Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

1076-1.2.  Təmin  edilmiş  istiqrazlar  üzrə  hüquqların  keçməsi  ilə  təminat  üzrə 

hüquqlar  da  keçmiş  hesab  olunur.  İstiqrazlar  üzrə  hüquqların  keçməsi  ilə  müşayiət 

olunmayan təminat üzrə hüquqların keçməsi etibarsızdır. 

1076-1.3.  Təmin  edilmiş  istiqrazlar  üzrə  təminat  haqqında  məlumat  istiqrazların 

emissiyası haqqında qərarda və emissiya prospektində əks etdirilməlidir. 

1076-1.4.  Təmin  edilmiş  istiqrazlar  üzrə  təminat  üçüncü  şəxs  tərəfindən  təqdim 

edildikdə  həmin  şəxs  istiqrazların  emissiyası  haqqında  qərarı  imzalamalıdır.  Təminatı 

təqdim etmiş şəxs  hüquqi şəxs olduqda  istiqrazların emissiyası  haqqında qərar həmin 

hüquqi  şəxsin  təkbaşına  icra  orqanı  və  ya  kollegial  icra  orqanının  bütün  üzvləri  tərəfindən 

imzalanır və möhürlə təsdiq edilir.



xlvii[444]

 

1076-1.5.  Təmin  edilmiş  istiqrazlar  üzrə  təminatın  dəyəri  istiqrazların  ümumi 



nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır. 

1076-1.6. Təmin edilmiş istiqrazlar üzrə, emitent öhdəliklərini  istənilən səbəbdən, 

o  cümlədən  müflisləşmə  nəticəsində  icra  etmədiyi  halda  investorlar  təminatın 

predmetini  həmin  emitentin  digər  kreditorlarına  nisbətən  üstün  qaydada  əldə  etmək 

hüququna malikdirlər.

xlviii[445]

 

  



Maddə 1076-2. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı

xlix[446]

 

  



1076-2.1.  Təmin  edilmiş  istiqrazlar  üzrə  təminatın  sərəncamçısı  həmin  təminatın 

qanunvericiliyin  və  emissiya  prospektinin  tələblərinə  cavab  verməsinə  nəzarət  məqsədi  ilə 

istiqrazların mülkiyyətçilərinin xeyrinə öz adından təminatı girov saxlayan qismində çıxış edən 

investisiya  şirkəti,  mərkəzi  depozitar  və  ya  bankdır.  Emitentlə  sərəncamçı  arasında  qarşılıqlı 

asılılıq olmamalıdır. 

1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında 

müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir. 

1076-2.3.  Sərəncamçı  qanunvericiliyin  və  emissiya  prospektinin  tələblərinə  uyğun 

olmayan hərəkət və ya hərəkətsizliyə yol verdikdə və ya bu Məcəllədə sərəncamçıya dair müəyyən 

edilmiş  tələblərə  cavab  vermədikdə,  emitent  müvafiq  icra  hakimiyyəti  orqanının  tələbi  ilə 

sərəncamçını digər şəxslə əvəz etməlidir. 

1076-2.4.  Sərəncamçı  öz  hüquq  və  vəzifələrini  həyata  keçirərkən  hər  hansı  hərəkəti  və  ya 

hərəkətsizliyi nəticəsində yaranmış zərər üçün məsuliyyət daşımır, bu şərtlə ki, həmin hərəkətin 

və ya hərəkətsizliyin qanunsuz və ya vicdansız hərəkətlərin nəticəsi olduğu sübut edilməsin. 

  


Maddə 1076-3. Girovla təmin edilmiş istiqrazlar 

  

1076-3.1.  Girovla  təmin  edilmiş  istiqrazlar  üzrə  girov  predmeti  investisiya  qiymətli 



kağızları, daşınmaz əmlak sertifikatları, daşınmaz və rəsmi reyestrdə üzərində mülkiyyət hüququ 

qeydə  alınan  daşınar  əşyalar,  habelə  bu  Məcəllənin  1076-6-cı  maddəsi  ilə  müəyyən  edilmiş 

ipoteka örtüyü ola bilər.

l[447]

 

1076-3.2.  Girovla  təmin  edilmiş  istiqrazların  bir  buraxılışının  daxilində  hər  bir 



istiqraz mülkiyyətçisi girov qoyulmuş əmlaka münasibətdə həmin buraxılışda olan digər 

istiqrazların bütün başqa mülkiyyətçiləri ilə bərabər hüquqlara malikdir.



li[448]

 

1076-3.3.  Girovla  təmin  edilmiş  istiqrazlar  üzrə  əmlakın  girov  qoyulması 



qanunvericilikdə  girov  üçün  nəzərdə  tutulmuş  prosedurlara  müvafiq  surətdə  həyata 

keçirilir. 

1076-3.4.  Girovla  təmin  edilmiş  istiqrazlar  üzrə  girovun  predmeti  olan  qiymətli 

kağızlar  qiymətli  kağızlar  haqqında  qanunvericiliyə  müvafiq  surətdə  depozitarda 

deponentləşdirilərək öhdəliklərlə yüklənməlidir.

lii[449]

 

1076-3.5. Girovla təmin edilmiş istiqrazlar dövlət qeydiyyatına alınmazdan əvvəl girovun 



predmeti olan qiymətli kağızlar (adsız qiymətli kağızlar daxil olmaqla) “Qiymətli kağızlar bazarı 

haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  müvafiq  surətdə  depozitar  sistemində 

deponentləşdirilərək onların girovu qeydiyyata alınır.

liii[450]

 

1076-3.6.  Girov  predmetini  təşkil  edən  qiymətli  kağızlar  üzrə  hüquqlar 



məhdudlaşdırıldıqdan  sonra,  girov  qoyan  sərəncamçıya  bu  barədə  rəsmi  məlumat 

verir.


liv[451]

 

1076-3.7. Girovla təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin emitent tərəfindən icra 



edilmədiyi  və  ya  lazımınca  icra  edilmədiyi  halda,  girov  predmeti  olan  əmlaka  bu 

istiqrazların  hər  hansı  mülkiyyətçisinin  sərəncamçıya  ünvanlanmış  yazılı  tələbi  ilə, 

sərəncamçı  tərəfindən  qanunvericiliyə  müvafiq  surətdə  tutma  yönəldilə  bilər. 

Sərəncamçı  istiqraz  mülkiyyətçisinin  yazılı  tələbində  qeyd  olunmuş  istiqrazlar  üzrə 

öhdəliklərin  emitent  tərəfindən  icra  edilməməsi  və  ya  lazımınca  icra  edilməməsi 

faktlarını  araşdırır  və  yalnız  bu  faktlar  təsdiq  olunduqda  girov  predmetinə  tutma 

yönəldir.

lv[452]

 

1076-3.8. Girov qoyulmuş əmlakın satılmasından əldə edilmiş vəsait girovla təmin 



edilmiş  istiqrazların  mülkiyyətçiləri  olan  şəxslərə  verilir.  Girov  qoyulmuş  əmlakın 

satılmasından əldə edilmiş vəsaitin məbləği istiqrazlar üzrə icra edilməmiş öhdəliklərin 

məbləğindən çox olduqda, bu fərq öhdəliklər tam şəkildə ödənildikdən sonra emitentə 

qaytarılır.



lvi[453]

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə