Sosial sığorta (Social insurance) - peşə, fizioloji və ya sosial-iqtisadi risklərə görə
gəlirinin və ya qazancının davamlı və ya müvəqqəti olaraq itirilməsi halında
insanların yaşamaq və dolamşıq ehtiyaclarını qarşılayan sistem.
Stiqma (Stigma, label) - sosial stereotipin ünsürü kimi çıxış edən və fərdi və ya
qrupu nüfuzdan salan sosial atribut.
Subtitr (Caption, subtitle) - eşitmə qabiliyyəti məhdud insanlara video çəkiliş
materialında səsləndirilən nitqin çatdırılması məqsədilə kadrlarda yerləşdirilən
mətn.
Subtitrli film/video çarx (Captioned film/video) - eşitmə məhdudiyyəti olan
şəxslərin filmin və ya video çarxın səs yazmasının mənasını dərk etməsi məqsədilə
yazılmış mətnin nümayiş olunduğu video material.
Surdo tərcüməçi (Sign language interpreter) -eşitmə məhdudiyyəti olan şəxslərin
digər insanlarla surdodil vasitəsilə ünsiyyətin təşkil olunmasına yardım göstərən
mütəxəssis.
Surdotexniki vasitəiər (Deaf aid, equipment for persons with hearing
impairment) - eşitmə məhdudiyyəti olan şəxslərdə həmin məhdudiyyətlərin
korreksiyası və ya kompensasiyası, habelə eşitmə qabiliyyəti olan şəxslərin ətraf
mühitə adaptasiyası üçün nəzərdə tutulan və məxsusi olaraq işlənib hazırlanan
cihazlar.
ġ
ġəxsin həyat fəaliyyətinin məhdudlaĢmasi (Limitations of life activities of the
person) - əlilliyi olan şəxsin özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz
davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətinin və ya
imkanlarının tamamilə, yaxud qismən itirilməsinin təzahür forması.
ġəxslərarası ünsiyyət vasitələri (Interpersonal communication means) - görmə
məhdudiyyəti olan şəxslərin brayl sistemi üzrə təlimlə, audio-vasitələr və iri şriftlə
təmin edilməsi, əqli məhdudiyyəti olan şəxslərə dilin asan başa düşülməsinin
öyrədilməsi sisteminin təşkil edilməsi, nitq məhdudiyyəti olan şəxslərə müasir
texniki ünsiyyət vasitələrinin tədqim olunması.
ġizofreniya (Schizophrenia, adolescent insanity, parergasia, dementia praecox) -
insanın düşüncə, duyğu və davranışında, özünə və ətrafındakılara əhəmiyyətli
dərəcədə təsir edən və bəzi dəyişikliklərə səbəb olan psixi xəstəlik.
T
Talassemiya
(Thalassemia,
thalassanemia)
-genetik
defekt
nəticəsində
hemoqlobinin sintezinin pozulması və xroniki anemiya ilə xarakterizə olunan irsi
qan xəstəliyi Formalarına görə homoziqot talassemiyanı (pasiyentə hər iki
valideyndən iki qüsurlu, mutasiyaya məruz qalmış gen irsən keçir) və heteriziqot
talassemiyanı (pasiyent mutasiya məruz qalmış qüsurlu geni yalnız bir valideyndən
irsən alır) fərqləndirirlər.
Tam dövlət təminatı (Full public assistance, complete public provision) -
sağlamlıq imkanları məhdud şəxslərin dövlət tərəfındən təlim, səhiyyə və məişət
xidmətləri, yemək, geyim, ayaqqabı, zərari avadanlıq və fərdi texniki vasitələrlə
təmin edilməsi.
Tetraplegiya (Tetraplegia, pamplegia, quadriplegia, quadriparesia) - yuxarı
ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici.
Təxirə salınmaz psixiatriya yardımı (Emergency psychiatric care, primary
medical health services, emergency psychiatric help) -həkim-psixiatrın (həkim-
psixiatr komissiyasının) qərarı əsasında göstərilən tibb prosedurların məcmusu.
Təkrar əlillik (Secondary disability) - tibbi-sosial ekspert komissiyasında təkrar
müayinədən keçərək əlillik statusunun təsdiqlənməsi.
Təlimin Ġnteqrasiyasi (Training integration)-sağlamlıq imkanları məhdud şəxslər
üçün xüsusi şərait yaratmaqla, onların digər insanlarla birgə təlimin həyata
keçirilməsi prosesi.
Tibbi reabilitasiya (Medical rehabilitation, aftercare) - orqanizmdə anadangəlmə,
yaxud sonradan baş verən xəstəlik və ya zədələr nəticəsində pozulmuş funksional
qabiliyyətlərin tibbi və digər metodlarla bərpasına və kompensasiyasına
yönəldilmiş tədbirlər sistemi.
Tibbi-sosial ekspert komissiyası (Medical and social expert comission, medical
and social expert board, disability evaluation board) - tibbi-sosial ekspertiza
keçirərək əlilliyi olan şəsxslərin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının
məhdudluğunu qiymətləndirən, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq
imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən
edən mütəxəssislərdən ibarət qurum.
Tibbi-sosial ekspert komissiyasının çıxarıĢı(Statement (report) of medical and
social expert comission) - tibbi-sosial ekspert komissiyaları tərəfindən verilən,
əlilliyin səbəbini, dərəcəsini və müddətini müəyyən edən sənəd.
Tibbi-sosial ekspert komissiyasının rəyi(Opinion of medical and social expert
comission) -tibbi-sosial ekspert komissiyalarının əlilliyi olan şəxsin kliniki-
funksional və sosial statusu, fəaliyyətlərinin təbiəti və məhdudiyyətləri,
reabilitasiya potensialı, reabilitasiya tədbirlərinin proqnozunu formalaşdıran fıkrin
bildirilməsi.
Tibbi-sosial ekspertiza (Medical and social expert examination, medical and
social expert evaluation) - əlilliyin qiymətləndirilməsi əsasında şəxsin sosial
müdafiə tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsi.
Tiflotexniki vasitələr (Blind aid, equipment for the persons with visual
impairment) - görmə qabiliyyəti məhdud olan şəxslərin tədrisi, politexnik və
istehsalat hazırlığı və xidmətlərdən yararlanması, habelə həmin şəxslərin görmə
qabiliyyətinin korreksiyası, inkişafı və bərpası üçün məxsusi olaraq işlənib
hazırlanmış cihazlar.
Toxunula bilən iĢarələr (Tactile signage) -görmə qabiliyyəti məhdud olan şəxslər
tərəfindən məlumatın qavranılması üçün Brayl şrifti ilə tərtib olunmuş yol işarələri
və məlumat cədvəlləri, böyüdülmüş hərfiər və üçölçülü mətnlə təchiz olunmuş
lövhələrin məcmusu.
Xəsarət (Zədə) (Trauma, injury) - hər hansı xarici təsir (yaralanma, əzilmə, yanma
və s.) nəticəsində bədən toxumalarının və ya üzvlərinin zədələnməsi.