Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə14/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   10   11   12   13   14   15   16   17   ...   78

93.1  Məhkəmə  tez  xarab  olan  maddi  sübutları  onların  olduqları  yerdə  dərhal  müayinə  və 
tədqiq edir. 
93.2.  İşdə  iştirak  edən  şəxslər  müayinə  və  tədqiqatın  aparıldığı  yer  və  vaxt  haqqında 
xəbərdar  edilirlər,  məlumat  verilmiş  işdə  iştirak  edən  şəxslərin  gəlməməsi  maddi  sübutların 
müayinəsinə və tədqiqinə mane olmur. 
93.3. Maddi sübutların müayinəsi və tədqiqinə dair məlumatlar protokolda yazılır. 
M a d d  ə  9 4 .  Maddi sübutlar üzərində sərəncam verilməsi 
94.1.  Maddi  sübutlar  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə  mindikdən  sonra  alındığı 
şəxslərə  qaytarılır  və  ya  məhkəmənin  həmin  şeylər  üzərində  hüququnu  təsdiq  etdiyi  şəxslərə 
verilir, yaxud məhkəmənin müəyyən etdiyi qaydada reallaşdırılır. 
94.2.  Qanunla  fiziki  şəxslərin  sahibliyində  ola  bilməyən  predmetlər  müvafiq  orqanlara 
verilir. 
94.3.  Maddi  sübutlar  məhkəmə  tərəfindən  müayinə  və  tədqiq  edildikdən  sonra  sübutu 
vermiş şəxslər onun qaytarılması barədə vəsatət versələr və bu cür vəsatətin təmin edilməsi işə 
baxılmasına zərər vurmazsa, iş qurtarana qədər sübutlar həmin şəxslərə qaytarıla bilər. 
94.4 Maddi sübutlar üzərində sərəncam verilməsi məsələləri məhkəmənin qətnaməsində və 
ya qərardadında göstərilməlidir. 
M a d d  ə  9 5 .  Səs və video yazılar 
95.1.  Elektron  və  digər  daşıyıcılar  üzərində  səs və  ya  video  yazılar  təqdim  edən və  ya 
onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən 
və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 
95.2.  Qanunla  icazə  verilən  hallardan  başqa,  gizli  yolla  əldə  edilmiş  səs və  ya  video 
yazılardan sübut kimi istifadə oluna bilməz. 
95.3. Məhkəmə iclasında səs və video yazıların aparılmasına bu Məcəllənin 10.9 və 10.10‐cu 
maddələrinin tələblərinə əməl edilməklə yol verilir. 
M a d d  ə  9 6 .  Səs və video yazıların saxlanılması və qaytarılması 
96.1.  Səs və  video  yazılar  məhkəmədə  saxlanılır.  Məhkəmə  onların  dəyişməz vəziyyətdə 
saxlanılması üçün tədbirlər görür. 
96.2.  Müstəsna  hallarda  məhkəmənin  qətnaməsi  qanuni  qüvvəyə  mindikdən  sonra  səs və 
video yazılar onların alındığı şəxslərə qaytarıla bilər. 
96.3. Səs və video yazıların qaytarılması məsələləri haqqında məhkəmə qərardad çıxarır. 
M a d d  ə  9 7 .  Məhkəmənin ekspertiza təyin etməsi 
97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak 
edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 
97.2.  İşdə  iştirak  edən  şəxslər  qarşılıqlı  razılığa  əsasən  konkret  səlahiyyətli  şəxsin  ekspert 
təyin edilməsini məhkəmədən xahiş edə bilərlər. 
97.3. İşdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə 
təqdim etməyə haqlıdırlar. 
97.4. Ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. 
İşdə  iştirak  edən  şəxslərin  təqdim  etdiyi  sualların  rədd  edilməsini  məhkəmə  əsaslandırmağa 
borcludur. 


97.5.  Tərəf  ekspertizanın  keçirilməsində  iştirak  etməkdən  imtina  edirsə  və  ya  onun 
keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim 
etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə 
bu  tərəfin  iştirakı  olmadan  ekspertizanı  keçirmək  mümkün  deyilsə, məhkəmə  hansı  tərəfin 
iştirak  etməkdən  imtina  etməsindən,  habelə  bunun  onun  üçün  hansı  əhəmiyyət kəsb 
etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla 
təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. 
M a d d  ə  9 8 .  Ekspertiza təyin edilməsi haqqında qərardadın məzmunu 
98.1. Ekspertiza təyin edilməsi haqqında məhkəmə qərardad qəbul edir. 
98.2.  Ekspertiza  təyin  etmək  barədə  qərardadda  məhkəmə  tərəfindən aşağıdakılar 
göstərilməlidir:  məhkəmənin  adı;  ekspertizanın  təyin  edilməsi  vaxtı;  baxılan  iş  üzrə  tərəflərin 
adı;  ekspertizanın  adı;  təsdiq  edilməsi  və  ya  rədd  edilməsi  üçün  ekspertiza  keçirilən  faktlar; 
ekspertiza qarşısında qoyulan suallar; ekspertin soyadı, adı və atasının adı və ya ekspertizanın 
keçirilməsi tapşırılan idarənin adı; ekspertə göndərilən materiallar; ekspertizanın keçirilməsi və 
rəyin verilməsi müddəti. 
98.3.  Qərardadda  bilə‐bilə  yalan  rəy  verməyə  görə  cinayət məsuliyyəti  daşıması  haqqında 
50
ekspertin məhkəmə tərəfindən xəbərdar edilməsi də göstərilməlidir. 
M a d d  ə  9 9 .  Ekspertizanın aparılması qaydası 
99.1. Ekspertiza çəkişmə prinsipinə və bu Məcəllənin müddəalarında nəzərdə tutulmuş işdə 
iştirak  edən  şəxslərin  hüquqlarına  riayət  olunmaqla  keçirilir.  Məhkəmə  ekspertizanın 
keçirilməsinin gedişi haqqında məlumat əldə etməyə haqlıdır. 
99.2.  Ekspertiza  ekspert  idarələrinin  işçiləri  və  ya  məhkəmə  tərəfindən  tapşırılan  digər 
mütəxəssislər tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırıla bilər. 
99.3.  Ekspertiza  tədqiqatın  xarakterindən  asılı  olaraq  zəruridirsə  və  ya  tədqiqat  aparmaq 
üçün  materialları  məhkəmə  iclasına  gətirmək  mümkün  deyilsə,  habelə  çətinlik  törədirsə, 
məhkəmənin  iclasında  və  ya  məhkəmə  iclasından  kənar  keçirilə  bilər.  İşdə  iştirak  edən 
şəxslərin  məhkəmə  iclasından  kənar  ekspertizanın  keçirilməsində  iştirakının  ekspertlərin 
normal  işinə  maneçilik  törədə  bilməsi  halları  istisna  olmaqla,  onlar  ekspertizanın 
keçirilməsində iştirak edə bilərlər. 
99.4.  Ekspertizanın  keçirilməsi  iki  və  daha  artıq  ekspertə  tapşırılarsa,  onlar  öz  aralarında 
məsləhətləşə bilərlər. Ekspertlər ümumi nəticəyə gəldikdə, onlar bir ümumi rəy verirlər. Başqa 
ekspertlərlə razılaşmayan ekspert ayrıca rəy verir. 
99.5.  Ekspertiza  ekspert  idarələrində  keçirildikdə  rəy  üçün  məsuliyyəti  həmin  idarənin 
rəhbəri tərəfindən ekspertiza keçirilməsi tapşırılan konkret ekspert və ekspertlər daşıyırlar. 
M a d d  ə  1 0 0 .  Ekspertin hüquq və vəzifələri 
Ekspertin hüquq və vəzifələri bu Məcəllənin 63‐cü maddəsi və Azərbaycan Respublikasının 
digər qanunları ilə müəyyən edilir. 
M a d d  ə  1 0 1 .  Ekspertin rəyi 
101.1. Ekspert yazılı formada rəy verir. 
101.2.  Ekspert  rəyində  aparılmış  tədqiqatların  müfəssəl təsviri,  onlara  əsasən  çıxarılmış 
nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə