Azərbaycan respublikasi təhsil nazirliyi təhsil problemləri institutu



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix31.10.2018
ölçüsü0,99 Mb.
#77104
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

23 

 

2.1.3.  Sadə  nitq  etiketlərindən  (“bəli”,  “xeyir”,  “salam”,  “sağ  ol”,  “çox  sağ  ol”, 



“bağışla”,  “buyurun”,  “zəhmət olmasa”, “nuş  olsun”,  “xoş  gəlmisiniz”,  “yaxşı  yol”), 

jest və mimikalardan istifadə edir. 

2.1.4.  Hərf  və  səsləri    fərqləndirir,  hecalar,  hecalardan  sözlər,  sözlərdən  cümlələr, 

cümlələrdən mətnlər qurur. 

2.1.5. Əlamət, keyfiyyət, hiss bildirən, antonim və sinonim  sözlərdən istifadə edir. 

2.2. Sadə riyazi təfəkkür əməliyyatları yerinə yetirir. 

2.2.1. On dairəsində sayma, hesablama və ölçmə əməliyyatları yerinə yetirir. 

2.2.2.  Əşyalar  içərisindən  dairəni,  üçbucağı,  kvadratı  seçir,  fərqləndirir  və  müqayisə 

edir. 


2.2.3. Əşyaları əlamətinə (forma, ölçü, kəmiyyət və həcm) görə ümumiləşdirir, səbəb-

nəticə əlaqələrini müəyyənləşdirir. 

2.2.4.  Əşyalar,  həndəsi  fiqurlar,  rəqəmlər  və  işarələrlə  sadə  riyazi  əməliyyatlar 

(toplama,  çıxma,  bərabər,  qeyri-bərabər)  və  konstruktiv  bacarıqlar  (planlaşdırma, 

modelləşdirmə, sxemləşdirməvə simvollaşdırma) nümayiş etdirir. 

2.2.5.  Məkan  (sağdan  sola,  yuxarıdan  aşağıya,  ortaya,  küncə)  və  zamanla  bağlı  (ilin 

fəsilləri, aylar,  həftənin  günləri,  günün  hissələri, saat)  ilkin  riyazi  əməliyyatlar  yerinə 

yetirir. 

2.2.6.  Oyun  və  tədqiqatlar  zamanı  müxtəlif  vəsaitlərdən  (maqnit,  böyüdücü  şüşə, 

xətkeş və s.) istifadə edir.  



2.3. Əşya və hadisələr haqqında ilkin təsəvvürə malikdir və anlayışları izah edir. 

2.3.1. Öz fəaliyyətini sosial normalara (qrupdaxili qaydalar, kollektivdə etik davranış) 

uyğunlaşdırır.

 

2.3.2. Səbəb-nəticə əlaqələri müəyyənləşdirir. 



2.3.3.  Canlı  və  cansız  aləmdəki  obyektlərlə  düzgün  davranış  (qorumaq,  mühafizə 

etmək, qiymətləndirmək) bacarığı nümayiş etdirir. 




24 

 

2.3.4.  Obyektlər  haqqında  məlumat    toplayır  və    müxtəlif  yollar  ilə  (müzakirə  edir, 



şəkillər şəkir, müxtəlif simvollar düzəldir və s.) izah və təsvir edir.  

2.3.5.  Müxtəlif təbiət  materialları (daş, qum, su, torpaq)  haqqında məlumat toplamaq 

üçün  hiss  üzvlərindən  istifadə edir  və onlar  haqqında  izahat verir  və  ümumiləşdirmə 

(məsələn,  materialların  fərqini  müəyyən edir, oxşar cəhətlərini, onlar bir-biri  ilə  necə 

əlaqəli olduğunu deyir və s.). aparır. 

2.3.6.  Müxtəlif  materialların  keyifiyyətini  təsvir  edərək,  onların  gündəlikdə  necə 

istifadə olduğunu deyir. 

2.3.7.Səma  cisimlərində,  gündəlik  havada  və  ilin  fəsillərində  olan  dəyişikliklərdə  

fərqli  və  oxşar  cəhətləri  müəyyən  edir,  səbəb-nəticə  əlaqələrini  izah  edir  və  məntiqi 

nəticələr çıxarır. 

2.3.8. Müəyyən  müddətdə (bir neçə gün\gecə, həftə ərzində) ətraf mühitdə 

baş 


verən 

hadisələri\fəaliyyətləri  təsvir edir və izah edir. 

2.3.9.  Ailə  və  vətən  haqqında  (dövlət  rəmzləri,  milli  ordu,  milli  qəhrəmanlar,  milli 

sərvətlər, tarixi günlər və abidələr, milli bayramlar) sadə təqdimatlar edir. 



3.ESTETIK VƏ YARADICI İNKİŞAF 

Orta qrup (3-4 yaş) 

Uşaq: 

3.1. Sadə  bədii yaradıcılıq bacarıqları nümayiş etdirir. 

3.1.1.  Sadə  təsvir  alətlərindən  və  vəsaitlərdən  (karandaş,  flamaster,  fırça,  yapışqan, 

plastilin) təyinatına görə istifadə edir. 

3.1.2. Sadə rəsmetmə (rənglərdən istifadə edərək sadə əşya və təbiət şəkilləri çəkmək), 

yapma  (1-3  hissədən  ibarət  fiqurlar  düzəltmək)  və  yapışdırma  (kəsilmiş  formalardan 

istifadə etməklə, sadə kompozisiyalar qurmaq) bacarıqları nümayiş etdirir. 

3.1.3. Sadə quraşdırma (tikinti  materiallarından sadə  modellər düzəltmək) bacarıqları 

nümayiş etdirir.  




25 

 

3.2.  Mədəni-estetik  təsəvvürlərə  malik



 

olur  və  yaradıcılıq  bacarıqları  nümayiş 

etdirir

3.2.1.  Musiqini  dinləyir,  janrına  və  xarakterinə  görə  reaksiya  verir,  sadə  ifaçılıq 

bacarıqları (sadə mahnılar oxumaq, musiqili-ritmik hərəkətlər etmək) nümayiş etdirir, 

musiqi alətini (piano, qarmon, dəf, tütək) tanıyır və adlandırır. 

3.2.2. Müxtəlif  fəaliyyətlər  üzrə  müstəqil,  sadə yaradıcılıq (təsviri,  musiqi  fəaliyyəti, 

bayram və əyləncələrdə, səhnəciklərdə  iştirak etmək) bacarıqları nümayiş etdirir. 

3.2.3. Müxtəlif janrda olan bədii əsərlərə reaksiya verir (hekayələr, nağıllar, təmsillər),  

onların məzmununa  münasibət bildirir (sual verir, qəhrəmanları xarakterizə edir), öz 

hisslərini  bildirir (xoşum gəlir\gəlmir, maraqlıdır, şəndir və s.) 

3.3.  Sadə əmək bacarıqları nümayiş etdirir. 

3.3.1. Sadə əmək tapşırıqlarını (növbətçilik, özünəxidmət) yerinə yetirir. 

3.3.2. Kollektiv əməkdə iştirak edir və tapşırıqları yerinə yetirir. 

Böyük qrup (4-5 yaş) 

Uşaq: 

3.1. Sadə  yaradıcılıq qabiliyyətləri nümayiş etdirir. 

3.1.1.  Təsvir  alətlərindən  və  vəsaitlərdən  (karandaş,  flamaster,  rəngli  boya,  qayçı, 

fırça, yapışqan, rəngli kağızlar, gil və plastilin) təyinatına görə istifadə edir. 

3.1.2. Rəsmetmə (verilmiş və müstəqil şeçilmiş mövzular üzrə sadə sujetlər çəkmək), 

yapma  (  verilmiş  və  müstəqil  seçilmiş  mövzular  üzrə  bir  neçə  fiqurdan  ibarət  sadə 

sujetlər  yaratmaq)  və  yapışdırma  (hazır  və  kəsdiyi  kağızlardan,  təbiət  və  tullantı 

materiallarından sujetli-dekorativ təsvirlər yaratmaq) bacarıqları nümayiş etdirir. 

3.1.3.  Sadə  quraşdırma  (tikinti,  tullantı,  təbiət  materiallarından  və  kağızdan  istifadə 

edərək müxtəlif modellər düzəltmək) bacarıqları nümayiş etdirir. 

3.2.  Mədəni-estetik  təsəvvürlərə  malik  olur  və  yaradıcılıq  bacarıqları  nümayiş 

etdirir



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə