Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ magġstratura məRKƏZĠ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix17.09.2018
ölçüsü0,95 Mb.
#69117
1   2   3   4   5   6   7   8   9   ...   25

 

16 


Beləliklə,  müəssisədə  analitik  uçotda  və  mühasibat  hesabatında  mənfəətin 

sərbəst təyinatı üzrə yığım və istehlak fondları ayrı-ayrı göstərilir. 



Yığım  fondu  tikintiyə,  aktivlərin  alınmasına,  yeni  əmlakın  alınmasına  və  s. 

istifadə edilir. 



Lakin  istehlak  fondu  isə  mükafatlara,  yardımlara,  maddi  yardım  və  s. 

məqsədlərə istifadə olunur. 

 

 

 



 

 

 



 

 

 



Cədvəl 1.2.1. 

Ġqtisadiyyatda və onun ayrı-ayrı sahələrində mənfəətin dinamikası 

(mln.manat)* 

Mənfəət 

2000 

2005 

2010 

2014 

Cəmi 


539,9 

2133,1 


19112,1 

23210 


O cümlədən: 

 

 



 

 

Sənaye 



337,6 

1183,4 


12452,4 

21169 


Kənd təsərüfatı 

0,5 


7,0 

32,4 


23,3 

Nəqliyyat 

72,4 

401,2 


191,1 

128,4 


rabitə 

180,1 



308,8 

443.9 


tikinti 

29,6 


127,9 

220 


488,2 

Ticarət 


2,4 

140,9 


248,5 

219,6 


* Azərbaycanın statistik göstəriciləri. 2015

 

Yuxarıdakı  cədvəl  məlumatları  Azərbaycanın  iqtisadiyyatında  və  onun  ayrı-



ayrı  sahələrində  mənfəətin  həcmini  və  dinamikasını  xarakterizə  edir.  Belə  ki, 

iqtisadiyyatda mənfəətin məbləği ildən-ilə artmış, yəni 2000-ci ildəki 539,9 milyon 

manatdan  2014-cü  ildə  21169  milyon  manata  çatmışdır  ki,  bunu  da  ancaq 

qənaətbəxş hesab etmək olar. 

Müəssisə  və  təşkilatlar  öz  fəaliyyətlərində  xüsusi  kapitala  yanaşı,  borc 

kapitalından da istifadə edirlər. 

Borc kapitalı kreditin müddətindən asılı olaraq aşağıdakılara ayrılır: 

- uzunmüddətli; 




 

17 


- qısamüdətli. 

Uzunmüddətli  passivlər  özü  də  bank  kreditinə  və  başqa  uzunmüddətli 

passivlərə ayrılır. 

Müəssisənin  qısamüddətli  passivinə  borc  vəsaiti  (bir  daxilində  silinən 

borclar), müəssisənin satıcılara olan kreditor borcları və s. daxildir. 

Təsərrüfat  subyektində  xüsusi  kapital  ilə  borc  kapitalı  arasında  müəyyən 

nisbət  gözlənilməlidir.  Belə  nisbət  hər  bir  müəssisə  üçün  fərdidir.  Əgər 

müəssisənin  kapitalında  xüsusi  kapitalın  xüsusi  çəkisi  böyük  olarsa,  deməli 

müəssisə maliyyə sərbəstliyinə malikdir. 

Son zamanlar müəssisənin istifadə etdikləri istər qısa, istərsə də uzunmüddətli 

kreditlərin həcmi ildən-ilə artır. 

 

 



 

 

 

 

 

 

 

 

Cədvəl 1.2.2. 

Ġqtisadiyyata kredit qoyuluĢları 

(ilin axırına mln.manat) 

 

2000 



2005 

2010 

2014 

Bütün 


kredit 

qoyuluşları 

466,4 

1440,9 


9163,4 

18542 


O cümlədən: 

 

 



 

 

qısamüddətli 



336,4 

913,2 


2567,1 

3931 


Yekuna görə faizlə 

72 


63,4 

28 


21,2 

Uzunmüddətli kredit 

130,0 

527,7 


6596,3 

14611 


Yekuna görə faizlə 

28 


36,6 

72 


72,8 

* Azərbaycanın statistik göstəriciləri. 2015. 

 

Azərbaycan  iqtisadiyyatına  qısa  və  uzunmüddətli  kredit  qoyuluşlarının 



həcminin  2000-ci  illə  2014-cü  illərdə  artdığını  yuxarıdakı  cədvəl  məlumatları 

xarakterizə  edir.  Belə  ki,  qısa  müddətli  kreditin  xüsusi  çəkisi  ümumi  kredit 

qoyuluşunda  2000-ci  ildə  72%,  2014-cü  ildə  isə  21,2%  olmuşdur.  Lakin 



 

18 


uzunmüddətli kreditlər isə ümumi kredit qoyuluşunda 2000-ci ildə 28%, 2014-cü 

ildə isə 72,8 faizi təşkil etmişdir. 



Kreditləşmə iki metod ilə həyata keçirilir. 

Birinci metod. Bu metoddun mahiyyəti ondan ibarətdir ki, bu zaman kreditin 

verilməsi  hər  dəfə  fərdi  qaydada  həll  edilir.  Kredit  müəyyən  məqsədli  tələbatın 

ödənilməsinə  verilir.  Bu  metod  kredit  konkret  müddətə  veriləndə  tətbiq  olunur. 

Belə kreditə təcili kredit deyilir. 



İkinci metodun mahiyyəti sonrakı kimidir. Bank krediti borc alana kreditləşmə 

limiti əsasında verir, yən müəssisəyə kredit xətti açır. Açıq kredit xətti hər hansı bir 

hesablaşma  sənədini  ödəməyə  imkan  verir.  Kredit  xətti  müəssisəyə  bir  ilə  açılır. 

Kredit  xəttinin  fəaliyyəti  müddətində  müəssisə  istədiyi  vaxt  əlavə  sənədləşmə 

aparılmadan bankdan kredit ala bilər. 

Kredit müqaviləsi aşağıdakı bölmələrdən ibarətdir

- ümumi əsasnamə; 

- borclunun hüquqi və məsuliyyəti

- bankın hüquqi və məsuliyyəti; 

- mübahisələrin həll edilməsi qaydası; 

- müqavilənin fəaliyyət müddəti; 

- tərəflərin hüquqi ünvanları. 

Müəssisələr  qısamüddətli  kreditlərin  müxtəlif  növlərindən  istifadə  edə 

bilərlər. Həmin kreditlərin sonrakı növləri var: 

- əmək haqqının ödənilməsi üçün kredit: 

- mövsümü işlər üçün kredit

- veksed kreditləri. 

- təminat üçun kredit; 

- qiymətli kağızları üçün kredit. 

 

 

 



 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə