Azərbaycan Respublikasında ali təhsilin yeniləşməsi uğrunda: təhsil islahatlarına dəstək



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə49/55
tarix14.09.2018
ölçüsü1,13 Mb.
#68175
1   ...   45   46   47   48   49   50   51   52   ...   55

 
152
Respublikasının  Dövlət  gerbinin  təsviri  olan  və  magistr 
diplomunun  nümunəsinə  uyğun  hazırlanmış  qoruyucu  nişanlı 
xüsusi  kağız  yapışdırılır.  Diplomun  sağ  səhifəsinin  yuxarı 
hissəsində  qara  rənglə  "AZƏRBAYCAN  RESPUBLĐKASI"  və 
"MAGĐSTR  DĐPLOMU"  sözləri,  sol  səhifənin  yuxarı  hissəsində 
"MAGĐSTR  DĐPLOMU  ALĐ  TƏHSĐL  HAQQINDA  DÖVLƏT 
SƏNƏDĐDĐR"  sözləri,  diplomun  seriyası  və  nömrəsi  yazılır,  sol 
aşağı  kənarında  isə  möhür  yeri  və  diplomun  verilməsinə  məsul 
olan  şəxslərin  imzası  üçün  yer  saxlanılır.  Daha  sonra  səhifələrdə 
mətn  magistr  diplomunun  nümunəsində  göstərilən  formada 
yerləşdirilir (3 nömrəli əlavə). 
2.8.  Magistratura  səviyyəsini  fərqlənmə  ilə  bitirənlər  üçün 
sağ  səhifənin  yuxarı  hissəsində  yazılan  "MAGĐSTR  DĐPLOMU" 
sözlərinin  altında  qırmızı  rənglə  "Fərqlənmə"  sözü  yazılır  (4 
nömrəli əlavə). 
2.9. Nömrələnmə AM №000001-dən başlayaraq, hər dəfə bir 
say  artırmaqla  aparılır.  Altırəqəmli  nömrələnmə  son  həddə 
çatdıqdan  sonra  №  işarəsindən  əvvəlki  birinci  hərf  Azərbaycan 
əlifbasının  ardıcıllığı  ilə  yeni  hərflə  əvəz  edilir  və  nömrələnmə 
yenidən aparılır. 
2.10.  Magistratura  səviyyəsinin  məzunlarına  nümunədə 
göstərilən formada diploma əlavə verilir (3 və 4 nömrəli əlavələr). 
Diploma  əlavə  qoruyucu  nişanlı  xüsusi  kağızda  çap  edilir. 
Diploma 
əlavənin 
birinci 
səhifəsinin 
yuxarı 
hissəsində 
Azərbaycan 
Respublikasının 
Dövlət 
gerbi 
həkk 
olunur, 
"MAGĐSTR  DĐPLOMUNA  ƏLAVƏ  (diplomsuz  etibarsızdır)" 
sözləri, əlavənin seriyası və nömrəsi yazılır, sonuncu səhifənin sol 
tərəfində  möhür  yeri  saxlanılır.  Daha  sonra  səhifələrdə  mətn 
əlavənin nümunəsində göstərilən formada yerləşdirilir. 
2.11. Diplom və diploma əlavə Azərbaycan Respublikasının 
dövlət dilində tərtib edilir. Diplom və diploma əlavə dövlət dili ilə 
yanaşı, məzunun yazılı müraciəti ilə ingilis dilində də tərtib edilə 
bilər. 
  


 
153
3. Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının 
hazırlanması, saxlanılması və doldurulması 
 3.1.  Ali  təhsil  pilləsinin  bakalavr  və  magistr  diplomlarının 
(bundan sonra - diplom) nümunələri Azərbaycan Respublikasının 
Nazirlər  Kabineti  tərəfindən  təsdiq  edilir  və  Azərbaycan 
Respublikası Təhsil Nazirliyinin sifarişi (ali təhsil müəssisələrinin 
ehtiyacları nəzərə alınmaqla) əsasında çap etdirilir. 
3.2. 
Diplom 
blankları 
tabeliyindən 
və 
mülkiyyət 
formasından  asılı  olmayaraq,  mövcud  qanunvericiliyə  uyğun 
fəaliyyət  göstərən  bütün  ali  təhsil  müəssisələrinə  (məzunların 
sayına  görə)  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi 
tərəfindən verilir. 
3.3.  Diplom  blankları  Azərbaycan  Respublikasının  Təhsil 
Nazirliyində  və  ali  təhsil  müəssisələrində  ciddi  hesabat  sənədləri 
kimi saxlanılır. 
3.4.  Diplomun  müəyyən  edilmiş  qaydalar  üzrə  alınması, 
qeydiyyatı, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün 
ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıyırlar. 
Ali  təhsil  müəssisələrində  diplomun  alınması,  qeydiyyatı, 
saxlanılması,  uçotunun  aparılması  üçün  ali  təhsil  müəssisəsinin 
rəhbəri tərəfindən məsul şəxs təyin edilir. 
3.5.  Diplom  blanklarının  alınması  və  istifadəsi  barədə 
məlumatlar ali təhsil müəssisələrində saxlanılan xüsusi qeydiyyat 
kitablarında  aparılır.  Qeydiyyat  kitabı  səhifələnir,  qaytanlanır, 
surğuclanır  və  ali  təhsil  müəssisələrinin  rəhbərləri  tərəfindən 
təsdiq edilir. 
Qeydiyyat  kitabında  il  ərzində  alınmış,  istifadə  olunmuş  və 
təqvim  ilinin  əvvəlindən  qalan  diplom  blanklarının  qeydiyyatı 
aparılır. 
3.6.  Diplom  kalliqrafik  xətlə  qara  tuşla  yazılır.  Diploma 
əlavələr  kompüterdə  çap  oluna  bilər.  Diplomda  düzəlişə  və 
qaralamalara  yol  verilmir.  Diplom  blanklarının  möhür  üçün 
ayrılmış  yerində  ali  təhsil  müəssisəsinin  möhürü  vurulur.  Möhür 
aydın oxunmalıdır. 


 
154
Doldurulan  zaman  korlanmış  diplom  blankları  xüsusi  aktla 
silinir.  
3.7.  Diplomda  məzunun  soyadı,  adı,  atasının  adı  onun 
şəxsiyyətini təsdiq edən sənəd əsasında yazılır. 
3.8.  Diplomda  ali  təhsil  müəssisəsinin  adı  onun  Nizam-
naməsinə uyğun yazılır. 
3.9.  Diplomda  məzunların  təhsil  aldığı  ixtisasların  (ixtisas-
laşmaların)  adları  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti 
tərəfindən təsdiq edilmiş ixtisasların (ixtisaslaşmaların) təsnifatına 
uyğun yazılır. 
  
4. Diplomların verilməsi 
 4.1.  Diplom  məzunlara  ali  təhsil  müəssisəsini  bitirdikdən 
sonra 10 gün müddətində verilir. 
4.2.  Diplom  və  diploma  əlavə  və  ya  onların  dublikatları 
sahiblərinə şəxsən təqdim edilir. Diplomun məzuna şəxsən təqdim 
edilməsi 
mümkün 
olmadıqda, 
diplom 
məzunun 
qanuni 
nümayəndəsinə  və  ya  məzunun  adından  çıxış  edən  digər  şəxsə 
müəyyən  olunmuş  qaydada  tərtib  olunmuş  etibarnamə  əsasında 
verilir. 
4.3.  Diplomun  və  ona  əlavənin  surəti  məzunun  şəxsi  işində 
saxlanılır. 
4.4.  Ali  təhsil  müəssisəsi  ləğv  olunduğu  halda  diplom  və 
onun  əlavəsi  və  ya  onların  dublikatları  Azərbaycan  Respublikası 
Milli Arxiv Đdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası 
Təhsil  Nazirliyinin  yazılı  müraciəti  ilə  eyni  tipli  ali  təhsil 
müəssisəsi tərəfindən verilə bilər. 
Ali  təhsil  müəssisəsinin  yenidən  təşkili  hallarında  bu  və  ya 
digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi 
yenidən təşkil edilən ali təhsil müəssisəsinin hüquqi varisi olan ali 
təhsil müəssisəsi tərəfindən verilir. 
4.5.  Diplomun  verilməsinin  qeydiyyatı  ayrıca  kitabda 
aparılır, illər üzrə davam etdirilir və həmin kitab daimi olaraq ali 
təhsil müəssisəsində saxlanılır. 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə