Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 avqust 2006-cı IL tarixli Sərəncamı ilə fəaliyyətini bərpa edəndən sonra ötən müddət ərzində “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti öz işinə Bakı sakinləri arasında ictimai rəy sorğusunun



Yüklə 211,36 Kb.
səhifə2/2
tarix16.11.2017
ölçüsü211,36 Kb.
#10629
1   2




Elektron Xidmətlər:

Məşğulluq orqanları vasitəsilə iş axtarışı



Elektron xidmətin reqlamentində qeyd olunur ki, işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunmaları üçün müəssisə və təşkilatlarda mövcud olan boş iş yerləri haqqında məlumatlar toplanaraq məlumat bankına yığılır. Bu xidmət vətəndaşların özləri üçün münasib iş əldə etmək üçün boş iş yerləri haqqında məlumatın elektron qaydada əldə edilməsini nəzərdə tutur.




Boş iş yerləri haqqında məlumat bankı əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron xidmətlər bölməsində yerləşdirilsə də, sonradan elektron xidmətlər bölməsindən bu xidmət ləğv edilmişdir. Hal-hazırda iş yerləri haqqında məlumat bankı Dövlət Məşğulluq Xidmətinin internet səhifəsində yerləşdirilib. Əsas promblem ondan ibarətdir ki, elektron xidmət hələ də hesabatlı və interaktiv deyil. Halbuki, ASAN xidmətin öz könüllüləri üçün iş tapması üçün yaratdığı asankadr.az xidməti nümunə kimi götürülə bilər. Belə ki, asankadr.az səhifəsində həm işəgötürən qedyiyyatdan keçərək vakant iş yerləri barəsində məlumat yerləşdirir, həm də işaxtaran qeydiyyatdan keərək özü haqqında məlumatı veb səhifədə yerləşdirilir. Əgər işaxataran vakansiyaya müraciət edirsə, yaxud əksinə işəgötürən işaxtaranı işəgötürmək istəyirsə elektron müraciət edir, nəticədə ASAN xidmət prosesi izləyə və statistika apara bilir.









Tövsiyə olunur ki,


  • Asankadr.az modeli əsasında iş axtarışı saytı qurulsun və işaxtaranla işəgötürənin onlayn ünsiyyəti imkanı yaradılsın.

  • İlk növbədə iş üçün müraciət formaları və əmək müqaviləsinin formaları saytda yerləşdirilsin.

  • Vətəndaşın axtardığı peşə üzrə müraciət edəcəyi qurumun əlaqə vasitələrini bilməsi təmin edilsin.

  • İş yerinə elektron şəkildə müraciət formasını dolduraraq müraciət etmək imkanı yaradılsın.

  • Saytda həmçinin işə götürən özəl müəssisə, təşkilatlar da vakansiya yerləşdirə bilmək imkanı ilə təmin olunsun.

  • Saytda yeni iş elanları qoyulsun və istifadəçilər yeni iş vakansiyaları haqqında e-mail vasitəsilə məlumatlandırılsın.

  • Elektron xidmətin hesabatlı olması üçün dövri olaraq elektron xidmət vasitəsilə iş tapan vətəndaşların sayı, mümkünsə siyahısı dərc edilsin.

  • Elektron xidmətin inkişafı üçün diskusiya səhifəsi yaradılsın və vətəndaşlardan alınan rəylər əsasında elektron xidmətin kontenti inkişaf etdirilsin.



İşəgötürənlərin hesabatlarının onlayn təqdim edilməsi haqqında elektron xidmət

Bu xidmət vasitəsilə işəgötürənin boş vakansiya iş yerləri haqqında 1-İ N-li, işə qəbul və işdən çıxarlma barədə 2İ N-li aylıq, iş yerlərinin və işçilərin ortaq illik siyahısı sayı haqqında 3-İ N-li illik, işçilərin sayı və ştatları ixtisar edildikdə işdən çıxarılacaq işçilər haqqənda 4İ N-li, işçilər hərəkəti haqqında 5-İ N-li yarımillik-illik statistik formaların Məşğulluq Mərkəzlərinə elektron qaydada təqdim olunmasını nəzərdə tutur.

Göründüyü kimi 5 tipli hesabat forması tələb olunur. Ancaq elektron xidmət hal-hazırda işləmir. Elektron xidmətin qəbul olunmuş reqlamentinə görə isə bu elektron xidmətin göstərilməsi üçün hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və vergi orqanlarında uçota alınması barəsində müvafiq sənədin sürətini təqdim edilməlidir. Halbuki sözügedən məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi və Vergilər Nazirliyi ilə elektron məlumat mübadiləsi apararaq əldə edə bilər. Bundan başqa, müəssisələr üçün elektron hesabat sistemi yaradıla bilər və müəssisələr statistik formaları elektron qaydada dolduraraq, elektron imza ilə imzalayaraq məşğulluq bölmələrinə göndərə bilər. Bu ölkədə olan işçilər barəsində daha çevik, şəffaf və operativ statistikasını aparmağa, eləcə də məşğulluq problemini daha çevik həll etməyə imkan verə bilər.

Tövsiyə edirik,


  • Məşğulluq idarələrinə təqdim edilən aylıq, yarımillik və illik statistik formaların elektron şəkildə doldurulması təmin edilsin.

  • Elektron xidmətdən istifadə üçün kağız sənədlərin tələb edilməsi aradan qaldırılsın.




İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi

Bu xidmət əmək funksiyalarını yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığını qəflətən və kəskin pozulması hallarının təhqiq edilməsidir. Elektron xidmətinin elektron xidmət istehsalatda baş verən bədbəxt hadisələr barədə adiyyatı dövlət strukturuna elektron qaydada, daha operativ və sadə şəkildə məlumatın veilməsini nəzərdə tutur.

Bu xidmət elektron şəkildə aktiv deyil. Bir də bu xidmət ancaq işəgötürən, vəzifəli şəxslərə şamil edilir. Yəni vəzifəli şəxs müəssisəsində baş verən bədbəxt hadisə ilə bağlı Əmək Müfəttişliyinə məlumat verməlidir. Ancaq bu xidmət işçilərə də şamil edilə bilər, belə ki, vəzifəli şəxslər bəzən bədbəxt hadisələri gizləməyə meyilli olurlar.

Tövsiyə olunur ki,

  • Elektron xidmət onlayn rejimdə aktivləşsin.

  • İşçilərə elektron şəkildə bədbəxt hadisə barəsində məlumat vermək imkanı yaradılmalı

  • Eləcə də bu şəxslərin işdən çıxarılmaması və təzyiqlərə məruz qalmaması üçün Əmək Müfəttişliyi lazımı tədbirlər görülməli, eləcə də bədbəxt hadisələri ifşa edən şəxslərin qorunması ilə bağlı Əmək Məcəlləsinə müvafiq dəyişikliklər edilsin.






İşsizlik statusunun verilməsi və müavinətin təyin edilməsi üçün elektron müraciətin və sənədlərin qəbulu

Elektron xidmətin reqlamentində qeyd edilir ki, şəhər, rayon məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyta alınmış, işi və qazancı olmayan işə başlamağa hazır olub əmək qabiliyyətli yaşda olan, əmək qabiliyyətli vətəndaşlara münasib iş təklif etmək mümkün olmadıqda 11 gün ərizndə işsizlik statusu verilməsi barədə qərar qəbul edilir və ona işsizlik müavinəti təyin edilir. Bu xidmət işsizlik statusunun verilməsi və işsizlik müavinətinin təyin edilməsi haqqında işsiz vətəndaşların ətraflı və elektron qaydada məlumat əldə etmələrini nəzərdə tutur. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:

-pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiya istisna olmaqla), -yaşa görə və əlilliyə görə sosial müavinət almaması və hərbi qulluqçular üçün isə Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentidən pensiya almaması haqqında arayış;

- yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış;

- yerli icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyindən mülkiyyətində torpaq payı olmaması haqqında arayış (kənd yerlərində);

- himayəsində olan 18 yaşına çatmamış uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;

- qeydiyyata alındıqdan əvvəlki 12 ay ərzində 26 təqvim həftəsindən az olmayan müddətdə haqqı ödənilən işə malik olanlar üçün axırıncı iş yerindən son 12 ay üzrə əmək haqqı barədə arayış.

- əmək kitabçasının sürəti;

- şəxsiyyət vəsiqəsinin sürəti;



- peşə və ixtisası təsdiq edən sənədin sürəti

Sözügedən elektron xidmət bir müddət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında aktiv olsa da, praktiki olaraq elektron müraciət mümkün deyildi. Elektron müraciət edilsə belə, yenə Məşğulluq İdarələrinə gedib qeydiyyatdan keçmək və müvafiq sənədləri kağız formada təqdim etmək ehiyacı olurdu. Hal-hazırda sözügedən elektron xidmət qurumun saytından qaldırılmışdır. Ancaq Nazirlər Kabinetinin qərarına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlik statusunun müəyyən edilməsi və müavinətin təyin edilməsi üçün elektron müraciətin və sənələrin qəbulu xidmətini onlayn rejimdə təşkil etməlidir.
Bundan başqa, mümkündür ki, xidmət çərçivəsində şəxsiyyət vəsiqəsi, yaşadığı yeri üzrə vergi orqanlarından fərdi qaydada sahibkarlıqla məşğul olmaması haqqında arayış və başqa sənədlər vətəndaşdan tələb olunmaya bilər. Vətənaşın şəxsiyyət vəsiqəsi haqqında məlumatları İAMAS informasiya sistemindən, yaxud Ədliyyə Nazirliyini Əhalinin Dövlət reyestrindən, vergi haqqında məlumatlar isə Vergilər Nazirliyinin AVİS, pensiya haqqında məlumatları isə qurum öz məlumat bazasından və DSMF-dən əldə edə bilər.



Tövsiyə olunur ki,
1.İşsiz kimi qeydiyyata durmaq üçün ümum ölkə vahid elektron müraciət xidməti yaradılsın. Elektron forma dolduraraq vətəndaş işsizlik statusu əldə etmək üçün elektron müraciət edə bilsin. Nəinki vətəndaş regional məşğulluq idarələrində işsiz olduğu və iş axtardığı barədə ərizə yazmağa yazsın. Elektron forma doldurarkən işaxtaranın hansı iş və hansı məvacibdə iş istəməsi, eləcə də iş və təhsil keçmişi məlumatları əlavə edə bilər. Bununla bərabər, diplomlarını qoşmaya qoya, eləcə də sadəcə diplomunun seriya nömrəsini yaza bilər. Nazirlik isə diplomun mövcudluğu barədə Təhsil Nazirliyinin məlumat bazası ilə məlumat mübadiləsi edərək məlumatlana bilər. Təhsil Nazirliyinin diplomaların elektron reyestrinə malikdir.
2.Elektron xidmətə müraciət edən vətəndaşın məlumatları rayon və şəhər məşğulluq şöbələrinə göndərilsin. Elektron xidmət bölməsi vətəndaş-Nazirlik-rayon şöbə üçbucağı şəklində qurulsa proses daha şəffaf keçə bilər. Belə ki, əgər məşğulluq idarəsi onlayn iş yerləri təklif edərsə və işaxtaran iş taparsa, onda proses uğurla tamamlanacaqdır. Əks halda elektron müraciət edərkən vətəndaş 11 gün ərzində rayon üzrə məşğulluq idarəsindən iş təklifi ala bilməsə, yaxud iş tapa bilməsə, nazirlik bu barədə məlumatlı olacaq və prosesi onlayn izləyəcək. Həmçinin operativ statistika apara biləcək.
3. Vətəndaş işsizlik müavinəti üçün müraciət etmək üçün müvafiq sənədləri skan edib göndərmək imkanı əldə etsin və onlayn şəkildə cavab əldə edə bilsin. Bəzi sənədlərin kağız formada tələb edilməsi ləğv edilə bilər. Misal: Şəxsiyyət Vəsiqəsi, Vergi Uçotu haqqında məlumat, pensiya haqqında məlumat, son 12 ay barəsində məlumat, əmək kitabçası və s.



1 http://www.taxes.gov.az/modul.php?name=qanun&news=1076

2 AR Əmək Məcəlləsinin 7.2-ci maddəsi

3 Əmək Məcəlləsinin 154.2, 155-ci maddələri

4 President.az

5 Əmək Məcəlləsinin 185-ci maddəsi

6 Əmək Məcəlləsinin 12-ci maddəsi

7 http://portal.edu.az/index.php?r=article/item&id=212&mid=6&lang=az

8ttp://www.ilo.org/wcmsp5/groups/public/---dgreports/---stat/documents/presentation/wcms_325296.pdf


i


Yüklə 211,36 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə