Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə3/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   78

8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 
vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və 
digər  ictimai  birliklərə  mənsubiyyətindən,  hüquqi  şəxsin  olduğu  yerdən,  tabeçiliyindən, 
mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə 
iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 
8.3.  Bu  Məcəllənin  8.2‐ci  maddəsində  nəzərdə  tutulmuş  əsaslara  görə  işdə  iştirak  edən 
şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya 
imtiyazların verilməsindən imtina oluna bilməz.
2 
M a d d  ə  9 .  Ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında 
həyata keçirilməsi 
9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 
9.2.  Bu  Məcəllə  ilə  başqa  hal  nəzərdə  tutulmayıbsa,  məhkəmədə  mübahisəyə  işdə  iştirak 
edən  şəxslər  çağırılıb  dindirilmədikdə  baxıla  bilməz.  İşdə  iştirak  edən  şəxslər  öz  tələblərini 
əsaslandırdıqları  dəlillər,  sübutlar  və  hüquqi  nəticələr  barədə  bir‐birlərinə  məlumat  verməyə 
borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. 
9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız 
tərəflərin  çəkişmə  prinsipinə  əsasən  müzakirə  etdiyi  dəlillərlə,  onların  verdiyi  izahatlarla, 
sənədlərlə  əsaslandırmalıdır.  Məhkəmə, qərarını  tərəfləri  dəvət  etmədən  özünün  qulluq 
mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 
M a d d  ə  1 0 .  Məhkəmə baxışının aşkarlığı 
10.1. Məhkəmələrdə işlərə aşkarlıq prinsipi əsasında baxılır. 
10.2.  Dövlət,  peşə,  kommersiya  sirrinin  açılması,  şəxsi  və  ailə  həyatı  sirrinin  yayılması, 
yetkinlik  yaşına  çatmayan  şəxslərin  marağının  gözlənilməsi  səbəbləri  istisna  olmaqla,  bütün 
məhkəmələrdə  işlərə  aşkar  baxılır.  Öz  vəzifələrinin  icrası  zamanı  hakimlər  dövlət  sirri  ilə 
işləməyə qanunvericiliklə nəzərdə tutulmuş yoxlama tədbirləri keçirilmədən buraxılırlar. 

10.3.  İşlərə  aşkar  baxılması  demokratik  cəmiyyətdə  əxlaq,  ictimai  qayda,  dövlət 
təhlükəsizliyi  baxımından,  həmçinin  digər  xüsusi  hallarla  əlaqədar  ədalət  mühakiməsinin 
maraqlarına toxunarsa, məhkəmə baxışı və ya onun bir hissəsi qapalı keçirilə bilər. 
10.4. Məhkəmə baxışında iştirak edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira 
və  ya  vergi  sirrinin,  eləcə  də  qanunla  qorunan  digər  sirlərlə  yanaşı,  həmçinin  şəxsi  və  ailə 
həyatının intim məsələlərinin qorunması məqsədi ilə məhkəmə baxışını qapalı keçirməyi tələb 
edə bilər. 
10.5. Məhkəmə işə qapalı məhkəmə iclasında baxılması barədə qərardadı işdə iştirak edən 
şəxsləri ilkin dinlədikdən sonra qəbul edir. 
10.6.  Məhkəmə  baxışının  qapalı  keçirilməsində  işdə  iştirak  edən  şəxslər,  onların 
nümayəndələri  iştirak  edir.  Zərurət  yaranarsa,  onların  şahidləri,  ekspertlər,  mütəxəssislər və 
tərcüməçilər çağırılır. 
10.7.  Qapalı  məhkəmə  baxışı  mülki  məhkəmə  icraatının  bütün  qaydalarına  riayət 
olunmaqla aparılır. 
10.8.  İşdə  iştirak  edən  şəxs  olmayan  və  ya  şahid  qismində  dəvət  edilməyən  on  altı  yaşına 
çatmamış şəxslər məhkəmə iclası zalına buraxılmırlar. 
10.9.  İşdə  iştirak  edən  şəxslər və  açıq  məhkəmə  iclasında  olan  digər  şəxslər  yerlərindən 
məhkəmə  baxışının  gedişatına  dair  qeydlər  apara  bilərlər.  Məhkəmə  iclasının  kino  və  foto 
çəkilişinin,  habelə  videoyazısının,  birbaşa  radio  və  televiziya  translyasiyasının  aparılmasına 


yalnız  iş  üzrə  işdə  iştirak  edən  şəxslərin  rəyi  nəzərə  alınmaqla  məhkəmənin  icazəsi  ilə  yol 
verilir. 
4 
10.10.  Şəxsi  yazışma  və  şəxsi  teleqraf  məlumatları  yalnız  onların  ünvanlandığı  şəxslərin 
razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat 
daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. 
10.11. Məhkəmə aktları bütün hallarda açıq elan edilir. 
M a d d  ə  1 1 .  Məhkəmə icraatının aparıldığı dil 
11.1. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının 
dövlət  dilində  —  Azərbaycan  dilində  və  ya  müəyyən  ərazi  əhalisinin  əksəriyyətinin  dilində 
aparılır. 
11.2.  İşdə  iştirak  edən,  məhkəmə  icraatının  aparıldığı  dili  bilməyən  şəxslərə  işin  bütün 
materialları  ilə  tanış  olmaq,  izahat,  ifadə  və  rəy  vermək,  məhkəmədə  çıxış  etmək,  vəsatət 
qaldırmaq,  ana dilində  şikayət  etmək, həmçinin bu  Məcəlləyə  uyğun  olaraq pulsuz tərcüməçi 
xidmətindən istifadə etmək hüququ izah və təmin olunur. 
11.3.  Məhkəmə  sənədləri  işdə  iştirak  edən  şəxslərə  məhkəmə  icraatının  aparıldığı  dildə 
verilir. 
M a d d  ə  1 2 .  İşə hakim tərəfindən təkbaşına və kollegial baxılması 
12.1.  Mülki  işlərə  və  iqtisadi  mübahisələrə  birinci  instansiya  məhkəmələrində  hakim 
tərəfindən təkbaşına baxılır. 
12.2.  Apellyasiya  qaydasında  işlərə  sədrlik  edənin  və  digər  iki  hakimin,  kassasiya 
qaydasında isə sədrlik edənin iki və ya daha çox hakimin iştirakı ilə baxılır. 
M a d d  ə  1 3 .  Mülki işlərin həllində məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktlar 
13.1.  Məhkəmə  mübahisələri  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  referendumla 
qəbul  edilən  hüquqi  aktlara,  qanunlara,  Azərbaycan  Respublikası  prezidentinin  fərmanlarına, 
Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  qərarlarına,  mərkəzi  icra  hakimiyyəti 
orqanlarının  normativ  hüquqi  aktlarına,  habelə  Azərbaycan  Respublikasının  tərəfdar  olduğu 
beynəlxalq müqavilələrə əsasən həll edir. 
13.2.  Məhkəmə  işə  baxarkən  normativ  hüquqi  aktlar  arasında  ziddiyyət aşkar  edirsə,  o, 
daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. 
13.3.  Azərbaycan  Respublikasının  qanunvericiliyi  sisteminə  daxil  olan  normativ  hüquqi 
aktlarla  (Azərbaycan  Respublikasının  Konstitusiyası  və  referendumla  qəbul  olunmuş  aktlar 
istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında 
ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. 
13.4.  Mübahisə  edilən  hüquq  münasibətlərini  tənzimləyən  hüquq  norması  olmadıqda, 
məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 
13.5.  Belə  normalar  da  olmadıqda  məhkəmə  öz  aktında  Azərbaycan  Respublikası  hüquq 
qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 
13.6. İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri 
ilə  bağlı  məhkəmə  Azərbaycan  Respublikası  Konstitusiyasının  və  qanunlarının  şərh  edilməsi 
haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilər. 



Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə