13
Çalır tarı, çalır sazı, gülür ellər, gülür.
Hər yan gül-çiçək, əlvan gül-çiçək, gül çiçək…
Könlüm gülür, elim gülür, gülür gözəl diyarım,
Gülür ellər Azərbaycan gülür.
Çalır tarı, çalır sazı, gülür ellər, gülür.
Zəhmət çəkib hünərlə min bir əllər
Xonça tutub el üçün qız-gəlinlər
Könlüm gülür, elim gülür, gülür gözəl diyarım,
Çalır tarı, çalır sazı, gülür ellər, gülür.
Mus: Fikrət Əmirov
Söz: Teymur Elçin
I aparıcı: Salam əziz uşaqlar, hörmətli qonaqlar. Bu gün bura Azərbaycan
uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, uşaqların sevimli
şairi, nəğmələri dillər əzbəri olan Teymur Elçini xatırlamaq
üçün yığışmışıq. Axı onun bu il 90 illik yubileyi qeyd olunur.
II aparıcı: Bədii yaradıcılığa hələ erkən yaşlarında başlayan Teymur
Elçin yaradıcılığında Azərbaycan uşaq ədəbiyyatının ən gözəl
nümunələrini yaratmışdır. Təsadüfi deyil ki, şair Teymur
Elçindən söz düşəndə həmişə onu uşaq ədəbiyyatımızın
tanınmış nümayəndəsi kimi təqdim etsələrdə o,
ədəbiyyatşünaslığımızın görkəmli nümayəndələrindəndir.
Çünki uşaq dünyasının qayğıları bütövlükdə ədəbiyyatımızın
problemləridir. Əslində sülh, dinc yaşamaq, əmin-amanlıq
problemləri deyəndə gözümüzün önünə elə uşaqlar gəlir.Bu
meyarlara əsasən şairin yaradıcılığına nəzər salanda məhz onun
uşaqlar üçün nə qədər narahat olduğunu görürük.
Yazan çoxdur.
Elə yaz ki,
Mahnın sözsüz olmasın.
Deyən çoxdur.
Elə de ki,
Sözün duzsuz olmasın
Gəlin birlikdə uşaqların hazırladığı “Hesabla tap” səhnəciyinə tamaşa edək:
Səhnədə uşaqlar görünür. Hər cavabı tapan oxucu yeni misal söyləyir:
14
I oxucu üzünü o biri oxucuya tutub deyir:
I oxucu: Bir sərçə qondu
Səhər eyvana.
Yaşar gətirib
Dən tökdü ona.
II oxucu: Üçü də gəldi,
Elədi cik-cik:
Bizə də dən ver,
Biz də gəlmişik.
Tapın uşaqlar:
Neçə sərçəyə
Dən verdi Yaşar?
I oxucu üzünü yanındakı oxucuya tutub:
Üç dəftərdən birini
Bağışladım Gülşənə
Neçəsi qaldı mənə ?
II oxucu cavabı deyir. və yenisini söyləyir.
Bir ikiyə qarışdı,
Üç küsmüşdü, - barışdı,
Yığışdılar bir yerə,
Hamısına gəldi güc,
Nə bir oldu,
Nə iki,
Nə də üç!
Tap görüm!
I oxucu: Növbəti misalı mən deyəcəyəm:
Dörd armudum var idi,
Bacım dedi gəl, bölək.
Dördü böldüm ikiyə
Sən hesabla biz bilək.
I aparıcı: Şairin “ Mən kiməm ” nəğməsi balaca oxucularımızın ifasında
çox
maraqlı alınıb. Gəlin birlikdə tamaşa edək.