Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   2   3   4   5   6   7   8   9   ...   18

- təhsil subyektlərinin mədəni səviyyəsinin (öyrənənlərin pedaqoji və əqli 

mədəniyyəti) inkişaf yolları və vasitələri əsasında; 

- xalqın, millətin, etnosun mədəni təhsil ənənələrinin ümumiləşdirilməsi, 

saxlanılması və dirçəldilməsi əsasında. 

Təhsil  insanların  sosiallaşma  təcrübəsi  və  nəsillərin  varisliyi  əsasında 

təzahür  edir.  Ona  görə  də  təhsil  tarixi  və  sosial  təcrübənin  yenidən  istehsalı  və 

ötürülməsi, eyni zamanda yeni yetişən gənc nəslin təfəkküründə siyasi və iqtisadi 

reallıqları,  ictimai  və  mədəni  inkişafın  yeni  oriyentirlərini  möhkəmləndirməyə  və 

inkişaf  etdir-məyə  imkan  verir.  Təsadüfi  deyildir  ki,  təhsilin  ən  mühüm  vəzifə-

lərindən  biri  gənc  nəsli  sərbəst  həyata  və  gələcəyə  hazırlamaq,  kamil  insanın, 

şəxsiyyətin  formalaşmasını  təmin  etməkdir.  Təhsilin  sosial  funksiyası  isə  bir 

tərəfdən  insan  şəxsiyyətinin  formalaşmasını  təmin  etməkdirsə,  digər  tərəfdən 

nəsilləri  aşağıdakı  parametrlərlə  xarakterizə  olunan  həyat  fəaliyyətinə 

hazırlamaqdır: 

- cəmiyyət tərəfindən qəbul olunmuş həyat tərzinin formalaşdırılması; 

-  həyat  fəaliyyətinin  müxtəlif  formalarının  (təhsil,  əmək,  ictimai-siyasi, 

peşəkar-mədəni, ailə-məişət, asudə) mənimsənilməsi

- quruculuq və yaradıcılıq üçün insanın mənəvi potensialının inkişafı. 

Müasir  yanaşmalar  əsasında  artıq  təhsilin  –  sistem,  proses,  nəticə  və  dəyər 

olduğu  müəyyənləşdirildiyindən  və  rəqabətədavamlı  insanın  for-malaşmasında 

əvəzolunmaz  əhəmiyyət  daşıdığından  onun  aşağıdakı  modellərinin  araşdırılması 

vacibdir.  

 

Təhsilin  müəssisə  (dövlət)  modeli.  Bu  halda  təhsil  sisteminə  xalq 



təsərrüfatının müxtəlif sahələrində sərbəst fəaliyyət göstərən dövlət hakimiyyətinin 

strukturu  kimi  baxılır.  Təhsilin  məzmunu,  təhsil  müəssisəsinin,  tədris  fənlərinin, 

bütövlükdə  təhsil  sisteminin  nomenklaturasının  və  onun  məqsədinin  müəyyənləş-

dirilməsi  mərkəzləşmiş  qaydada,  idarəçilik  prinsipləri  əsasında  qurulur.  Təhsil 

müəssisəsi birmənalı administrativ formada xüsusi qurumlara tabe olur və onların 

fəaliyyətinə bu qurumlar tərəfindən nəzarət edilir. Belə struktur, fəaliyyət əhalinin 

müxtəlif təbəqələrinin təhsil sahəsində tələbatını təmin etməyə imkan verir.  

 

Təhsilin  ənənəvi  modeli.  Bu  model  qabaqcadan  sistemləşdirilmiş 



akademik  təhsil  modeli  olmaqla,  gənc  nəslə  mədəniyyətin  klassik  elementlərinin 

verilməsini,  yenidən  hasil  və  ya  təkrar  istehsal  edilməsini  əsas  götürərək,  təhsil 

prosesini qurmağın xüsusi üsulu hesab edilir. Bu modelin tərəfdarları təhsilin əsas 

rolunu gənc nəslə sivilizasiyanın mədəni ənənələrinin saxlanılması və ötürülməsin-

də  görürlər.  Burada  hər  şeydən  əvvəl  həm  insanın  şəxsi  inkişafı,  həm  də  sosial 

nizamın  saxlanılması  üçün  bilik,  bacarıq  və  vərdişlərin,  yüksək  ideyalar  və 

dəyərlərin  müxtəlifliyi,  çeşidliliyi  nəzərdə  tutulur.  Ənənəvi  təhsil  modelinin 

konsepsiyasına  uyğun  təhsil  sistemi,  mədəni  təhsil  ənənələri  əsasında  baza  bilik, 

bacarıq və vərdişlərin formalaşması ilə bağlı elə məsələlərin həllinə üstünlük verir 

ki, qazanılmış bacarıqlar əsasında insan sərbəst olaraq yeni ranqda olan bilik və 

bacarıqlara yiyələnə bilsin. 

 

Təhsilin rasionalizmə əsaslanan modeli. Bu model, hər şeydən əvvəl gənc 



nəslin  mövcud  cəmiyyətin  ehtiyaclarını  ödəmək  məqsədilə  tələb  olunan  bilik, 

bacarıq,  vərdiş  və  praktik  qabiliyyət-lərin  formalaşmasını  təmin  etmək  üçün  elə 


təşkilati formalardan istifadə olunmasını nəzərdə tutur ki, onlar mövcud dünyanın 

tələblərinə  cavab  verə  bilsin.  Bu  model  çərçivəsində  yalnız  elə  mədəni  dəyərlər 

mənimsədilir  və  ötürülür  ki,  onlar  gənc  nəslə  asanlıqla  mövcud  ictimai 

strukturlara inteqrasiya olmağa imkan versin. Bu modelin müasir ideologiyasının 

əsasını sosial mühəndisliyin bihevioristik (bihavior – əxlaq, davranış) konsepsiyası 

tutur.  Rasionalizmə  əsaslanan  modeldə  yaradıcılıq,  sərbəstlik,  məsuliyyətlilik, 

fərdilik, təbiilik və s. kimi fəaliyyətlərə yer verilmir. Ona görə də, təhsil prosesinə, 

davranışa  utilitarizm  (eqoizmə,  fərdiçiliyə  əsaslanan  cərəyan)  ruhu  gətirir  və 

öyrədənə  onun  fəaliyyətinin  dəyərlərini  azaldan  və  mütəhərrik  olmayan,  təngə 

gətirən  həyat  tərzini  məcburi  qəbul  etdirməyə  çalışır.  Bunun  nəticəsində  nəinki 

öyrənmənin, eyni zamanda tədris-təlim prosesinin də yaradıcı xarakteri müzakirə 

edilmir, proses səmərəliliyini itirir.  

 

Təhsilin  fenomenoloji  modeli.  Bu  model  öyrənənlərin  şəxsi-psixoloji 



xüsusiyyətlərinə,  onların  istəklərinə  və  tələbatlarına  ehtiyatla  və  hörmətlə 

yanaşılmasına, təhsilin şəxsi xarakter daşımasına üstünlük verir. Onun tərəfdarları 

məktəbə  “təhsil  konveyeri”  kimi  baxmağı  inkar  edirlər.  Onlar  təhsilə  humanist 

nöqteyi-nəzərdən baxır, onun insan təbiətinə tam və adekvat olmasını əsas məqsəd 

kimi  qarşıya  qoyurlar.  Hər  bir  öyrənənin  özünütanımasına,  təbii  potensialını 

reallaşdırmasına, dinamik inkişafını təmin etmə-sinə müvafiq şərait yaradırlar.  

 

Təhsilin  qeyri-institusional  modeli.  Bu  modelin  tərəfdarları  təhsilin 



təşkilini  sosial  institutlardan,  xüsusi  halda  məktəb  və  ali  təhsil  müəssisələrindən 

kənarda  təşkilinə  üstünlük  verirlər.  Onun  “təbiətin  qoynunda”,  internetin 

köməyilə,  “açıq  məktəb”  şəraitində,  distant  təhsil  yolu  ilə  və  s.  həyata 

keçirilməsini məqbul hesab edirlər.  

Bu  model  əsasında  təhsilin  və  ya  konkret  təhsil  müəssisə-sinin  tədris-təlim 

prosesinin  təşkili  ilə  bağlı  əsas  funksiyalarını  aşağıdakı  kimi  qruplaşdırmaq 

məqsədəmüvafiq  hesab  edilir:  təhsilin  məqsədi;  təhsilin  məzmunu;  təhsil 

prosesinin təşkili formaları; təhsilalmanın vəsitə və üsulları; real təhsil prosesinin 

təlim,  tərbiyə  və  insan  inkişafı  birliyinin  təminatçısı  olması;  təhsil  prosesinin 

subyektləri  və  obyektləri;  təhsil  mühiti;  baxılan  tədris  müəssisə-sində  tədris-təlim 

prosesinin nəticələri, başqa sözlə, öyrənənlərin təhsillik səviyyəsi

2

.  

 

*** 



 

Araşdırmalar göstərir ki, XXI əsrin əsas kapitalı ölkələrin maliyyə imkanları 

və  təbii  resurslarının  zənginliyi  deyil,  onların  intellektual  potensialı  olacaqdır. 

Dünyanın  aparıcı  ölkələrinin  inkişaf  tendensiyası  göstərir  ki,  intellektual 

potensialın  formalaşması  üçün  təhsilin  modernləşməsi  aşağıdakı  prioritet 

istiqamətlər üzrə aparılmalıdır: 

 

millilik və bəşərilik; 

 

qabaqlayıcı təhsilvermə;  

 

universal biliklərə yiyələnmə; 

                                                 

2

  Daha  ətraflı  məlumat  üçün  bax:  Mehrabov  A.O..  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı:  Mütərcim,  2010, 



səh. 34-116. 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə