1076-3.9. Girovla təmin edilmiş istiqrazların
mülkiyyətçiləri bu Məcəllənin 1076-3.7-
ci bəndində göstərilmiş tələbləri, öhdəliyin icra müddətinin bitdiyi gündən sonra
qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vermək hüququna malikdir.
lvii[454]
Maddə 1076-4. Qarantiya ilə təmin edilmiş istiqrazlar
1076-4.1. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən
qarantiya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir.
1076-4.2. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən
qarantiya bu istiqrazlar üzrə öhdəliklər tam icra edilənədək geri çağırıla bilməz.
1076-4.3. Qarantiya, emitent tərəfindən istiqrazlar üzrə öhdəliklər tam şəkildə icra
olunanadək, sərəncamçıda saxlanılır.
Maddə 1076-5. Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar
Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazların buraxılması qaydası
müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 1076-6. İpoteka istiqrazları
lviii[455]
1076-6.1. İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır.
1076-6.2. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir.
1076-6.3. Əsas aktivlər qismində yaşayış sahəsinin alınması üçün verilmiş və həmin,
yaxud digər yaşayış sahəsinin ipotekası ilə təmin olunmuş kreditlərlə (ipoteka kreditləri) bağlı
emitentin tələb hüquqları çıxış edir.
1076-6.4. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla
aşağıdakı tərkibdə ola bilər:
1076-6.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları;