25
CQBK sisteminin genişləndirilməsi (CQBKG)
CQBKG Şahdəniz yatağının tammiqyaslı işlənməsinin əsas tərkib hissəsidir. Genişləndirmə
Azərbaycan və Gürcüstan ərazilərindən keçəcək yeni 48 düym diametr ölçüsündə olan boru kəmərinin
və həmçinin Gürcüstan ərazisində 2 ədəd yeni kompressor stansiyalarının inşasını əhatə edir.Yeni
borunun uzunluğu:
-
Azərbaycan ərazisində – 424 km;
-
Gürcüstan ərazisində – 61 km;
-
TANAP ara bağlantısında – 2 km;
Genişləndirmə nəticəsində boru kəmərinin ötürmə qabiliyyəti əlavə 16 milyard m
3
artırılaraq ümumi
23.4 milyard m
3
səviyyəsinə çatdırılacaq və beləliklə ümumi qaz nəqli həcmi 3 dəfə artacaqdır. Boru
kəməri Gürcüstan-Türkiyə sərhədində TANAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Türkiyə
vasitəsilə Avropaya çatdırılmasına xidmət edəcəkdir.
Layihənin 2016-cı ilin əvvəlinə olan inkişafını nəzərə alaraq 2014-2020-ci illər üzrə kapital xərclərin
inflyasiya nəzərə alınmaqla 4.9 milyard ABŞ dolları olacağı gözlənilir (CQBKG layihəsinin 17 dekabr
2013-cü il tarixində olan Yekun İnvestisiya Qərarı zamanı təsdiqlənmiş büdcəsi 5.3 milyard ABŞ dolları
təşkil etmişdir); 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə
alınmaqla təxminən 1.1 milyard ABŞ dolları təşkil edir. Bu məbləğə 6.67% pay üzrə alqı-satqı qiyməti,
10% payın alınması üzrə ilkin qiymət, 6.67% pay üzrə maliyyələşdirmə və 10% pay üzrə genişləndirmə
xərcləri daxildir.
CQBK-nin genişləndirilməsi üzrə 50%-də artıq hissəsi yerinə yetirilmişdir.
Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrdə hazirki pay bölgüsü: BP – 28.8%, SOCAR (SGC
Upstream ilə birlikdə) – 16.67%, TPAO – 19%, Petronas – 15.5%, Lukoil – 10% NİCO – 10%.
Trans-Anadolu Boru Kəməri
Azərbaycan və Türkiyə Respublikaları arasında “Anlaşma Memorandumu” 24 dekabr 2011-ci il
tarixində imzalanmışdır. Azərbaycan və Türkiyə Respublikaları arasında “HGA – Tranzit Ərazisinə
Malik Ölkənin Hökuməti ilə Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmışdır və hər iki dövlətin
müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur. TANAP-ın inşaatı Cənub Qaz
Dəhlizinin əsas tərkib hissələrindən biridir.
-
Borunun uzunluğu: 1,802 km;
-
Borunun Diametri:
-
Gürcüstan/Türkiyə sərhədi – Eskişehir (1,334 km) – 56 düym
-
Eskişehir-Türkiyə/Yunanıstan sərhədi (450 km) – 48 düym
-
Çanaqqala Boğazı (18 km) – 2 x 36 düym;
-
Borunun fəaliyyətə keçmə tarixi: 2018-ci il;
-
İlkin daşıma qabiliyyəti: illik 16 milyard m
3
(illik 31 milyard m
3
-ə kimi artırıla bilər);
26
Gürcüstan-Türkiyə sərhədində CQBK sisteminə birləşərək başlayan TANAP Türkiyə-Yunanıstan
sərhədində TAP sisteminə qoşulacaqdır ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət
edəcəkdir.TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər
qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi
dəyərə sahibdir.
2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9.2 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər
üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6.1 milyard ABŞ dolları
təşkil edir. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın
BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58%+5% payın maliyyələşdirməsi daxildir.
Layihənin ümumi inkişafı 2016-cı ilin yanvar ayının sonuna 18% təşkil etmişdir.
Hazırki pay bölgüsü: SOCAR-58%; BOTAŞ-30%; BP-12%.
Trans-Adriatik Boru Kəməri
TAP layihəsi Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə
strateji məqsədlərində əsas rolu oynayır.Təbii qazın Azərbaycan Respublikasından Avropa bazarlarına
ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.TAP layihəsi üzrə Albaniya, İtaliya və
Yunanıstan Respublikaları arasında “Hökumətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanmışdır;
-
Borunun uzunluğu: 878 km;
-
Yunanıstan – 550 km;
-
Albaniya – 215 km;
-
Adriatik dənizi – 105 km;
-
İtaliya – 8 km;
-
Borunun diametri: 48 düym (sualtı – 36 düym);
-
Borunun fəaliyyətə başlama tarixi: 2020-ci ilin yanvar ayı;
-
İlkin daşıma qabiliyyəti: illik 10 milyard m
3
(illik 20 milyard m
3
-ə kimi artırıla bilər).
2016-ci ilin qiymətləri ilə ümumi kapital xərcləri 5.8 milyard ABŞ dolları təşkil edir. 2014-2020-ci illər
üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 1.2 milyard ABŞ dolları
təşkil edir. Bu məbləğə 20% pay üzrə alqı-satqı qiyməti və 20% payın maliyyələşdirməsi daxildir.
Layihə üzrə hazırki pay bölgüsü: SGC – 20%, BP – 20%, Snam S.p.A. – 20%, Fluxys – 19%, Enagás –
16% və Axpo – 5%.
17 mart tarixində Cənub Qaz Dəhlizi QSC tərəfindən 1 milyard ABŞ dolları məbləğində 10 illik, kupon
faizi 6.875% olaraq, dövlət zəmanətli avrobond istiqrazları emissiya edilmişdir.
Təqdim olunmuş yeni məhsul və ya xidmətlər barədə məlumat, onların inkişaf statusu;
Hal-hazırda SOCAR tərəfindən bazara yeni məhsul və xidmətlər təklif olunmur.
Emitentin rəqabət apardığı əsas bazarların təsviri;