Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar


Maddə 997. Qiymətli kağızların növləri



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   2   3   4   5   6   7   8   9   ...   28

  

Maddə 997. Qiymətli kağızların növləri

xxii[419]

 

  



997.1.  Qiymətli  kağızlara  istiqraz,  səhm,  veksel,  depozitar  qəbzi,  investisiya  fond  payı, 

girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir.

xxiii[420]

 

997.2. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızlarıdır. İnvestisiya qiymətli 



kağızları buraxılışlarla yerləşdirilir və qiymətli kağızların əldə edilməsi vaxtından asılı 

olmayaraq  bir  buraxılış  daxilində  hüquqların  həyata keçirilməsinin  həcmi  və  müddəti 

eyni  olan  qiymətli  kağızlardır.  Qiymətli  kağızların  buraxılışı  emitentin  qiymətli 

kağızların  bir  növünə  aid  olan  və  eyni  dövlət  qeydiyyat  nömrəsi  olan  qiymətli 

kağızlarının  toplusudur.  İnvestisiya  qiymətli  kağızları  sənədsiz  adlı  formada  buraxılır. 

İnvestisiya  qiymətli  kağızlarının  emissiyası  qaydası  “Qiymətli  kağızlar  bazarı  haqqında” 

Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur.

xxiv[421]

 

997.3. Veksellər ödəniş qiymətli kağızlarıdır.



xxv[422]

 

997.4.  Depozitar  qəbzi  baza  aktivi  (xarici  emitentin  qiymətli  kağızı)  üzrə  hüquqları 



təsdiqləyən  və  mülkiyyətçisinə  onu  buraxmış  emitentdən,  həmin  qəbzin  baza  aktivi  olan  xarici 

emitentin qiymətli kağızları və onlarla təsdiqlənmiş hüquqları tələb etmək hüququ verən qiymətli 

kağızdır.  Depozitar  qəbzlərinin  buraxılışı,  onların  dövlət  qeydiyyatına  alınması  və  tədavülü 

qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

xxvi[423]

 

997.5.  İnvestisiya  fond  payı  öz  mülkiyyətçisinin  paylı  investisiya  fondunda  payına 



mülkiyyət  hüquqlarını  təsdiq  edən,  paylı  investisiya  fondu  ləğv  edildikdən  sonra  fondun 

aktivlərinin  satışından  payına  müvafiq  pul  vəsaitlərini  almaq  hüququnu,  habelə  “İnvestisiya 

fondları  haqqında”  Azərbaycan  Respublikasının Qanunu ilə  nəzərdə  tutulmuş  digər  hüquqları 

verən sənədsiz adlı qiymətli kağızdır.

xxvii[424]

 

997.6.  Qiymətli  kağızın  sertifikatının  məcburi  rekvizitləri  və  onun  blankının 



hazırlanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

997.7.  Bu  Məcəllənin  və  qiymətli  kağızlar  haqqında  Azərbaycan  Respublikasının 

başqa  qanunvericilik  aktlarının  pozulmasına  görə  təqsirli  şəxslər  Azərbaycan 

Respublikasının  mülki,  inzibati  və  ya  cinayət  qanunvericiliyində  nəzərdə  tutulmuş 

hallarda və qaydada məsuliyyət daşıyırlar. 

997.8. Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin 

pozulması nəticəsində vurulmuş ziyan bu Məcəllə və “Qiymətli kağızlar bazarı haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanunu 

ilə 


nəzərdə 

tutulmuş 

qaydada 

ödənilməlidir.



xxviii[425]

 



997.9.  Qiymətli  kağızlar  bazarında  dövlət  nəzarətini  həyata  keçirən  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən qiymətli kağızlar bazarının iştirakçıları barəsində inzibati 

tənbeh,  müvafiq  lisenziyanın  dayandırılması,  ləğv  edilməsi,  qiymətli  kağızlarla 

əməliyyatların  məhdudlaşdırılması,  dayandırılması  və  qanunvericiliklə  onun 

səlahiyyətlərinə  aid  edilmiş  digər  tədbirlərin  tətbiq  edilməsindən  inzibati  qaydada  və 

(və ya) məhkəmə qaydasında şikayət verilə bilər. Belə şikayətin verilməsi məhkəmənin 

qərarının çıxarılmasına qədər tətbiq olunmuş tədbirin qüvvəsini dayandırmır.

xxix[426]

 

  

Maddə 997-1. Dövlət və bələdiyyə qiymətli kağızları

xxx[427]


 

  

997-1.1.  Dövlət  qiymətli  kağızları  müvafiq  icra  hakimiyyəti  orqanı  və  müvafiq 

qaydada  buna  səlahiyyətləndirilmiş  dövlət  orqanı  tərəfindən  buraxılan  qiymətli 

kağızlardır. 

997-1.2.  Bələdiyyə  qiymətli  kağızları  bələdiyyə  tərəfindən  qanunvericiliklə 

müəyyən edilmiş qaydada buraxılan qiymətli kağızlardır. 



  

§ 2. Order

xxxi[428]

 

  



Maddə 998. Order anlayışı 

  

998.1.  Order  elə  bir  sənəddir  ki,  onun  əsasında  bir  şəxs  (çıxarıcı)  başqa  şəxsə 



(ödəyiciyə) çıxarıcının hesabına remitentə pul, qiymətli kağızlar və ya digər əvəzolunan 

əşyalar  verməyi  tapşırır.  Order  remitentin  adına,adsız  və  ya  əmrə  dair  qeyd-şərtlə 

verilə bilər. Əgər order "veksel" və ya "çek" kimi göstərilirsə, onda, birinci növbədə, bu 

Məcəllənin veksellər və ya çeklər haqqında müddəaları tətbiq edilir.  

998.2.  Orderi  almaqla  remitent  ödəyicidən  öhdəliyin  icrasını  öz  adından  tələb 

etmək hüququ qazanır. 

998.3. Ödəyici remitent barəsində öhdəliyi icra etməlidir.  

  

Maddə 999. Orderin ödəyici tərəfindən aksept edilməsi 

  



999.1.  Ödəyici  remitentə  icranı  yalnız  onun  orderi  aksept  etdiyi  halda  həyata 

keçirməlidir.  Lakin  əgər  ödəyici  çıxarıcının  borclusudursa,  ödəyici  icranı  aksept 

edilmədən də həyata keçirməlidir. 

999.2. Aksept etmə icradan əvvəl və ya icra zamanı bəyan oluna bilər. Əgər aksept 

etmə  icradan  əvvəl  elan  olunursa,  ödəyici  orderdə  aksept  haqqında  qeyd  yazır.  Əgər 

orderdə  qeyd  onun  remitentə  təqdim  edilməsinədək  yazılmışdırsa,  remitent  üçün 

aksept ancaq təqdim edilmə anından qüvvəyə malikdir.  

999.3.  Order  ödəyici  üçün  aksept  edildikdə  icranı  remitentə  həyata  keçirmək 

barəsində  birbaşa  öhdəlik  əmələ  gəlir.  Order  aksept  edildikdən  sonra  o,  remitentə 

yalnız akseptin etibarlığına aid olan və ya orderin, yaxud akseptin məzmunundan irəli 

gələn etirazlarını bildirə bilər.  

  

Maddə 1000. Aksept etməkdən və ya ödənişdən imtina 

  

Əgər  ödəniş  müddəti  çatanadək  ödəyici  orderi  aksept  etməkdən  və  ya  ödənişi 



həyata  keçirməkdən  imtina  edirsə,  remitent  bu  barədə  çıxarıcıya  dərhal  bildiriş 

verməlidir.  Remitent  orderdən  irəli  gələn  hüququnu  həyata  keçirə  bilmədikdə  və  ya 

həyata keçirmək niyyətində olmadıqda da eyni qayda tətbiq olunur. 

  

Maddə 1001. Çıxarıcının remitentlə münasibətləri 

  

1001.1.  Əgər  ödəyicinin  icranı  həyata  keçirməsi  ilə  çıxarıcının  borcu 



ödənilməlidirsə,  ödəniş  yalnız  ödəyici  tərəfindən  orderin  remitentə  icrasından  sonra 

yerinə yetirilmiş sayılır.  

1001.2. Remitent orderi qəbul edərək, çıxarıcıya qarşı öz tələb hüququnu yalnız o 

halda  həyata  keçirə  bilər  ki,  ödəyicidən  ödənişin  icrasını  tələb  etsin  və  onu  orderdə 

nəzərdə tutulan müddət qurtardıqdan sonra almasın.  

1001.3.  Order  ona  dəlalət  edir  ki,  başlıca  əqd  üzrə  ixtiyarlının  çıxarıcıya  qarşı 

müvafiq tələbi vardır.  

  

Maddə 1002. Orderin geri götürülməsi 

  



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə