34
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
Xorxe Luis Borxesdən seçmə şeirlər
SİMON KARVAXAL
Atam doxsanıncı illərdə
fermada rastlaşmışdı onımla
Elə ayaqüstü söhbətləşmişdilər bir azca.
Atamın xatirində sonralar
yabıız əlləri qalmışdı onun:
Sol qolu caynaq yaralarıyla
örtülmüşdü...təsərrüfatda
hərənin öz işi var:
Biri - at təlimçisidir, digəri ilxıçı,
bir başqası örkənlə işləməyin mahir ustası
Karvaxal isə pələng ovçusuydu bu yerlərin
Bəzən arxaca dadanırdı pələng,
Və ya nərilti gəlirdisə zülmətdən
Karvaxal izinə düşərdi pələnglərir.
Özüylə dəhrə və bir-iki it götürərdi
Axır ki, yırtıcıyla qalın meşəlikdə qarşı-qarşıya gələrdi.
O, itləri qısqırdardı. İri, sarı һеyvan
Sol əlində ponço- tələ və qoruyucu tutmuş
İnsana hücum çəkərdi kolluqdan.
Heyvanın ağ qamı görünərdi qəfildən
və onun vəhşi gözlərinə
düz ürəyinə işləyən polad tiyənin
acısı çökərdi.
Sonu olmayan, qaçılmaz bir döyüşdü
Və ölümsüz pələngin aqibəti eyniydi həmişə
Karvaxalın nəsibinə acımağa dəyərmi
Bizim taleyimiz də ona bənzər.
Ancaq bizim bu əski yırtıcı
Sifətlərini və adlarmı dəyişir
35
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
-Məhəbbət, təsadüf və ya bax, bu an…
PROTEYİN İKİNCİ VARİANTl
Yaranışdan yarımtanrı, yarımvəhşi
Qumlu sahil.. .iki ünsür arasında
Bütim olub-bitənlərin ümmanına
zillənmiş yaddaşdan da xəbərsiz.
Daha ağrılıydı əzabları:
Gələcəyin ta qədimdən şəkilləndiyini,
Troyayla Axeyin qapılan və talelərinin
çoxdan bağlandığm bilmək
işgəncədən betərdir insana.
Qəfildən yuxuda yaxalanaraq,
O, yanğına, tufana, panterə,
çılğın pələngə,
dərin qatlarda görümnəyən suya çevrilir
elə sərn özün də -
itgi və gözlənti mücəssəməsi.
Ancaq bir anlığa, nəyinsə ərəfəsində.
GÜZGÜYƏ
Nə inad eləyirsən,
lənətə gəlmiş oxşar?
Mübhəm qardaşım, nədən
Нəг jesti, hər baxışı yamsılarsan durmadan
Niyə zülmətdəsən bəs,
cəsussan, xəfiyyəsən?
Sən möhkəm şüşə kimi,
Yırğalanan su kimi
Çoxdan və əbədilik hər yerdəsən, hər yerdə -
Yunanların dediyi iblisə bənzəyirsən –
Məni tapsan, bəllidir,
36
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
Korluq da gəlməz kara.
Səndən dəhşətli nə var, yad qüvvə,
Yolumuzu tutmasan, öz iradən gücünə
Yörələrdə nə varsa, sayını çoxaldarıq.
Mən çıxıb gedəcəyəm, amma sən
Təkrarlayacaqsan yenə, yenə, yenə, yenə...
MƏNİM KİTABLARIM
Mənim (kimliyimdən xəbərsiz) kitablarım –
Mənə bənzəyir bütün üz cizgilərilə.
Solğun baxışları, xətbaşıları...
Dad çəkir əlimdən güzgülərdə
Onlara ehmalca toxunan zaman
Bəllidir, bir azca kədərlənirəm
Çünki o şeyləri ki, məni yaşadır
Mənim köçütdüyüm vərəqlər deyil,
Həmin bu,
Mənim varlığımdan tamam xəbərsiz
Saralmış vərəqlər yaşadacaqdır.
Bu daha yaxşıdır. Ölənlərin
Səsləri həmişə mənimlədir.
ŞƏRQ
Uzaq ellərdən gələn karvanın
Dəf edib zamanı və qumluqları
Özüylə Romaya götürdüyü bu
Üzərində su sırnağı,
Obrazlar, boyalar labirinti,
Olan örtüyə çəkir əlini
Vergilinin əli ləngiyir bir an.
Əl işi onun “Georgilər”ində əbədiləşir.
Bu ipəyi görməmişəm, xatırlamıram.
37
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
www.kitabxana.net
–
Milli Virtual Kitabxananın e-nəşri. 2011
Pretorun hökmüylə bir axşamçağı,
Çarmıxa çəkilmiş qara mıxlarla...
Ölür yəhudi.
Ancaq vaxt ötəcək, zaman keçəcək,
Saysız-hesabsız nəsillər, dinastiyalar
Nə yalvarışları, nə qan-qadanı,
Nə dağın üstündə
Çarmıxa çəkilmiş o üç kişini
Yaddan çıxarmayacaq, unutmayacaq.
Mən heksoqram kitabını nə heksoqramların
Ayıqlıq və yuxu toxuyan talelər üçün
altmış dörd yolunu xatalayıram.
Keşiş İoannm sübh arxasınca
üzüb-keçdiyi
qızıl qumlu, balıqlarla aşıb-daşan ç
ayları xatırlayıram.
Üç sətrə yerləşən haykunu
Səsi, əks-sədanı, fədakarlığı
Mis kuzəyə salınmış xəfif ruhları
Və zülmət gecədə verilən vədi.
Gör nə möcüzələr yatır yaddaşda!
Ulduz falçısı Xaldeyi,
qədim tor freqatlarmı, Qoa sahilini.
Bütün qələbələrdən sonra
ölümü səsləyən Klayvı.
Lamanın yanmda, san geyimdə
Onları ölümdən xilas edəcək
yol salan Kimi.
yüngül qoxusunu çayın və sandalın.
Kordova məscidlərini, müqəddəs Aksumu
Nard kimi qıvrılan qoca aslanı.
Şərqim mənim -bağım-bağçam mənim
Mən burda gizlənirəm
Sənin haqqındakı qarayaxa fıkirlərdən
Dostları ilə paylaş: |