Azərbaycan respublikasinin



Yüklə 5,64 Mb.
Pdf görüntüsü
səhifə8/258
tarix18.06.2018
ölçüsü5,64 Mb.
#49690
1   ...   4   5   6   7   8   9   10   11   ...   258

 

16

 



195.

 

“Eurovision-2012” mahnı müsabiqəsinin Bakı  şəhərində keçirilməsi haqqında Azərbaycan 



Respublikasının Prezidentinin Sərəncamı (19 may 2011-ci il, № 1512)..................................................................506 

196.      “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan 

Respublikası Prezidentinin Sərəncamı (7 iyul 2011-ci il, № 1621)..........................................................................507 

  

197.    “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq 



olunması haqqında azərbaycan respublikasi prezidentinin sərəncami (20 iyul 2011-ci il, №1644).........................517

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

17

 



 

 

B İ R İ N C İ  B Ö L M Ə 

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTİTUSİYASI VƏ AZƏRBAYCAN 

RESPUBLİKASININ MƏCƏLLƏLƏRİ 

 

1

                                

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI

 

 

(Çıxarış) 

 

*   *   *  



 

II fəsil 

 

DÖVLƏTİN ƏSASLARI 

 

M a d d ə 1 2 . Dövlətin ali məqsədi  

I.  İnsan və  vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat  

səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 

II. Bu Konstitusiyada sadalanan insan və  vətəndaş hüquqları  və azadlıqları Azərbaycan Respublikasının 

tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. 

 

M a d d ə   1 4 .   Təbii ehtiyatlar 



Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan 

Respublikasına mənsubdur. 

 

M a d d ə   1 5 .   İqtisadi inkişaf və dövlət 



I. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının 

yüksəldilməsinə xidmət edir. 

II. Azərbaycan dövləti bazar münasibətləri  əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına  şərait yaradır, 

azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir. 

 

*   *   *  



 

III fəsil 

 

ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI 

 

*   *   *  



M a d d ə   3 7 .   İstirahət hüququ 

I. Hər kəsin istirahət hüququ vardır. 

II. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət 

və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyət verilməsi təmin edilir. 

 

M a d d ə   3 9 .   Sağlam ətraf mühitdə yaşamaq hüququ 



I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. 

II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun 

sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. 

III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər 

vura bilməz. 

IV. Dövlət ekoloji tarazlığın saxlanılmasına, yabanı bitkilərin və vəhşi heyvanların qanunla müəyyən edilmiş 

növlərinin qorunmasına təminat verir. 



 

18

M a d d ə   4 0 .   Mədəniyyət hüququ 



I. Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və  mədəni sərvətlərdən istifadə etmək 

hüququ vardır. 

II. Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidə-

lərini qorumalıdır. 

 

*   *   *  



 

M a d d ə   6 9 .   Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları 

I.  Əcnəbilər və  vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan 

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının 

vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. 

II. Azərbaycan Respublikası  ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və  vətəndaşlığı 

olmayan  şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının 

qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 

 

*   *   *  



 

M a d d ə   7 7 .   Tarix və mədəniyyət abidələrinin qorunması  

Tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. 

 

M a d d ə   7 8 .   Ətraf mühitin qorunması 



Ətraf mühitin qorunması hər bir şəxsin borcudur. 

 

 

2

                           

AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ

 

(Çıxarış) 

 

* * * 



VII BÖLMƏ  

 

XARİCİ ŞƏXSLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ 

 

3 0 - c u   f ə s i l    



 

XARİCİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI, HABELƏ DİGƏR XARİCİ 

ŞƏXSLƏR ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ 

 

M a d d ə   1 9 6 .  Xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri 



Xarici dövlətlərin Azərbaycan Respublikasının  ərazisində olan diplomatik nümayəndəlikləri Azərbaycan 

Respublikasının gömrük sərhədindən malların və nəqliyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına 

riayət edilməsi şərtilə, gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə nüma-

yəndəliyin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının  ərazisinə  gətirə  və 

Azərbaycan Respublikasının  ərazisindən apara bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası 

gömrük orqanlarının müəyyən edilmiş  iş yerlərindən kənarda və ya iş vaxtından kənar vaxtda malların gömrük 

rəsmiləşdirilməsi və buna bənzər digər xidmətlər göstərilməsinə görə ödənişlər istisna edilir. 

M a d d ə   1 9 7 .  Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı  və nümayəndəliyin diplomatik 



heyətinin üzvləri üçün gömrük güzəştləri 

Xarici dövlətin diplomatik nümayəndəliyinin başçısı  və nümayəndəliyinin diplomatik heyətinin üzvləri 

həmçinin onlarla birlikdə yaşayan ailə üzvləri Azərbaycan Respublikasının gömrük sərhədindən malların və nəq-

liyyat vasitələrinin keçirilməsinin nəzərdə tutulmuş qaydasına riayət etmək  şərti ilə, gömrük rüsumlarından, 

vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə ilkin təsərrüfat ləvazimatı da daxil olmaqla, şəxsi 

istifadə üçün olan malları Azərbaycan Respublikası ərazisinə gətirə və Azərbaycan Respublikası ərazisindən apara 

bilərlər. Saxlanca görə ödənişlər və Azərbaycan Respublikası gömrük orqanlarının müəyyən edilmiş iş yerlərindən 



Yüklə 5,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə