Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə9/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   ...   5   6   7   8   9   10   11   12   ...   162

M a d d  ə  5 0 .  Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması 
Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda ‐
pirat  nüsxələr,  həmçinin  pirat  nüsxələrin  surətinin  çıxarılması  (istehsalı)  üçün  istifadə 
edilmiş  material  və  avadanlıqlar  müsadirə  edilməklə  on  beş  manatdan  qırx  manatadək 
miqdarda cərimə edilir.
51 
Qeyd:  Bu 
Məcəllənin  50,  50‐1  ,50‐2‐ci  və  50‐3‐cü  maddələrində
 ʺaz  miqdarda  ziyan  vurduqdaʺ  dedikdə, 
min manatadək olan məbləğ başa düşülür. 
52 
M a d d  ə 
5 0  ‐ 1 .  İnteqral  sxem  topologiyasından  istifadəyə  müstəsna  hüququn 
pozulması 
53 
Müəllifin  və  ya  digər  hüquq  sahibinin  icazəsi  olmadan  inteqral  sxem  topologiyasının 
orijinal  olmayan  hissəsinin  çıxarılması  istisna  olmaqla,  bütövlükdə,  yaxud  onun  hər  hansı  bir 
hissəsinin  inteqral  sxemə  daxil  edilməsi  yolu  ilə  və  ya  sürətinin  başqa  şəkildə  cıxarılması, 
habelə  topologiyanın  və  ya  həmin  topologiyadan  ibarət  inteqral  sxemin  tətbiq  edilməsi, 
gətirilməsi,  satış  üçün  təklif  edilməsi,  satılması,  yaxud  başqa  formada  təsərrüfat  dövriyyəsinə 
daxil edilməsinə görə, bu az miqdarda ziyan vurduqda – 
iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
54 
M a d d ə  5 0‐2. Folklor nümunələrindən istifadə tələblərinin pozulması 
55 
Folklor  nümunələrindən  istifadə  tələblərinin  pozulmasına  görə,  bu,  az  miqdarda  ziyan 
vurduqda  ‐ folklor  nümunələrinin  istifadəsinə  qoyulan  tələblərin  pozulması  ilə  istehsal 
olunmuş  və  ya  yayılmış  folklor  obyekti  nüsxələri  (pirat  nüsxələr)  müsadirə  edilməklə  fiziki 
şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli  şəxslər  otuz  manatdan  əlli 
manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli  manatadək  miqdarda  cərimə 
edilir.
56 
Maddə 50‐3. Məlumat toplularından qeyri‐qanuni istifadə edilməsi 
57 
Məlumat  toplularından  qeyri‐qanuni  istifadə  edilməsinə  görə,  bu,  az  miqdarda  ziyan 
vurduqda – 
məlumat  toplusunun  pirat  nüsxələri,  həmçinin  pirat  nüsxələrin  surətçıxarılması  üçün 
istifadə edilmiş material və avadanlıqlar, eləcə də hüquq pozuntularına səbəb olan digər alətlər 
müsadirə  edilməklə  fiziki  şəxslər  on  beş  manatdan  iyirmi  beş  manatadək  miqdarda,  vəzifəli 
şəxslər  otuz  manatdan  əlli  manatadək  miqdarda,  hüquqi  şəxslər  yüz  manatdan  yüz  əlli 
manatadək miqdarda cərimə edilir.
58 
M a d d  ə  5 1 .   Uşaqların  tərbiyə  və  təlimi  vəzifələrinin  valideynlər və  ya  onları  əvəz 
edən şəxslər tərəfindən yerinə yetirilməməsi 
Yetkinlik yaşına çatmayan uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları 
əvəz  edən  şəxslər tərəfindən  yerinə  yetirilməməsinə  və  ya  lazımınca  yerinə  yetirilməməsinə 
görə ‐
xəbərdarlıq edilir və ya iyirmi manatdan qırx manatadək miqdarda cərimə edilir.
59 
M a d d  ə  5 2 .  Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma 
Yetkinlik yaşına çatmış şəxslərin  əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və 
onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə ‐


xəbərdarlıq edilir və ya otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
60 
M a d d ə 52‐1. Əmək pensiyaları haqqında qanunvericiliyin pozulması 
61 
52‐1.1. Əmək pensiyasını təyin edən orqan tərəfindən əmək pensiyasının ödənilməsi barədə 
qərarın  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  qəbul  edilməməsinə,  əmək  pensiyasının 
təyin  olunmasından  imtina  edilməsi  barədə  qərarda  pensiya  təyin  olunmasından  imtinanın 
səbəblərinin  göstərilməməsinə  və  əmək  pensiyasının  təyin  olunmasından  imtina  edilməsi 
barədə 
qərarın 
qanun‐vericiliklə 
müəyyən 
olunmuş 
müddətdə 
müraciət 
edənə 
göndərilməməsinə görə‐
vəzifəli şəxslər otuz beş manatdan səksən manatadək miqdarda cərimə edilir.
62 
52‐1.2. Əmək pensiyaçısı və işəgötürən tərəfindən əmək pensiyasının və əmək pensiyasına 
əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayan‐dınlmasına səbəb olan hallar barədə 
məlumatın əmək pensiyasını təyin edən orqana verilməməsinə görə ‐
otuz manatdan qırx manatadək miqdarda cərimə edilir.
63 
Maddə 53. Əmək qanunvericiliyinin pozulması 
53.1.  Azərbaycan  Respublikasının  Əmək Məcəlləsində  nəzərdə  tutulmuş  qaydada  əmək 
müqaviləsini  (kontraktı)  bağlamadan  işəgötürənlər tərəfindən  fiziki  şəxsin  hər  hansı  işin 
(xidmətin) yerinə yetirilməsinə cəlb edilməsinə görə ‐
vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min 
manatdan iyirmi beş min manatadək miqdarda çərimə edilir.
64 
53.2. Mülkiyyət və təşkilati‐hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və 
ya  təşkilatların  işəgötürənləri  tərəfindən işçilərin  və  iş  yerlərinin  attestasiyasının  keçirilməsi 
qaydalarının pozulmasına görə ‐
yeddi yüz manatdan min iki yüz manatadək miqdarda çərimə edilir.
65 
53.3.  İşçiyə  qanunvericiliklə  müəyyən  edilmiş  minimum  əmək  haqqından  aşağı məbləğdə 
əmək haqqı verilməsinə görə ‐
vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.
66 
53.4.  İşçinin  əmək və  məzuniyyət  haqlarının  hesablanmasında  və  ödənilməsində  riyazi 
hesablamalar  nəticəsində  yol  verilən  nöqsanlar  istisna  olmaqla,  qanun  pozuntularına  yol 
verilməsinə görə ‐
vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda çərimə edilir.
67 
53.5.  İşçinin  məzuniyyət  hüquqlarının  pozulmasına,  işçiyə  əmək məzuniyyətinin 
verilməməsinə,  habelə  istifadə  edilməmiş  əmək məzuniyyətinə  görə  müəyyən  edilmiş 
kompensasiyanın ödənilməməsinə görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.
68 
53.6.  İşçinin  əmək  müqaviləsinə  əmək  qanunvericiliyinin  tələbləri  pozularaq  xitam 
verilməsinə görə ‐
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda çərimə edilir.
69 
53.7.  İşəgötürən tərəfindən  əmək  qanunvericiliyində  müəyyən  edilmiş  müddətdə  işçiyə 
əmək kitabçasının açılmamasına görə ‐
vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda çərimə edilir.
70 
53.8.  İşəgötürən tərəfindən  qanunvericiliyin  tələbləri  pozulmaqla  fərdi  icazə  alınmadan 
əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə ‐
otuz min manatdan otuz beş min manatadək miqdarda çərimə edilir. 
71 
53.9. İşəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə ‐


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə