Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə14/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

mühitin yaradılmasıdır. Tələbələrin, müəllimlərin mobilliyi bu məkanda ali təhsil 

sisteminin vahid tam kimi formalaşmasına və bu cür hiss edilməsinə ən yaxşı təkan 

verən  amillərdən  biridir.  Ali  təhsil  sistemində  hamı  tərəfindən  qəbul  edilən 

standartların mövcudluğu ümumi məkanın forma-laşması üçün başlanğıc şərtdirsə, 

akademik  mobillik  bu  birləşmənin  praktikada  bilavasitə  reallaşmasına  aparan 

addımlardır.  Ali  təhsildə  mobillik  təhsildən  sonra  məzunların  Ümumavropa 

məkanında işə düzəlməsini asanlaşdırır.  

Burada  bir  qədər  haşiyəyə  çıxaraq  qeyd  edək  ki,  hal-hazıradək  Avropanın 

təhsil cəmiyyətindəki model (Boloniya prosesinin bütün tövsi-yə-lərinə əsaslanan) 

heç  də  hamı  tərəfindən  qəbul  edilməmişdir.  İki  səviyyəli  hazırlığın  yayılması  ilə 

bağlı baxışlarda yekdillik yoxdur ki, bu, Rusiyada olduqca ziddiyyətlidir.  

Məlum  olduğu  kimi,  Rusiyada  bakalavr  və  magistr  dərəcələrinin  verilməsi 

XVIII əsrdə özünə yer almışdır. XVIII əsrdə Moskva Universiteti tərkibində fəaliyyət 

göstərən Müəllimlər İnstitutunun məzunlarına bakalavr dərəcəsi verilmişdir. Rusiya 

universitetinin  tam  təhsil  kursunu  müvəffəqiy-yətlə  başa  vurmuş  müxtəlif  yaşlı 

şəxslərə birinci alim dərəcəsinə iddiaçı olmağa nizamnamə imkan verirdi. Magistr 

və doktor isə sonrakı dərəcələr idi. Moskva, Xarkov və Kazan universitetlərinin ni-

zamnamələrində  magistr  adının  verilməsi  nəzərdə  tutulmuşdur.  Namizədlik  alimlik 

dərəcəsinin  alınma  qaydası  ayrıca  əsasnamədə  öz  əksini  tapmışdır.  Odur  ki, 

Boloniya  prosesinə  daxil  olma  şüarı  altında  3-4  il  ərzində  elmlər  doktoru 

dərəcəsində  mütəxəssislərin  hazırlanması  cəhdi  Rusiya  təhsili  üçün  təhlükələrdən 

biri kimi görünür.  

Rusiya  təhsilinin  XVIII  əsr  və  sonralar  SSRİ  təhsil  sisteminin  təcrübəsinə 

dayanaraq Boloniya prosesinin alternativ xüsusiyyətləri ilə bağlı şərhlər vermək, 

onun  perspektivlərinə  oxucunun  diqqətini  yönəltmək  mümkündür.  Buna  lüzum 

görmürük.  Bu  işi  oxucunun  ixtiyarına  buraxaraq  əsas  məqsədimizlə  birbaşa  əla-

qəsi olan məsələlər üzərinə qayıdaq.  

Mobillik Boloniya prosesinin tələblərindən irəli gələn digər cəhətlərin də tam 

təmin  edilməsini  tələb  edir.  Çünki  ümumi  ali  təhsil  məkanında  vahid  standartlar 

sistemi,  keyfiyyət  səviyyəsi,  qiymətləndirmə  sistemi,  ali  təhsil  müəssisələrinin 

hüquqi və maliyyə müstəqilliyi olmadan mobillik mümkün deyildir. Buna görə də, 

Boloniya  prosesinin  tələblərini  yalnız  kompleks  həyata  keçirməklə  istənilən 

nəticələri  əldə  etmək  olar.  Təbii  ki,  mobilliyin  tələb  etdiyi  şərtlərin  sırasına  ali 

təhsil  müəssisələrinin  lazımi  infrastruktura,  maliyyə  imkanlarına  malik  olması 

daxildir. 

Avropa ali təhsil sistemi praktikasında iki və daha çox ali məktəbin iştirakı ilə 

birgə proqramların tərtib olunması və tədrisin bu proqramlar əsasında aparılması 

özünə  yer  almaqdadır.  Birgə  proqramların  tərtibi  və  tətbiqi  təkcə  mobillik 

məsələlərinə  deyil,  vahid  təhsil  məkanının  forma-laşması  prosesinə  əhəmiyyətli 

dərəcədə təsir edir. Əslində, bu cür proqramların ortaya qoyulması gələcək vahid 

ali  təhsil  məkanının  kiçik  modelini  yaratmaq  deməkdir  və  bu  işin  kiçik  miqyasda 

sınaqdan  çıxarılması,  qarşıya  çıxan  maneələrin  aradan  qaldırılması  sözügedən 

istiqamətdə təcrübənin əldə edilməsi və təkmilləşdirilməsi baxımından böyük  əhə-

miy-yət kəsb edir.  

Ali  təhsilin  keyfiyyətinin  yüksəldilməsi,  onun  başlıca  meyarlarının  təmin 


edilməsi  bütövlükdə  ali  təhsil  sistemlərinin  yaxınlaşması,  birgə  proqramların  ha-

zırlanması və tətbiqi, diplomların və ixtisasların qarşılıqlı tanınması, yeni-yeni öl-

kələrin  vahid  məkana  inteqrasiyası  məsələlərində  qarşıya  çıxan  ən  çətin  və  mü-

rəkkəb  məsələlərdən  biri,  bəlkə  də  birincisidir.  Ölkələrin  ictimai-iqtisadi  inkişaf 

səviyyəsində olan müxtəliflik, on-larda mövcud olan çoxsaylı obyektiv və subyektiv 

səbəbdən irəli gələn problemlər, qanunvericilikdə olan fərqlər, təhsilin keyfiyyətinə 

mənfi təsir göstərən amillərdir. İnkişaf etmiş bir ölkənin və ya ölkələr qrupunun ali 

təhsil  müəssisələri  ilə  əməkdaşlıq  etmək,  onlarla  eyni  hüquqa  malik  olaraq  birgə 

proqram çərçivəsində fəaliyyət göstərmək üçün keyfiyyət göstəricilərinə görə ən azı 

ona  yaxın  bir  səviyyədə  olmaq  lazımdır.  Ali  təhsilində  fərqli  keyfiyyət  səviyyəsinə 

malik olan ölkələr arasında, şübhəsiz, bərabər səviyyəli tələbə mobilliyindən, birgə 

proqramların həyata keçirilməsindən söhbət gedə bilməz. 

Boloniya  prosesi  müəllimlərin  seçilməsi,  fənlərin  seçilməsi,  tədrisin  key-

fiyyətinin  müəyyənləşdirilməsi  məsələlərini  rəqabət  zəmininə  qoydu-ğundan  yeni 

sistem nəinki elmi cəhətin azalmasına təhlükə yaratmır, əksinə, onun daha da güc-

ləndirilməsi üçün şərait yaradır. Digər tərəfdən tələbələrin mobilliyi ilə yanaşı mü-

əllim və tədqiqatçıların sərbəst hərə-kətinin təmin edilməsi və onun stimullaşdırıl-

ması vahid elmi-tədqiqat mə-kanının formalaşmasına, onun çərçivəsində informa-

siya  və  təcrübə  mübadiləsinin  intensivləşdirilməsi  bu  sahədə  geniş  perspektivlər 

açır

3

.  

 

8.8.7. Əlavə təhsil 

 

Əlavə təhsil fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, peşə-



ixtisas  təhsilinin  hər  hansı  pilləsini  bitirmək  haqqında  dövlət  sənədi  olan  hər  bir 

vətəndaşın  fasiləsiz  təhsil  almaq  imkanını  təmin  edir  və  insan  potensialının 

inkişafı,  kadrların  intellektual  və  peşə  hazırlığı  səviyyəsinin  yüksəldilməsi  və 

təkmilləşdirilməsi,  onların  daim  dəyişən  və  yeniləşən  əmək  şəraitinə  uyğun-laşd-

ırılması, yaşlı vətəndaşların ölkənin sosial, iqtisadi, siyasi və mədəni həyatında fəal 

və səmərəli iştirakının təmin edilməsi vəzifəsini daşıyır. 



Azərbaycan Respublikasında əlavə təhsil aşağıdakı istiqamətləri əhatə edir: 

- ixtisasartırma; 

- kadrların yenidən hazırlanması; 

- stajkeçmə və kadrların təkmilləşdirilməsi; 

- təkrar ali təhsil və orta ixtisas təhsili

- dərəcələrin yüksəldilməsi; 

- yaşlıların təhsili. 

Əlavə  təhsil  ixtisasartırma  və  yenidənhazırlanma  qurumlarında,  peşə-ixtisas 

təhsili  müəssisələrində  yaradılmış  müvafiq  strukturlarda,  stajkeçmə  və  peşə 

hazırlığı  kurslarında  və  bu  sahə  üzrə  fəaliyyətinə  xüsusi  razılıq  verilmiş  digər 

müəssisələrdə  həyata  keçirilir.  Müvafiq  təhsil  proqramları  əsasında  əlavə  təhsilin 

hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərə-

findən  müəyyən  edilmiş  qaydada  müvafiq  sənəd  verilir.  İxtisasartırma  kurslarını 

                                                 

3

 Daha ətraflı məlumat üçün bax: Давыдов Ю.С. Вестник ПГЛУ 1, 2004. 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə