Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt məDƏNĠYYƏt və ĠNCƏSƏNƏt unġversġtetġ


Dramatik vəziyyət hərəkət etmək üçün bir maneədir və



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə14/75
tarix11.03.2023
ölçüsü0,83 Mb.
#102338
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   75
Ssenari yaradiciligi 1

Dramatik vəziyyət hərəkət etmək üçün bir maneədir və 
onu mütləq həll etmək lazımdır
. Dramatik hekayədə xarakter 
«sadə» maneələri aşdıqca hərəkət edir. Bu sadə maneələr isə 
mürəkkəb həyatın kiçik elementləridir. Tamaşaçı ilə ünsiyyət 
onların vasitəsi ilə yaranır. Tamaşaçı üçün qəhrəmanın bütün 
hərəkətləri və problemləri aydın olmalıdır. Əks halda, o, 
vəziyyəti anlamayacaq və filmə olan bütün
marağını itirəcək. 
Qəhrəmanın şüurunda olan bütün arqumentlərin və məqsəd
-
lərin arasında tamaşaçını hər dəfə, sadəcə, 
konkret bir motiv
maraqlandırır. Bu da personajı hərəkət etməyə
konkret bir 
addım
atmağa vadar edir. Biz dramda həmişə 
hakim olan bir 
m
otivasiyanı
seçməliyik. Nəsr əsərində bu, o qədər də vacib 
deyil. Çoxqatlı motivasiyalar, aydın olmayan məqsədlər nəsr 
əsərində ola bilər. Dramın qəhrəmanı isə hərəkət etmə
li 

anta-
qonistlə mübarizə aparmalı, tamaşaçıda həyəcan oyatmalıdır. 
Buna görə də hər hərəkət üçün, sadəcə, 
aydın bir motivasiya
olmalıdır. Ümumi yol mürəkkəb və inanılmaz ola bilər. Hər 
addım isə sadə olmalıdır.
 
3
İnsanı hərəkətə gətirən güc və hərəkətlərin istiqamətini müəyyənləşdirən, 
on
ların düşüncələri, ümidləri, inamları,
bir sözlə arzu, tələbat və qorxuları
-
dır.


- 26 - 
Əhvalatı nəql etməyə necə baĢlamaq lazımdır?
 
İstənilən əhvalat dramatik vəziyyətdən başlanır.
O, nə zaman üzə çıxmalıdır? Ən yaxşı halda

dərhal. 
Ssenarinin ilk səhifələrində siz filmin atmosferini yaradırsınız. 
Sonra isə personajın düşdüyü dramatik vəziyyət təqdim olunur. 
Bir məsələni qeyd etməliyik ki,
dramatik vəziyyət insanlar 
arasında yaranmış problem olmalıdır. Bu, çox əhəmiyyətlidir. 
Qəhrəmanla təbiət hadisələri, sosial problemlər, fəlsəfi konsep
-
si
yalar arasında yaradılan dramatik vəziyyətlər, adətən, effektli 
ol
mur. Dramatik vəziyyət insanlar arasındakı konkret toqquş
-
ma çərçivəsində təqdim edilməlidir. 
Romeonun problemi düşmən qəbilənin mövcudluğu deyil, 
Cülletta ilə evlənmə
kdir 
(«Romeo və Cülletta»)

Hamlet atasının qatilini cəzalandırmalıdır («Hamlet»)

Şeyx Sənan müvahhid
4
olduğunu göstərmə
li, Xumarla 
evlənmə
lidir 
(«Şeyx Sənan»)

Ayaz və dostları Cənnət xalanın yanlışını göstərməli və ailə 
daxili mehribançılığı bərqərar etməlidirlə

(«Qayınana»)

Sərvər və Gülnaz öz məhəbbətləri uğrunda mübarizə apar
-
malı və cəhalətə qalib gəlməlidirlə

(«O olmasın

bu olsun»)

Sadə, aydın suallar dramda dərhal üzə çıxır. Personaj öz 
problemi, başqa sözlə, öz dramatik vəziyyəti ilə meydana çıxır. 
Hekayə tamaşaçının gözləri qarşısında «yazılır», qəhrəman 
hərəkət edir, maneələri aşır, hədəfə çatır. 
Doğru yazılmış dram əsərlərində başlanğıc aydın və kəskin 
olur. Personajlar hərəkət etməlidir. Hərəkət isə qeyri

müəy
-
yənliyi qəbul etmir. Hekayədə 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə