Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi


AZƏRBAYCAN RESPUBLİKASININ



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə2/162
tarix15.04.2018
ölçüsü5,05 Kb.
#38528
1   2   3   4   5   6   7   8   9   ...   162

AZƏRBAYCAN RESPUBLİKASININ
 İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ 
1 
ÜMUMİ HİSSƏ 
I BÖLMƏ 
ÜMUMİ MÜDDƏALAR 
B i r i n c i   f ə s i l  
AZƏRBAYCAN RESPUBLİKASININ İNZIBATİ XƏTALAR QANUNVERİCİLİYİ, ONUN  
VƏZİFƏLƏRİ VƏ PRİNSİPLƏRİ 
M a d d  ə  1 .  Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi 
1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir. 
1.2.  Bu  Məcəllə  Azərbaycan  Respublikasının  Konstitusiyasına,  hamılıqla  qəbul  edilmiş 
beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. 
1.3.  İnzibati  məsuliyyət  müəyyən  edən və  inzibati  xətalar  törətmiş  şəxsin  tənbeh 
edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. 
M a d d  ə 
2 .   Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin 
vəzifələri 
Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin  vəzifələri  insan  və 
vətəndaş  hüquqlarını  və  azadlıqlarını,  onların  sağlamlığını,  əhalinin  sanitariya‐epidemioloji 
salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və 
ictimai  təhlükəsizliyi,  ətraf  mühiti,  idarəçilik  qaydalarını  qorumaqdan,  qanunçuluğu 
möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 
M a d d  ə  3 .  İnzibati məsuliyyətin əsasları 
Yalnız  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  inzibati  xətaların  törədilməsində  təqsirli  hesab 
edilən və  inzibati  xəta  tərkibinin  bütün  digər  əlamətlərini  daşıyan  əməli  (hərəkət və  ya 
hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 
M a d d  ə 
4 .   Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin 
prinsipləri 
Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, 
qanun  qarşısında  bərabərlik,  təqsirsizlik  prezumpsiyası,  ədalətlilik  və  inzibati  xətaların 
qarşısının alınması prinsiplərinə əsaslanır. 
M a d d  ə  5 .  İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi 
5.1.  İnsan  və  vətəndaş  hüquqları  və  azadlıqları  ali  dəyərə  malikdir.  Bu  hüquqların  və 
azadlıqların  pozulmasına  yol  verən  bütün  dövlət  orqanları  (vəzifəli  şəxslər)  Azərbaycan 
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 
5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli 
şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. 


5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən 
insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkət edilməsinə yol verilmir. 
M a d d  ə  6 .  Qanunçuluq_prinsipi'>Qanunçuluq prinsipi 
6.1. İnzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 
6.2. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən 
qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti 
ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. 
6.3.  Azərbaycan  Respublikasının  inzibati  xətalar  qanunvericiliyinin  analogiya  üzrə 
tətbiqinə yol verilmir. 
M a d d  ə  7 .  Qanun qarşısında bərabərlik prinsipi 
7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, 
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı 
olmayaraq qanun qarşısında bərabərdirlər və inzibati məsuliyyətə cəlb olunurlar. Bu maddədə 
nəzərdə  tutulmuş  əsaslara  görə  heç  kəs  inzibati  məsuliyyətə  cəlb  oluna  və  inzibati 
məsuliyyətdən  azad  oluna,  yaxud  heç  kəsə  inzibati  tənbeh  tətbiq  oluna  və  ya  daha  yüngül 
inzibati tənbeh tətbiq edilə bilməz.
2 
7.2.  Hüquqi  şəxslər  mülkiyyət  formasından,  olduqları  yerdən,  təşkilati‐hüquqi 
formalarından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb olunurlar. 
M a d d  ə  8 .  Təqsirsizlik prezumpsiyası prinsipi 
8.1.  Barəsində  inzibati  xəta  haqqında  iş  üzrə  icraat  aparılan  şəxsin  təqsiri  bu  Məcəllə  ilə 
nəzərdə  tutulmuş  qaydada  sübuta  yetmədikdə  və  bu,  inzibati  xəta  haqqında  iş  üzrə  icraata 
baxmış  hakimin,  səlahiyyətli  orqanın  (vəzifəli  şəxsin)  qüvvəyə  minmiş  qərarı  ilə  müəyyən 
edilmədikdə o, təqsiri olmayan hesab edilir. 
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun 
xeyrinə həll olunur. 
M a d d  ə  9 .  Ədalətlilik prinsipi 
9.1.  İnzibati  xəta  törətmiş  şəxs  haqqında  tətbiq  edilən tənbeh  ədalətli  olmalıdır,  yəni 
inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 
9.2. Bir inzibati xətaya görə heç kəs iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. 
M a d d  ə  1 0 .  İnzibati xətaların qarşısının alınması prinsipi 
Dövlət və ya yerli özünüidarəetmə orqanları inzibati xətaların qarşısının alınması, inzibati 
xətaların  törədilməsinə  kömək  edən səbəblərin  və  şəraitin  aşkar  edilməsi  və  aradan 
qaldırılması,  vətəndaşların  hüquq  şüurunun  və  mədəniyyətinin  yüksəldilməsi  və  Azərbaycan 
Respublikasının  qanunlarına  ciddi  əməl  etmək  ruhunda  tərbiyə  olunması  sahəsində  tədbirlər 
hazırlayırlar və həyata keçirirlər. 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə