Azərbaycan tarixi 7-ci sinif



Yüklə 363,77 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix04.02.2018
ölçüsü363,77 Kb.
#23727
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Bu dastan böyük türk dünyasının müştərək əsəri hesab olunur. Lakin
onun Azərbaycan torpaqlarında formalaşmasını, bizim xalqımıza məxsus
olmasını sübut edən çoxsaylı və danılmaz dəlillər vardır. Oğuz bilicisi
və ağsaqqalı sayılan Dədə Qorqudun Azərbaycanda yaşaması, məzarının
Dərbənddə olması bunu sübut edir. Eyni zamanda dastandakı bütün yer
adl arının Azərbaycana məxsusluğu, hadisələrin ölkəmizin ərazilərində
cərəyan etməsi bunu bir daha təsdiq edir. Elə buna görədir ki, ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə «Kitabi-Dədə Qorqud» dastanlarının
1300 illiyi məhz bizim Vətənimizdə keçirilmişdir. Paytaxtımızın ən
görkəmli yerində Dədə Qorqud Parkı salınmış, məşhur Dədə Qorqud
abidəsi ucaldılmışdır.
Azərbaycan
Respublikasının .
Prezidenti İlham
Əliyev «Kitabi-
Dədə Qorqud»
abidəsini açarkən


«Kitabi-Dədə Qorqud» Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir. Elm aləminə
XIX əsrdən məlum olan «Kitabi-Dədə Qorqud»un iki əlyazma nüsxəsi (Drezden və Vatikan)
tapılmışdır. Bu dastanlar islamdan öncə Azərbaycanda baş vermiş hadisələrlə səsləşir.
Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Əlincə, Göyçə gölü və
s. yerlərdə cərəyan edir. «Kitabi-Dədə Qorqud»u yazıya köçürən şəxs Dədə Qorqudu bu
dastanların yaradıcısı, həm də iştirakçısı kimi təqdim edir. «Kitabi-Dədə Qorqud» yarandığı
dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrafik məlumatla zəngindir.
Soykökümüzü, tariximizi, dövlətçiliyimizi və Azərbaycan türkcəsini öyrənmək baxımından
zəngin mənbə olan «Kitabi-Dədə Qorqud» yalnız Azərbaycanın deyil, bütün türk dünyasının
ölməz kitabıdır.
HEYDƏR ƏLİYEV
«Salur Qazanın evinin 
yağmalanması boyu»ndan
«Qanlı qoca oğlu 
Qanturalı boyu»ndan


Türkün şirin dili Dədə Qorqudun dilində. Dastan baş qəhrəman olan
sazlı-sözlü Dədə Qorqudun dili ilə danışılır. O, oğuz igidlərinə nəsihət
verir, yol göstərir. O, yuxunu «kiçik ölüm» sayaraq oğuzlara düşməndən
qorunmaq üçün ayıq-sayıq olmağı nəsihət edir. Oğuz türkləri üçün vətən
müqəddəs idi. Buna görə də dastandakı bütün hadisələrin sonunda oğuz
igidləri nə qədər uzağa getsələr də, sonda öz yurd-yuvalarına dönürlər.
Öz aralarında nə qədər inciklik olursa-olsun oğuzlar birlik tələb olunan
yerdə bütün kin-küdurəti unudurdular. Əsasən də, yurd sevgisi onları
incik qoya bilməzdi. Vətən sevgisi oğuz türklərini həmişə sıx
birləşdirirdi.
Dastanda oğuz tarixinin təsdiqi. Dastandan məlum olur ki, oğuz
türkləri oturaq həyat sürür, taxılçılıq, bağçılıq və bostançılıqla məşğul
olurdular. Dastanda əmtəə-pul münasibətləri haqqında fikirlər də
çoxdur. Boylarda qızıl pul olan «altun axça»nın adına tez-tez rast
gəlinir.
Ciddi hərbi intizama malik olan oğuzların başında «xanlar xanı»
dururdu. Bütün məsələlərə hərbi məclisdə baxılır, səfərə çıxmaq istəyən
igidlər «xanlar xanı»ndan icazə alırdılar.
Azərbaycan İslamı qəbul etmiş ilk türk məskənlərindən biridir. İslamdan
öncə Tanrıya sitayiş edən türk xalqları bu dini tez qəbul etdilər. Onların
Ulu Tanrıya — yəni tək Allaha sitayiş etməsi bunu asanlaşdırdı.
Tezliklə türklər İslamın təbliğatçısına çevrildilər. Dastanın ozan
qəhrəmanı Dədə Qorqud Məhəmməd peyğəmbərin müasiri idi. Hətta
dastanda qeyd olunur ki, oğuz igidlərindən Peyğəmbəri görənlər də
olmuşdu. Dastan qəhrəmanlarından biri olan Dəli Domrul müqəddəs
kitaba — «Qurani- Kərim»ə əl basıb and içir ki, düşmənə qarşı
döyüşəcəkdir.
«Kitabi-Dədə
Qorqud» dastanını
mənbə hesab etmək
olarmı? Fikrini
əsaslandır.
Şəhidlərin dəfn
olunduğu Şəhidlər
xiyabanları and yeri
ola bilərmi?
Münasibətini bildir.


Azərbaycan
Respublikası hansı
İslam təşkilatlarının
üzvüdür? Araşdır.
İslamın türklər tərəfindən qəbulu türk-islam birliyini yaratdı. Vahid
dinin qəbulu dövlətçiliyin inkişafına müsbət təsir göstərərək onun
yüksəlişinə səbəb oldu.
IX—XI əsrləri əhatə edən siyasi dirçəliş, müstəqil dövlətlərin
yaranması, iqtisadi tərəqqi Azərbaycanın mədəni həyatına müsbət təsir
göstərdi. Xalqın elm və ədəbiyyata marağı artdı, məşhur tarixi
şəxsiyyətlərin, şair və alimlərin yetişməsinə zəmin yarandı.
1.  İslam dininin elm və təhsilə təsiri necə
oldu?
2.  Xilafət dövründə ən çox hansı tikililərə
üstünlük verilirdi?
3.  İslam dini «Kitabi-Dədə Qorqud»
dastanında öz əksini necə tapıb?
1.  IX-XI əsr Azərbaycan memarlığı
haqqında təqdimat hazırla
2.  Türk dünyasının şah əsəri olan «Kitabi-
Dədə Qorqud» dastanı haqqında esse
yaz.
3.  Türk xalqlarının dastanda verilmiş
həyat tərzini təsvir et.
4.  «Kitabi-Dədə Qorqud» dastanlarının
1300 illiyi barədə bildiklərini
yoldaşlarınla müzakirə et və gəldiyin
nəticələri yaz.


OĞUZ-SƏLCUQ AXINLARI VƏ AZƏRBAYCAN
11. OĞUZ-SƏLCUQ AXINLARI
Qəmər müəllimə uzun illərdir ki, orta məktəbdə ədəbiyyat fənnini tədris edir. Onun dərsləri bir-
birindən maraqlı olur. Bir gün o, dahi Nizami Gəncəvinin «Sirlər xəzinəsi» poemasından «Sultan
Səncər və qarı» hekayəsi barədə şagirdlərə məlumat verirdi. Çiçək əlini qaldırıb soruşdu:
— Müəllim, Sultan Səncər kim olub?
Qəmər müəllimə: — Sultan Səncər türk tayfalarının yaratdığı Səlcuq dövlətinin sultanı olub, —
dedi və səlcuqlar, onların Azərbaycan tarixindəki yeri haqqında qısa məlumat verdi.
Qəmər müəllimə səlcuqlar haqqında hansı məlumatı verdi? Səlcuq türkləri kimdir? Onların
Azərbaycan tarixində nə kimi rolu olmuşdur?
Bütün bunlara cavab tapmaq üçün gəlin, araşdırma aparaq.
Azərbaycana yeni türk axınları. Azərbaycan ən qədim zamanlardan
türk tayfalarının yaşadığı ərazilərdən biridir. Bu ölkə digər türk tayfaları
ilə yanaşı, oğuz türklərinin də vətəni idi. Xilafətin zəiflədiyi dövrdə
Azərbaycanda islam-türk etnik-siyasi amili daha da qüvvətləndi. Həmin
dövrdə Bizans imperiyasından, erməni və gürcü feodallarından ibarət
vahid xristian bloku yaranmışdı. Bu bloka qarşı mübarizənin taleyi
Azərbaycan cəbhəsində həll olunurdu. Xilafət parçalandığından Bizansa
qarşı İslam dünyasının mübarizəsində əsas rol türklərə məxsus idi.
Səlcuq axınları,
«Oğuznamə», etnik
amil, siyasi amil,
Sultan Toğrul


Yüklə 363,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə