycanda yerləşdirməyə başladı. İngilislərin, guya "türk təhlükəsini" "qabaqlamaq" məqsədilə, Cənubi Azərbaycanın Türkiyə ilə həmsərhəd rayonlarını ələ keçirməsi və bununla bütün İranı nəzarət altına almaları ölkədə narazılığı daha da artırdı, Cənubi Azərbaycanda milli azadlıq hərəkatını daha da qüvvətləndirdi.

Belə bir şəraitdə keçmiş rus zabitləri tərəfindən silahlandırılmış erməni quldurları Şərqi Anadolu və Şimali Azərbaycanda olduğu kimi, Cənubi Azərbaycanın Türkiyə ilə sərhəd bölgələrində də Azərbaycan türklərinə qarşı soyqırımına başladılar. Fransız zabitləri və Amerika missionerləri tərəfindən qızışdırılan aysorlar və kürdlər də Azərbaycan xalqına qarşı törədilən bu qanlı qırğında fəal iştirak edirdilər. Yaranmış ağır vəziyyətdə qardaş Türkiyənin hərbi qüvvələri Cənubi Azərbaycan türklərinin köməyinə çatdı. 1918-ci ilin martından başlayaraq Maku, Urmiya və Salması işğalçılardan və erməni-aysor-kürd quldurlarından təmizləyən türk hərbi hissələri Təbrizə daxil oldular. Beləliklə, Cənubi Azərbaycan ərazisində də xalqımıza qarşı həyata keçirilən soyqırımının qarşısı alındı.

1920-ci il aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan başlandı. Üsyanın qalib gəldiyi 7 Aprel günü xalq qarşısında çıxış edən Şeyx Məhəmməd Xiyabani həmin gündən etibarən Azərbaycanın adının dəyişdirilərək "Azadıstan" ("Azadlıq ölkəsi") adlandırılacağını bəyan etdi. Təbrizdə silahlı üsyan qələbə çaldıqdan sonra Xoy, Ərdəbil, Astara, Marağa, Əhər və Zəncanda da üsyanlar baş verdi. Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatı İranın başqa yerlərində də daxili irticadan və ingilislərdən narazı olan qüvvələr tərəfindən rəğbətlə qarşılandı. 1920-ci il iyunun 23-də Təbrizdə Ş.M.Xiyabaninin başçılığı ilə Milli Hökumət yaradıldı. Bu, faktiki olaraq, Cənubi Azərbaycanda mürtəce şahlıq rejiminin - İran hakimiyyətinin devrilməsi və milli dövlətçilik ənənələrinin dirçəlişi demək idi.

Хalqın tam müstəqilliyə can atmasına və faktiki olaraq, özünün müstəqil demokratik respublikasını yaratmasına baxmayaraq, Milli Hökumət Cənubi Azərbaycanın tam müstəqilliyi uğrunda deyil, yeni yaradılacaq demokratik İran dövlətinin tərkibində milli muxtariyyət hüququ əldə etmək uğrunda mübarizə aparırdı. Xiyabani əmin idi ki, "Təbriz İrana nicat verəcəkdir!". Yaradılmaqda olan müstəqil Azərbaycan dövləti Azadıstan Məmləkəti adlanırdı. Buna müvafiq olaraq bütün rəsmi sənədlərdə, blanklarda, habelə nazirliklərin, idarə və müəssisələrin adı əks olunan lövhələrdə Azərbaycan adı "Azadıstan"la əvəz olundu.

Tehran rejimi bir tərəfdən Milli Hökumətin başını qarışdırmaq üçün Ş.M.Xiyabani ilə danışıqlar aparır, müxtəlif vədlər verir, digər tərəfdən isə Təbrizə hücum planı hazırlayırdı. 1920-ci il sentyabrın 12-də irtica qüvvələri Təbrizə hücum etdilər. Sentyabrın 14-də Xiyabani öldürüldü və üsyan qan içərisində boğuldu. Azərbaycan xalqının istiqlal mübarizəsinin daha bir parlaq səhifəsi tarixə qovuşdu.

Beləliklə, Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu daha bir kərə sübuta yetirdi. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi. yuxarı Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən "təmizləmək", bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna - Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi. Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Ölkədə bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin (рящбяри Няриман Няриманов иди) əlinə keçdiyi elan olundu. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində işğalçılarla əlbir hərəkət etmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi. AK(b)P-nin fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət idi. Bolşeviklər Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salır, əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.

Ölkədə Fövqəladə Komissiya ("ÇK"-- Çrezvıçaynaya Komissiya) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı. Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur "əksinqilaba və təxribatçılığa qarşı mübarizə" pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə xalqın ziyalı potensialını məhv etməyə başladı.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Yeri gəlmişkən, bütün bu kütləvi qırğınlar Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin razılığı olmadan, AK (b)P MK-nın və BK-nın rəhbərliyi, XI Qırmızı Ordunun xüsusi şöbəsi, qırmızı milis, ÇK, Ali Hərbi Tribunal tərəfindən həyata keçirilirdi. Bütün bu strukturlara erməni, rus və gürcü cəlladları rəhbərlik edirdilər. Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğın bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə həyata keçirilirdi. 1920-ci ilin 28 aprelindən sonra təxminən bir il ərzində Azərbaycan xalqının 50 min nəfərə yaxın say-seçmə övladı güllələnmiş, millət özünün qaymağından məhrum edilmişdi.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırıldı. Milli kadrlar hazırlanması kəskin surətdə məhdudlaşdırıldı. Ruslaşdırma siyasətinə başlandı. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edildi. "Bəy", "xan", "ağa" sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlətdən və təhsildən ayrıldı. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı. Qədim memarlıq abidələri olan məscidlərin, minarələrin uçurulmasına başlandı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı hücum dövrü başlandı.

1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, bu, formal xarakter daşıyırdı. Çünki sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan - RK(b)P tərəfindən istiqamətləndirilən AK(b)P rəhbərlik edirdi. Bununla da proletariat diktaturası, əslində partiya diktaturasına çevrildi. Beləliklə, işğaldan keçən bir il ərzində AXЪ və onun parlamenti ilə müqayisədə, yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi, sözün əsl mənasında kommunist diktaturası idi.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar, balıq sənayesi və iqtisadiyyatın bir çox başqa sahələri də milliləşdirildi. Milliləşdirmə XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli inkişaf məcrasına düşmüş Şimali Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurdu. Xalqın öz sərvətlərinə mülkiyyət hüququndan məhrum edilməsi milli müstəqillik şüurunun da zəifləməsinə səbəb oldu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq, rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Azərbaycanın sərvətləri, xüsusilə Bakı nefti talan olunaraq Rusiyaya daşınmağa başladı.

Kütləvi qırğınların və talançılığın baş alıb getdiyi ağır şəraitdə doğma xalqını müdafiə edən N.Nərimanov və onun tərəfdarlarına isə "millətçi" damğası yapışdırılmış və onlar, faktiki olaraq, ölkənin idarə edilməsindən təcrid olunmuşdular. Ölkənin taleyini həll edən erməni-rus-gürcü rəhbərliyi "qəlbində müsavat ruhu yaşadan müsəlmanlara" etibar etmir, hətta Azərbaycanın formal müstəqilliyini də aradan qaldırıb onu bütövlüklə RSFSR-ə qatmağa çalışırdılar. Lakin N.Nərimanov, çətinliklə də olsa, onların bu dəhşətli planının həyata keçirilməsinin qarşısını ala bildi. Müqabilində isə bolşevik-daşnak qrupu, çox keçmədən, öz xalqının təəssübkeşi olan N.Nərimanovun Azərbaycandan uzaqlaşdırılmasına nail oldu.

Bununla belə, işğalçılar Azərbaycan xalqının müqavimətini asanlıqla qıra bilmədilər. 1920-ci il mayın 25-26-da bolşevik rejiminə qarşı Gəncədə silahlı üsyan baş verdi. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31-də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə məruz qaldı. Gəncə üsyanından sonra, iyunun əvvəlində işğalçılara Qarabağda da inadlı müqavimət göstərildi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular. İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı ölüm-dirim savaşına başladı. Üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax tutuldu. Bütün bölgə ayağa qalxdı. Üsyançılar bölgəyə yeridilən XI Qırmızı Ordu hissələrini məğlubiyyətə uğratdılar. Lakin yeni-yeni hərbi qüvvələrlə möhkəmləndirilən XI Qırmızı Ordu hissələri, nəhayət, iyunun 18-də Zaqatalanı nəzarət altına ala bildilər. Gəncə, Qarabağ, Zaqatala üsyanlarının ardınca Azərbaycanın, demək olar ki, bütün bölgələrində - Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın, Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. İşğalçılara qarşı bütün ölkənin ayağa qalxması, xalqın inadlı müqaviməti bir daha göstərdi ki, istiqlal ruhunu, müstəqil dövlətçilik ənənələrini Azərbaycan xalqının əlindən almaq asan məsələ deyildir.

Müqavimət hərəkatının daha da qüvvətlənəcəyindən qorxuya düşən Sovet hökuməti Azərbaycana yeni diviziyalar yeritdi. Бolşevik rejimi əzəli Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərdi. Bolşevik Rusiyası da, Çar Rusiyası kimi, Azərbaycan torpaqları hesabına ermənilər üçün ərazi formalaşdırmaq siyasətini davam etdirir, Azərbaycanı Türkiyədən ayrı salmaq üçün hər cür fitnəkarlığa əl atırdı. Daşnaklar bu dəfə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışırdılar. Bolşeviklərdən üz görən daşnak quldurları bu yerlədə qanlı qırğınlar törətdilər, yüzlərlə Azərbaycan kəndini xaraba qoydular. Yüz minlərlə azərbaycanlı əhali öz yurd-yuvalarından didərgin salındı. Ermənilər sovetləşməni və bolşevik hakimiyyətini qəbul etmək müqabilində bütün Qərbi Azərbaycana yiyələnməyə çalışırdılar. Lakin Naxçıvan əhalisinin inadlı müqaviməti və Türkiyənin qardaşlıq yardımı sayəsində daşnaklar Naxçıvanı ələ keçirə bilmədilər. Бolşeviklər 1920-ci il avqustun 10-da ermənilərlə bağladıqları sazişə əsasən, Azərbaycanın iştirakı və razılığı olmadan Şərur-Dərələyəzi Ermənistana verdilər. Бундан sonra ermənilər XI Qırmızı Ordunun köməyi ilə Mehriни Ermənistana qatdıлар və bununla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi.

Həmin dövrdə ermənilər, eyni zamanda, Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Еrtəsi gün - iyulun 5-də Qafqaz bürosu yeni qərar çıxarmağa məcbur oldu: Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verildi. Bununla ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyat verildi. Beləliklə, bolşeviklər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanı Ermənistana verə bilmədilər və Naxçıvan həmişəlik Azərbaycanın tərkibində qaldı.

Çox çəkmədən Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycan, Gürcüstan və Ermənistan vahid Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibində birləşdirildi. Bununla ZSFSR-in gürcü-erməni rəhbərliyi zəngin təbii sərvətlərə malik olan və öz inkişaf səviyyəsinə görə daha irəlidə olan Azərbaycanın iqtisadi potensialını Gürcüstanın və Ermənistanın inkişafına yönəltmək üçün əlverişli imkan qazandılar. 1922-ci il dekabrın 30-da Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə daxil olması ilə ölkənin formal müstəqilliyinə tamamilə son qoyuldu. 20-30-cu illərdə milli müstəmləkəçilik siyasəti daha da gücləndirildi və amansızlaşdırıldı. Xalqın milli-mənəvi dəyərlərinə də hücumlar artdı. Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi.

Bu dövrdə - 1923-cü il iyunun 7-də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK-i Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Nəhayət, 1923-cü il iyunun 27-də RK(b)P-nin Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağ barədə RK(b)P Qafqaz bürosunun 5 iyun 1921-ci il tarixli qərarını təsdiq etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün "zəmin" hazırladılar. Бolşeviklər Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək siyasətini davam etdirdilər və 1929-cu ildə Zəngilan rayonunun üç kəndini Ermənistana verdilər. Elə bu dövrdə Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarını da gürcülər ələ keçirdilər.

Bolşevik rejimi 30-cu illərdə Azərbaycanda daha dəhşətli repressiyalar həyata keçirdi. Azərbaycan rəhbərliyində yuva salmış və kommunist qiyafəsinə girmiş Sumbatov-Qriqoryan-Markaryan-Malyan və başqalarından ibarət olan erməni-daşnak quldurları, faktiki olaraq, Azərbaycanı Azərbaycan türklərindən "təmizləməyə" başladılar. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi. 1939-cu ildə kiril əlifbasına keçidlə Azərbaycan xalqına daha ağır zərbə vuruldu. Əski əlifbanın ləğvindən sonra yenicə latın qrafikasına alışmaqda olan xalqın bu dəfə yeni bir əlifbaya keçməyə məcbur edilməsi onun tarixi keçmişini əks etdirən milli-mənəvi sərvətlər xəzinəsindən süni surətdə ayrı salınması demək idi.

Lakin nə bolşeviklər, nə də onların Cənubi Qafqaz siyasətini həyata keçirən erməni-gürcü millətçiləri nə qədər amansız repressiya tədbirlərinə əl atsalar da иstiqlal ideyaları, idarə olunmaq deyil, idarə etmək əzmi Azərbaycan xalqının ruhunda yaşayırdı. Çox keçmədən Azərbaycan xalqı sosializm quruculuğunun ön sıralarına çıxdı. İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.

Müharibədən sonrakı ilk beşilliklərdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində mühüm irəliləyişlər baş verdi. Mədəniyyətin inkişafında yeni addımlar atıldı. Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirди.



Azərbaycan dövlətçilik tarixinin sonuncu mərhələsi SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə başlanmışdır və bu gün də uğurla davam edir. 1988-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldular. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu, Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Erməni və sovet hərbi birləşmələri fevralın ortalarında Qaradağlı kəndini ələ keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Xalq hərəkatının daha da gücləndiyi şəraitdə 1992-ci ilin martında respublikaya rəhbərlik edən Aйаз Mütəllibov istefa verdi. Yaranmış hakimiyyət boşluğu Azərbaycan Respublikasının müdafiə qabiliyyətini daha da zəiflətdi. Bunun nəticəsində 1992-ci ilin mayında erməni və sovet hərbi birləşmələri Şuşanı da ələ keçirdilər. Növbəti addım Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın rayonunun işğalı oldu. Azərbaycan Xalq Ъəbhəsinin hakimiyyəti (1992 may-1993 iyun) dövründə davam edən yeni hakimiyyət çəkişmələri respublikanın müdafiəsinə ağır zərbə vurdu. 1993-cü ilin aprelində Kəlbəcər işğal olundu. İyun ayında Azərbaycanda dərin siyasi böhran baş verdi. Xalqın tələbi ilə Heydər Əliyev yеnidən hakimiyyətə gəldi.
Yüklə 498,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə