Azərbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 476,43 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix02.10.2017
ölçüsü476,43 Kb.
#2675
1   2   3   4   5   6   7   8   9   ...   16

 

4

G İ R İ Ş 

 

Elmi-texniki  tərəqqinin  sürətlə  inkişafı  etdiyi  bir  dövrdə  istehsal  miqyasının 



genişlənməsi  ilə bərabər istehsal olunan məhsullar keyfiyyətcə dəyişir, yaxşılışır. Bu 

yalnız  iqtisadi  qanunauyğunluq  olmayıb,  həm  də  insanların  şüurlu,  məqsədyönlü 

fəaliyyətinin 

nəticəsidir. 

Məhsulun 

keyfiyyətinin 

yüksəldilməsi 

əməyin 


məhsuldarlığının  artmasına,  maddi  ehtiyatlardan  səmərəli  və  qənaətlə  istifadəyə, 

təsərrüfat  quruculuğunun  sürətlənməsinə,  əhalinin  həyat  səviyyəsinin  yüksəlməsinə 

səbəb olur.   

İstehsal  olunan  məhsulun  keyfiyyətində  elmi-texniki  tədqiqatların  səviyyəsi, 

texnoloji  proseslərin  yeniliyi,  işçi  personalın  ixtisaslaşması  və  təcrübəsi  əks  olunur, 

məhsulun  keyfiyyəti  ölkənin  sənaye  potensialı  və  mili  iqtisadiyyatın  vəziyyətini 

xarakterizə edir.  

Məhsulun  keyfiyyətini  qiymətləndirmək  üçün  onların  dəqiq  göstəricilər  sistemi 

və üsulları olmalıdır. Məmulatın keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri 

əsaslarını  və  metodlarını  təcrübi  və  elmi  fəaliyyət  sahəsi  kimi  kvalimetriya  işləyib 

hazırlayır. 

Kvalimetriyanın  əsas  vəzifələri 

məmulatların  zəruri 

keyfiyyət 

göstəricilərini  və  bu  göstəricilərin  optimal  qiymətlərini  təyin  etmək,    keyfiyyətin 

kəmiyyətcə  qiymətləndirilməsi  üsullarını  işləmək,  zamana  görə  keyfiyyətin 

dəyişməsini  hesaba  almaq  metodikasını,  məhsulun  keyfiyyətinin  erqonomik 

əlamətlərinin kəmiyyətcə qiymətləndirilməsi metodikasını və s. yaratmaqdır.   

Məhsulların  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  onların  keyfiyətinə 

nəzarətdən  daha  geniş  məna  kəsb  edir.  İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin  

qiymətləndirilməsi  zamanı  hər  bir  məhsul  növünün  əhalinin  zövqünə  və  ictimai 

tələbinə  nə dərəcədə  uyğun olması  məsələsi  həll edilir. İstehlak  mallarının keyfiyyət 

səviyyəsinin  qiymətləndirilməsi probleminin əsəs xüsusiyyəti və mürəkkəbliyi məhz 

bundan  ibarətdir.  Keyfiyyət  səviyyəsinin    qiymətləndirilməsinin  nəticələri 

keyfiyyətin planlaşdırılmasının əsasını təşkil edir.   



 

5

İstehlak  mallarının  keyfiyyət  səviyyəsinin    qiymətləndirilməsinə  dair    bir  sox 



məsələlər  hələlik  tamamilə  həll  edilməmişdir  və  elmi-tədqiqat  işlərinin  aparılmasını 

tələb edir.  

Azərbaycan  Respublikasında  və  xarici  ölkələrdə  məhsulunun  keyfiyyət 

səviyyəsinin  qiymətləndirilməsi  üçün  çoxsaylı    metodiki  göstərişlər  və  tövsiyələr 

mövcuddur.  Bu  sənədlərin  bəzilərində  məmulatların  keyfiyyətinin  istehsal  xarakteri 

ilə  əlaqədar  spesifik  xüsusiyyətləri  kifayət  qədər  nəzərə  alınmır,  keyfiyyətin 

qiymətləndlirilməsində  yeni  istiqamətlər  və  yanaşma  üsulları  tətbiq  edilmir.  Bu 

baxımdan  istehlak  mallarının  keyfiyyət  səviyyəsinin    qiymətləndirilməsinin 

metodoloji müddəalarının tədqiqinə həsr olunmuş buraxılış işinin mövzusu aktualdır. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

6

1.Keyfiyyətin  qiymətləndirilməsi  metodları  haqqında  ümumi 



məlumatlar 

 

Məhsulun keyfiyyəti onun təyinatına uyğun olaraq müəyyən edilmiş təlabatların 



yerinə  yetirilməsi  üçün  məhsulun  yararlılığını  təyin  edən  xassələrin  məcmusudur. 

(ГОСТ  15467-79).  Bu  təyinatdan  aydındır  ki,  məhsulun  hər  yerdə  bütün  xassələri 

keyfiyyət  anlayışına  daxil  deyildir.  Buraya  elə  xassələr  aiddir  ki,  onlar  məmulatın 

təyinatına uyğun olaraq cəmiyyətin ona olan tələbatını təyin edir [3].  

Keyfiyyət  göstəricisi  dedikdə,  malların  xassələrinin  kəmiyyətcə  xarakterizə 

edilməsi başa düşülür [1].  

Məhsulun  keyfiyyətinin  yüksəldilməsi,  onun  sertifikatlaşdırılması  və  ya 

istehsaldan  çıxarılması  məqsədi  ilə  sistematik  olaraq  məhsulun  keyfiyyəti 

qiymətləndirilməlidir.  

Məhsulun  keyfiyyətinin  qiymətləndirilməsi  məhsulun  keyfiyyətinin  idarə 

olunmasında reallaşdırılan ən yaxşı həll yollarını əsaslandırmaq məqsədi ilə keyfiyyət 

göstəriciləri nomenklaturasının seçilməsi, onların ədədi qiymətlərinin,  həmçinin baza 

və nisbi göstəricilərin təyin edilməsi əməliyyatlarının cəmidir [8]. Başqa şəkildə ifadə 

olunarsa,  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsi  bu  əməliyyatlardan  ibarətdir: 

keyfiyyət  göstəriciləri  sisteminin  seçilməsi;  ölçmələr,  yəni  hər  hansı  şkala  üzrə  

məlum  kəmiyyətlərlə  müqayisə  və  ədədi  qiymətlərin  əldə  olunması;  alınmış 

nəticələrin qiymətləndirilməsi. 

Belə  struktur  keyfiyyətin  qiymətləndirilməsinin  mövcud  forma  və  metodlarının 

təsnifatının  bəzi  ümumi  prinsiplərini  şərh  etməyə  imkan  verir.  Bu  məsələnin 

mürəkkəbliyi  ondan  ibarətdir  ki,  qiymətləndirmə  üzrə  toplanmış  təcrübəni 

sistemləşdirmək üçün vahid əsasın seçilməsi qeyri-mümkündür. Odur ki, burada həm 

prosesin  sturukturu  həm  də  sənaye  məmulatlarının  keyfiyyətinin  qiymətləndirilməsi 

xüsusiyyətləri  nəzərə alınan əlamətlərə  görə qiymətləndirmənin  növ  və  metodlarının 

təsnifatı təhlil edilir.  

Göstəricilər sisteminin seçilməsinə görə, yəni onların növlərinə görə keyfiyyətin 

qiymətləndirilməsinin  differensial,  kompleks  və  qarışıq  metodlarından  istifadə 

olunur.  



Yüklə 476,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə