Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

vəsaitin  mübahisəsiz  silinməsi  üçün  əsasdır.  Ödəyənin  hesabında  vəsait  olmadıqda 

protest  verən  ərizəçi  veksel  üzrə  öhdəliklərin  veksel  üzrə  borclunun  əmlakına 

yönəldilməsini tələb etmək hüququna malikdir. 

1036.5.  Veksel  üzrə  ödəyicinin  əmlakı  hesabına  vekselsaxlayanın  tələblərinin 

ödənilməsi hüququ bu Məcəllənin 1036.4-cü maddəsində göstərilən hal istisna olmaqla, 

yalnız  məhkəmə  qərarlarının  icrası  qaydasında  həyata  keçirilir.  Vekselin  etibarsız 

sayıldığı  hallar  istisna  olmaqla,  məhkəmə  veksel  verilməsinə  əsas  olan  müqavilə 

şərtlərindən  asılı  olmayaraq  qanunvericiliyin  tələblərinə  uyğun  qeydiyyatdan  keçmiş 

və protest edilmiş veksel əsasında tezləşdirilmiş prosedur üzrə (yeddi iş günü ərzində) 

veksel saxlayanın xeyrinə qərar çıxarmalıdırlar.

xxxiv[431]

 

  



Maddə  1037.  Ödənişdən  və  ya  akseptdən  imtina  edildikdə  veksel  saxlayanın 

hüququ 

  

1037.0. Veksel saxlayan iddia irəli sürdüyü şəxsdən aşağıdakıları tələb edə bilər: 



1037.0.1.  Aksept  edilməmiş  və  ya  ödənilməmiş  köçürmə  vekselinin  məbləğini  və 

əgər şərtləşdirilmişdirsə, faizləri; 

1037.0.2. Ödəniş müddətinin çatdığı gündən faizləri; 

1037.0.3. Protest üzrə və bildiriş göndərmək üzrə xərcləri, habelə digər xərcləri. 



  

Maddə 1038. Ödəyicinin hüquqları 

  

Ödəyici onun qarşısında mükəlləfiyyətli olan şəxslərdən bütün ödənilmiş məbləği, 



həmin məbləğə ödəniş günündən hesablanan faizləri və çəkdiyi xərcləri tələb edə bilər. 

  

Maddə 1039. Veksel sənədlərinin təqdim edilməsi 

  

1039.1.  İddia  irəli  sürülmüş  və  ya  irəli  sürülə  biləcək  hər  bir  mükəlləfiyyətli  şəxs 

tələb  edə  bilər  ki,  veksel  məbləğinin  ödənilməsi  müqabilində  ona  protestlə  və  ödəniş 

qəbzi ilə birlikdə köçürmə vekseli verilsin. 




1039.2.  Köçürmə  vekselini  ödəmiş  hər  bir  indossant  öz  indossamentinin  və 

özündən sonrakı indossantların indossamentlərinin üstündən xətt çəkə bilər. 



  

Maddə 1040. Qismən akseptdən sonra reqres tələbi 

  

Qismən  akseptdən  sonra  reqres  tələbinin  irəli  sürüldüyü  halda  vekselin  aksept 



edilmədiyi məbləği ödəyən həmin ödənişin vekseldə qeyd olunmasını və bu barədə ona 

qəbz  verilməsini  tələb  edə  bilər.  Veksel  saxlayan  bundan  əlavə,  ona  vekselin 

təsdiqlənmiş  surətini  və  protest  aktını  verməlidir  ki,  o,  sonrakı  reqres  tələbini  həyata 

keçirə bilsin. 



  

Maddə 1041. Geriyə tratta 

  

İddia irəli sürmək hüququ olan şəxs, əgər əks razılaşma yoxdursa, onun qarşısında 



mükəlləfiyyətli  şəxslərdən  birinə  ödəniş  müddəti  təqdim  edildiyi  an  çatan,  həmin 

şəxsin yaşayış yeri üzrə ödənilməli olan yeni veksel vermək vasitəsilə ödənişi ala bilər 

(geriyə tratta). 

  

Maddə 1042. Müddətlər keçdikdə veksel saxlayanın hüquqlarını itirməsi 

  

1042.1.  Veksel  saxlayan  indossantlara  qarşı,  veksel  verənə  qarşı  və  akseptant 



istisna  olmaqla,  veksel  üzrə  mükəlləfiyyətli  olan  digər  şəxslərə  qarşı  öz  hüquqlarını 

aşağıdakılar üçün müəyyənləşdirilmiş müddətlər keçdikdə itirir: 

1042.1.1.  təqdim  edildiyi  an  və  ya  təqdim  edildikdən  sonra  müəyyən  müddətdə 

ödənilən köçürmə vekselinin təqdim edilməsi üçün

1042.1.2. akseptdən və ya ödənişdən imtina nəticəsində protestin verilməsi üçün; 

1042.1.3. müvafiq qeyd-şərtin olduğu halda ödənişə təqdim etmək üçün. 

1042.2.  Vekseli  aksept  üçün  veksel  verənin  şərtləşdirdiyi  müddətdə  təqdim 

etmədikdə  veksel  saxlayan  həm  ödənişdən  imtina  nəticəsində,  həm  də  akseptdən 

imtina nəticəsində əmələ gələn və ona mənsub olan hüquqları itirir. 



1042.3.  Əgər  vekselin  ödəniş  üçün  təqdim  edilməsi  müddəti  indossamentdə 

şərtləşdirilmişdirsə, ona yalnız indossant istinad edə bilər. 

1042.4.  Əgər  müəyyənləşdirilmiş  müddətdə  köçürmə  vekselinin  təqdim 

edilməsinə  və  ya  protestin  verilməsinə  qarşısıalınmaz  maneə  varsa,  bu  cür  hərəkətlər 

üçün  müəyyənləşdirilmiş  müddətlər  qarşısıalınmaz  qüvvənin  təsir  etdiyi  müddətə 

uzadılır və bu müddətə 14 gün əlavə edilir. Şəxsən veksel saxlayana və ya onun vekseli 

təqdim  etməyi  və  ya  protest  verməyi  tapşırdığı  şəxsə  aid  olan  hallar  qarşısıalınmaz 

qüvvə sayılmır. 



  

Maddə 1043. Vekselin bir neçə nüsxəsinin verilməsi 

  

1043.1. Köçürmə vekseli bir neçə eyni nüsxədə verilə bilər. Bu nüsxələrə vekselin 



özündə ardıcıl nömrələr qoyulmalıdır; əks halda onların hər biri ayrıca köçürmə vekseli 

sayılır. Əgər vekseldə onun yeganə nüsxədə verildiyi göstərilməyibsə, veksel saxlayan 

öz  hesabına  onun  bir  neçə  nüsxəsinin  verilməsini  tələb  edə  bilər.  Bu  məqsədlə  o 

bilavasitə  özündən  əvvəlki  indossanta  müraciət  etməlidir.  Həmin  indossant  ona  öz 

indossantı  və  əvvəlki  indossantlar,  o  cümlədən  veksel  verən  barəsində  kömək 

göstərməlidir.  İndossantlar  öz  indossamentlərini  yeni  nüsxələrdə  təkrar  etməyə 

borcludurlar. 

1043.2.  Bir  nüsxə  üzrə  ödənişin  həyata  keçirilməsi  bütün  qalan  nüsxələrdən  irəli 

gələn  hüquqları,  hətta  bir  nüsxə  üzrə  ödənişin  həyata  keçirilməsi  nəticəsində  bütün 

qalan  nüsxələrin  qüvvədən  düşdüyü  qeyd  edilməsə  belə,  ləğv  edir.  Lakin  ödəyici 

özünün  aksept  etdiyi  və  ona  qaytarılmamış  hər  bir  nüsxə  üzrə  məsuliyyət  daşımaqda 

davam  edir.  Nüsxəni  müxtəlif  şəxslərə  vermiş  indossant,  habelə  sonrakı  indossantlar 

özlərinin imza etdikləri və qaytarılmamış bütün nüsxələr üzrə məsuliyyət daşıyırlar. 

1043.3.  Nüsxələrdən  birini  aksept  üçün  göndərən  həmin  nüsxənin  kimdə 

olduğunu  başqa  nüsxələrdə  göstərməlidir.  Həmin  nüsxənin  olduğu  şəxs  onu  digər 

nüsxəni  qanuni  saxlayana  verməyə  borcludur.  Əgər  o  bunu  etməkdən  imtina  edərsə, 

veksel saxlayan özünün iddia hüququnu yalnız aşağıdakılar protestlə təsdiqləndikdən 

sonra həyata keçirə bilər: 

1043.3.1.  aksept  üçün  göndərilmiş  nüsxə  onun  tələbinə  baxmayaraq  ona 

verilməmişdir; 

1043.3.2. aksept və ya ödəniş başqa nüsxə üzrə alına bilməzdi. 

  

Maddə 1044. Vekselin surətləri 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə