Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin



Yüklə 6,98 Mb.
Pdf görüntüsü
səhifə3/189
tarix08.09.2018
ölçüsü6,98 Mb.
#67138
1   2   3   4   5   6   7   8   9   ...   189

mayaraq,  müasir  ingilis  həyatını,  doğma  xalqını  təsvir  edirdi.  Buna 

görə  də  hamı,  hətta  rəqibləri  belə  onu  istedadlı  dramaturq  kimi 

tanıyırdılar. 

Şekspir 1612-ci ildə Stratforda qayıdır və ömrünün axırına qədər 

burada  yaşayır.  O,  1616-cı  il  aprel  ayının  23-də  (anadan  olduğu 

gündə) 52 yaşında vəfat etmiş və burada da dəfn olunmuşdur. 

Şekspirin ədəbi irsi iki poema, 154 sonet və 37 pyesdən ibarətdir. 

İllər keçdikcə əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan 

xarakterlərinin yetkinliyi, həyat hadisələrinin dərinliyinə vara bilmək 

bacarığı  tədqiqatçılarda  Şekspir  şəxsiyyətinə  dərin  maraq  oyatdı. 

Ədibin həyatı haqqmda məlumatların azlığı və bəzən qeyri- dəqiqliyi, 

onun  Stratfordda  doğulması,  sadə  ailədən  olması,  universitet  təhsili 

görmədiyi halda, məşhur əsərlər yazması şübhə oyatmağa başlamışdı. 

Bəziləri belə bir fikir irəli sürürdülər ki, o zaman kübar ailədən çıxan, 

saray  tərbiyəsi  görən,  universitet  təhsilli  adamlar  üçün  dram  əsəri 

yazmaq  əskiklik  sayılırmış.  Guya,  kübarlar  öz  əsərlərini  anonim 

şəkildə  teatra  təqdim  edir,  aktyorlar üçün  rolları köçürməklə  məşğul 

olan Şekspir isə bu əsərləri öz adma çıxırmış. Bir də deyirlər ki, guya, 

bu  dram  əsərlərini  köçürən  eyni  adam  olmamışdır.  Çünki  bu 

əsərlərdə “Şekspir” sözü müxtəlif şəkildə yazılmışdır. Bu fikir düz ola 

bilməz.  O  zaman  Şekspirlə  eyni  vaxtda  yaşamış  Kristofor  Marlonun 

adının yazılışına da in- giliscədə on bir şəkildə rast gəlmək olur. 

İngiltərədə  Şekspirin  həyatı,  kimliyi,  ailəsi  və  yaradıcılığı  ilə 

əvvəl  maraqlananlar  olmuşsa  da,  onun  bioqrafiyasım  ilk  dəfə  Niko- 

las  Rou  yazmışdır.  1709-cu  ildə  o,  Şekspirin  altıcildlik  əsərlərini 

hazırlamış və bioqrafiyası ilə birlikdə çap etdirmişdir. N.Rou, əvvəlki 

uydurmalardan  və  rəvayətlərdən  fərqli  olaraq,  daha  dəqiq  məlumat-

lara istinad edir. Onun xahişi ilə aktyor Betterton Stratforda gedir və 

Şekspir  haqqmda  daha  ətraflı  məlumat  toplayır.  Rounun  yazdığı 

oçerk  əvvəlki  yazılara  nisbətən  daha  dəqiq  faktlarla  zəngin  idi. 

Rounun yazdığına görə, Şekspir, Tomas Lyusun Stratford yaxınlığın-

da olan meşəsində maral ovladığı üçün torpaq sahibi onu cəzalandır-

mışdır. Şekspir bu cənaba bir həcv yazmış və buna görə də ser Tomas 

Lyus tərəfindən daim təqib olunduğundan Londona qaçmışdır. Lakin 

Şekspirin Tomas Lyusun meşəsində maral ovladığı haqqmda rəvayət, 

ona yazdığı həcv sonradan Şekspir tədqiqatçıları tərəfindən bir- birinə 

zidd fikirlər kimi rədd edilir. 

downloaded from KitabYurdu.org




Uilyam Şekspir 

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

 

XVIII



 

əsrin sonunda şekspirşünaslığın təməlini qoymuş bir alim 

kimi  tanınan  E.Melon  (1741-1812)  Şekspirin  həyatma  aid  olan  faktları 

uydurmalardan təmizlədi. 

Şekspirin  Londona  gəldikdən  sonra  teatr  tamaşasına  baxmağa 

gələnlərin  atlarını  saxlaması  haqqında  rəvayət  çox  geniş  yayılmışdı. 

Melon  isə  bu  rəvayətə  əsla  inanmır.  Melona  görə,  Şekspir  hələ 

Stratfordda ikən oraya gələn teatr truppalarından biri ilə yaxm olmuş 

və  buna  görə  də  Londonda  dərhal  özünə  iş  tapa  bilmişdir.  Bəzi 

bioqraflar  Şekspirin  atasının  savadsız  olduğunu  söyləyir  və  qeyd 

edirlər  ki,  o,  sənədlərə  imza  əvəzinə  “Con  Şekspir”  kimi  cızıq  çə-

kərmiş. Başqa bir tədqiqatçı - Smart bu fikri yalana çıxarıb qeyd edir ki, 

belə  olsaydı,  bu  adama  şəhər  bələdiyyəsində  iki  dəfə  xəzinədar 

vəzifəsi tapşırılmazdı. 

XIX

 

əsrin  əvvəlindən  başlayaraq  Şekspir  haqqında  olan  əfsa-



nələrin  təhlili  məsələsinə  son  qoyuldu.  Şekspirin  bioqrafiyasını 

yazanlar  onun  həyatının  bəzi  faktlarını  şərti  olaraq  qəbul  etdilər. 

Şekspir  haqqındakı  məlumatların  bəzilərinə  şübhə  edənlər  olsa  da, 

onların  qəbul  edilməsini  lazım  bildilər.  Sonralar  Şekspirin  ailə  həyatı 

haqqında  da  bəzi  yeni  məlumatlar  üzə  çıxmışdır.  Onun  “qarabəniz 

xanıma”  məhəbbəti  faktı  tam  aydınlaşdırılmamışdır.  Müəyyən 

edilmişdir  ki,  onun  ictimai  vəziyyəti  kifayət  qədər  yüksək  olmuşdur. 

Yaxın  tanışları  içərisində  təkcə  qrafların  deyil,  hətta  kraliça 

Yelizavetanın adını çəkənlər də var. 

XIX  əsrdə  Şekspiri  romantik  bir  şəxsiyyət  kimi  öyrənənlərlə 

yanaşı,  elmi  şekspirşünaslığın  da  təməli  qoyulur.  Almaniyada  və 

Fransada  bir  neçə  ədəbi  məktəb  Şekspirin  həyat  və  fəaliyyəti  ilə 

məşğul  olmağa  başlayır.  İngiltərədə  C.O.Holivel-Fillipe,  S.Lİ  ədib 

haqqında  irihəcmli  əsərlər  yazdılar.  Rusiyada  N.Storojenko  onun 

əsərlərini  tədqiq  etdi.  V.Çuyko  və  V.İvanov  dramaturqun  bioqra-

fiyasım yazıb nəşr etdirdilər. 

XVII-XVIII əsrlərdə Şekspirin həyatı haqqmda yazanların heç biri 

onun  adı  ilə  bağlı  əsərlərin  stratfordlu  Uilyam  Şekspirə  aid  olduğuna 

şübhə  etmirdi.  Birdən-birə  XIX  əsrdə  Şekspirin  şəxsiyyətinə  şübhə 

oyandı.  Bu  fikri  ara-sıra  indi  də  təkrar  edənlər  var.  Şekspirin 

şəxsiyyətinə şübhə edən ilk tədqiqatçı Amerika alimi Deliya Bekondur. 

O,  “Şekspir  pyeslərinin  fəlsəfəsinin  açılması”  eserində  bu  pyeslərin 

filosof  və  dövlət  xadimi  Frensis  Bekon  tərəfindən  yazıldığım  sübut 

etməyə çalışdı. Deliya Bekonun fərziyyəsinə N.Qotom, 

ıo 

downloaded from KitabYurdu.org




T.Karleyl  kimi  alimlər  də  tərəfdar  çıxdılar.  Getdikcə  Bekon  nəzə-

riyyəsinin  tərəfdarlarının  sayı  artdı.  Bəziləri  hətta  inandırmağa 

çalışırdılar ki, F.Bekon təkcə Şekspirə aid edilən əsərlərin deyil, hətta 

K.Marlo  və  B.Consonun  da  əsərlərinin  müəllifidir.  “Bəs  nə  üçün 

Bekon  öz  əsərlərini  başqalarına  verirdi?”  sualını  belə  cavab-

landıradılar ki, guya, F.Bekon rütbəli bir adam kimi adını hörmətdən 

salmaq  istəmirdi.  Halbuki  Bekon  vəzifədən  kənar  edildikdən, 

cəmiyyətdə  nüfuzdan  düşdükdən  sonra  bircə  əsər  də  yazmamışdır. 

Bekon haqqında olan bu uydurma 1810-cu ilə kimi davam etdi. Bəzən 

Şekspirin  əsərlərini  daha  böyük  rütbəli  adamlara  aid  edənlər  də 

tapıldı.  Yeni  nəzəriyyəçilər  indi  bu  əsərlərin  müəllifinin  qraf  Derbi, 

qraf  Retlend,  qraf  Oksford  və  nəhayət,  kraliça  Yelizaveta  olduğunu 

sübuta yetirməyə çalışdılar. 

“Şekspir-Retlend”  nəzəriyyəsini  bir  zaman  rus  alimləri  də 

müdafiə edirdilər. 1924-cüildəF.Şipulinski, 1926-cıildə V.Friçe, 1931 -ci 

ildə  P.Koqan  yazılarında  bu  nəzəriyyəni  əsas  götürürdülər.  Vulqar 

sosioloqlar  o  fikirdə  idilər  ki,  Şekspirin  adı  ilə  tanınan  əsərlərdə 

zadəganların həyat mövqeyi tərənnüm edilir, buna görə də bu əsərləri 

sadə  bir ailədən  çıxmış  adam  deyil,  məhz  zadəgan  yaza  bilərdi.  Belə 

bir  fikir  də  söyləyirdilər  ki,  guya,  K.Marlo  öldürülməmiş,  Avropa 

ölkələrində  yaşayıb  pyeslər  yazırmış.  Aktyor  Şekspirin  müəllifliyinə 

şübhə  edənlərin  de  əksəriyyəti  o  dövrün  xüsusiyyətlərini  bilməyən 

jurnalistlər, hüquqşünaslar, istefaya çıxmış siyasət- pərəstlər idi. Qeyd 

etmək lazımdır ki, Şekspiri danmaq istəyənlər çoxaldıqca onun dövrü, 

yaradıcılığı  daha  dərindən  öyrənilmiş,  bu  da  Şekspir  yaradıcılığının 

çoxcəhətliliyini, şəxsiyyətini dəqiq öyrənməyə kömək etmişdir. 

A.Smimov, M.Morozov, A.Anikst, M. və D.Umovlar kimi bir çox 

görkəmli  rus  alimləri,  Azərbaycanda  isə  M.Rəfili,  Ə.Sultanlı, 

C.Cəfərov,  Ə.Ağayev  kimi  mahir  tədqiqatçılar  Şekspirin  yaradıcılığı 

haqqında maraqlı və orijinal fikirlər söyləmişlər. 

Tədqiqatçılar  Şekspir  yaradıcılığım,  əsasən,  üç  dövrə  bölürlər. 

Yaradıcılığının  birinci  dövründə  (1591-1601)  o,  “Venera  və  Adonis”, 

“Lukresiya”  poemalarını,  sonetlərini,  “VIII  Henri”  pyesindən  başqa, 

bütün  tarixi  dramlarını,  “Tit  Andronik”,  “Romeo  və  Cülyetta”,  “Yuli 

Sezar” faciələrini, bu dövr üçün səciyyəvi olan şən və nikbin “Səhvlər 

komediyası”,  “Şıltaq  qızın  yumşalması”,  “İki  veronalı  əsilzadə”, 

“Məhəbbətin əbəs səyi”, “Yay gecəsində yuxu”, 

11 

downloaded from KitabYurdu.org




Yüklə 6,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə