Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   27

6. AZƏRBAYCAN VAHİD DÖVLƏT TƏRKİBİNDƏ
Televiziya verilişlərinin birində aparıcı belə bir ifadə səsləndirdi: «0 taylı-bu taylı Azərbaycan».
Fərəhin nənəsi bu kəlmələri eşidəndə ah çəkdi. Fərəh əvvəlcə heç nə anlamadı. Sual dolu
baxışlarla nənəsinə baxdı. Nənə:
— Qulaq as, bala, bax gör bizim torpaqlarımız necə böyük olub, — dedi. Fərəh maraqla verilişə
baxmağa başladı. Baxdıqca fikrində suallar yaranırdı: Gör, Vətənimizin ərazisi əvvəl indikindən
nə qədər böyük olub! Niyə indi Vətənimiz parçalanmış vəziyyətdədir?
Fərəhi düşündürən suallara cavab verməyə çalış.
Azərbaycanın cənubu və şimalında İslam dininin yayılması xalqın birliyini daha da
möhkəmləndirdi. Bəs Ərəb xilafətinin zəifləməsi bu birliyə necə təsir göstərdi? Tarixi
həqiqətləri bilmək üçün araşdırma aparmaq daha yaxşı olmazmı?
Sacilər, ticarət
gəmisi, Marağa,
Salarilər, Zəncan
«Afşin» adına hansı
dərsdə rast
gəlmisən?
«Mükafatdan» yaranmış dövlət. Xilafətin zəiflədiyi zaman
türkmənşəli, «Afşin» titullu Sacilər sülaləsinin nüfuzu artdı. Sülalənin
banisi Xilafətin sərkərdəsi Əbu Sac Divdad idi. Ərəb xilafətində böyük
nüfuz qazanmış bu sərkərdəyə Azərbaycan ərazisi mükafat olaraq
verilmişdi. Sacilər dövlətinin əsası 879-cu ildə qoyulmuşdu. Sacilər
Azərbaycanın qərb torpaqlarını ələ keçirməyə çalışan yadelliləri
dəfələrlə ağır məğlubiyyətə uğratmış, özündən asılı hala salmışdı. Hələ
IX əsrin sonlarından Məhəmməd ibn Sacın adına pullar kəsilirdi.
Paytaxtı Marağa olan Sacilər dövlətində hakimiyyət başına Yusif ibn
Sac keçdi. 0, 912-ci ildən etibarən Xil afət xəzinəsinə göndərdikləri
xəracı dayandırdı.


Əbu Sac Divdad


Sacilər dövlətinə itaət etmək istəməyən ermənilər və gürcülər Yusif ibn Saca qarşı çıxdılar.
Dəbili tutduqdan sonra Yusif ibn Sac Tiflisi ələ keçirdi. O bu zaman müstəqil olan Şirvanşahlar
dövlətini də Sacilər dövlətinə biri əşdirdi. Həmədan və Zəncandan Dərbəndə qədər — qərbdə
Ani və Dəbil, şərqdə Xəzər dənizinədək uzanan bütün Azərbaycan torpaqları Sacilər dövlətinin
ərazisinə birləşdirildi.


Müstəqil siyasət
deyəndə nə başa
düşürsən?
Müstəqil siyasət yeridən Yusif ibn Sac dövlətin sərhədlərini
möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi. Yusif ibn Sacın
dövründə isə paytaxt Maragadan Ərdəbil şəhərinə köçürüldü.


X əsrin əvvəllərində bütün Azərbaycan torpaqlarını əhatə edən
Sacilər dövləti feodallar arasında gedən ara müharibələri
nəticəsində zəiflədi.
Azərbaycan torpaqları yenidən vahid dövlət tərkibində. Baş
vermiş siyasi çəkişmələr Salarilər nəslindən olan Mərzban ibn
Məhəmmədə fürsət yaratdı. Mərzban ibn Məhəmməd (941—
957) 941-ci ildə sonuncu Saci hökmdarı Deysəmə döyüşdə
qalib gəldi. Paytaxt Ərdəbili tutaraq Sacilərin varlığına son
qoydu və Salarilər dövlətini yaratdı.
Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salan Mərzban
ibn Məhəmməd Dərbəndi ələ keçirdi. Şərqi Gürcüstanı
özlərindən asılı hala saldı. Salarilər dövl ətinin sərhədləri
şimalda Dərbənd keçidindən, cənubda Dəcl ə və Fərat çayının
yuxarı axarına qədər uzanırdı. Salarilərin hakimiyyəti dövründə
Xəzər dənizində yenidən ticarət gəmiləri üzməyə başladı.
Azərbaycan Yaxın və Orta Şərqdə həm iqtisadi, həm də siyasi
cəhətdən daha qüdrətli bir ölkə kimi tanındı.
Mərzban ibn Məhəmmədin ölümündən sonra oğulları və
qardaşları arasında hakimiyyət ugrunda mübarizə başlandı.
Dirhəm. Sacilər
dövlətinin gümüş
pulu
Saci hökmdarı Deysəmin
hakimiyyəti dövrünə aid
gümüş pul
Dirhəm. Salari
dövlətinin gümüş
pulu
Mərzban ibn Məhəmməd 
Hazırda gəmilər Xəzərdə
hansı məqsədlərlə üzür?


Hakimiyyətə gələn Vəhsudan feodalları ələ alaraq öz tərəfinə çəkir, bu yolla hakimiyyətini
möhkəmləndirirdi. Çox keçmədən hakimiyyətə Salari İbrahim gəldi. O, dövlətin əvvəlki nüfuzunu
qoruya bilmədi. Şəddadilər dövləti yarandıqdan sonra Gəncə və onun ətrafındakı torpaqlar
itirildi. Yerli feodalları əldə saxlamaq üçün iqta torpaqları paylamaq siyasəti də səmərə vermədi.
Rəvvadilərin güclənməsi Salarilər dövlətinin süqutunu tezləşdirdi.
1.  Dövlətin sərhədlərini möhkəmləndirmək
üçün Yusif ihn Sac hansı tədhirlər
gördü?
2.  Sacilərin Xilafətdən asılı olmadığını
hansı faktlarla deyə hilərsən?
3.  Sacilərlə Salarilərin ortaq cəhətləri nə
idi?
4.  Salarilərin zəifləməsinə səhəh nə oldu?
1.  Xəlifə tərəfindən mükafat olaraq verilən
ərazilərin dövlətə çevrilməsinin
səhəhlərini təhlil et. Fikrini əsaslandır.
2.  Sacilər dövlətinin Azərhaycan dövləti
olmasını əsaslandır.
3.  Salarilərin Azərhaycan torpaqlarının
hütövlüyünü qorumaq üçün həyata
keçirdiyi tədhirləri sadala.
4.  Sacilər və Salarilər dövlətlərinin fərqli
cəhətlərini şərh et.


7. XUDAFƏRİN KÖRPÜSÜNÜN BİRLƏŞDİRDİYİ İKİ
AZƏRBAYCAN DÖVLƏTİ
Aydın əmi hər gün «Xəbərlər»i dinləməyi sevir. O, bir gün adəti üzrə radio dinləyərkən Təbriz
şəhəri haqqında belə bir xəbər eşitdi: «Təbriz əsrlər boyunca böyük Azərbaycan türk-müsəlman
imperatorluqlarının paytaxtı olub».
Aydın əmi tarixlə çox maraqlanırdı. Vaxt tapdıqca kitablar oxuyur, tarixi mövzuda olan
verilişlərə həvəslə baxırdı. O bilirdi ki, Təbriz bir çox dövlətlərin paytaxtı olub.
Səncə, Təbriz şəhəri ilk dəfə nə zaman paytaxt olub? Kimlər Təbrizi paytaxt seçib?
Bildiklərinizi müzakirə edin.
Ərəb xilafətinin zəifləməsindən sonra mövcud olmuş Sacilər və Salarilər dövlətləri bütün
Azərbaycan torpaqlarını bir hakimiyyət altında idarə edirdi. Bu dövlətlər süqut etdikdən sonra
tarixi Azərbaycan torpaqlarında siyasi vəziyyət necə oldu? Bu suallara cavab tapmaq üçün
Vətənimizin tarixinə nəzər salaq.
Təbriz ilk dəfə paytaxt oldu. Azərbaycanda iri feodal nəsillərindən biri
də Rəvvadilər idi. Ərəblərin hakimiyyəti zamanı bir çox ərəb nəsilləri
Azərbaycana köçürülmüşdülər. Onların bir hissəsi Marağa, Təbriz,
Qaradağ və Əhər bölgələrində yurd salmış, yerli əhali ilə qaynayıb-
qarışaraq VIII əsrin sonlarında Azərbaycanın cənubunda Rəvvadi
əmirliyini yaratmışdılar. Salarilərin zəiflədiyi bir zamanda güclənməkdə
olan bu nəsil yaranmış siyasi vəziyyətdən istifadə etdi. Rəvvadi
Əbülhica 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı
taxtdan saldı.
Rəvvadilər, Təbriz,
Şəddadilər, Dəbil
əmirliyi, Gəncə
darvazası
Köçürmə siyasətini
daha kimlər həyata
keçirmişdi? Bu
siyasətin
aparılmasında
məqsəd nədir?
Fikrini bildir.


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə