Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci «Sənaye sahələrinin proses və aparatları»



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə22/39
tarix31.05.2023
ölçüsü1,07 Mb.
#114644
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   39
Sənaye-sahələrinin-proses-və-aparatları

İzotermik sıxılma prosesi
. Bu üsul ilə sıxılan qaz ətraf mühitlə sıx əlaqədə 
olur və qazın sıxıldığı yerlə ətraf mühit arasında intensiv olaraq istilik 
mübadiləsi gedir. Nəticədə qazın sıxılmasından ayrılan istilik ətraf mühitə 
verilir və qazın temperaturu sabit qalır. 
𝑇
𝑖𝑧𝑜𝑡𝑒𝑟
= 𝑐𝑜𝑛𝑠𝑡
2.
Adiobatik sıxılma prosesi
. Bu üsul ilə sıxılan qazla ətraf mühit arasında 
bütün əlaqələr kəsilir, onların arasında heç bir istilik mübadiləsi getmir. Qaz 
P

təzyiqindən P
2
təzyiqinə qədər sıxıldıqda ayrılan istilik sıxılmış qazın 


qızmasına sərf olunur, nəticədə onun temperaturu T
A
– dan T
D
– yə qədər 
yüksəlir. 
3.
Politropik sıxılma prosesi.
Bu üsulla sıxılan qaz ilə ətraf mühit arasında 
istilik mübadiləsi yaradılır. Lakin sıxılma nəticəsində ayrılan istilik hamısı 
ətraf mühitə verilmir. Daha doğrusu istiliyin bir hissəsi ətraf mühitə verilir, 
qalan hissəsi isə sıxılmış qazın qızmasına sərf edilir və onun temperaturu T
A
adiobatik sıxılma prosesləri ideal proseslərdir və texnikada bunlardan istifadə 
olunur. Daha doğrusu bu ideal sıxılma proseslərin təcrübi əhəmiyyəti yoxdur, 
lakin nəzəri əhəmiyyətə malikdirlər. Politropik sıxılma prosesi təcrübi 
üsuldur və texnikada yalnız bu üsuldan istifadə olunur. 

Porşenli kompressorlar
 
Kimya texnologiyasinda və eləcə də qaz sənayesində qaz qarışıqlarını nisbətən 
yüksək təzyiqə qədər sıxmaq və nəql etdirmək üçün porşenli kompressorlardan
geniş istifadə olunur.Porşenli kompressorların quruluşu porşenli nasoslarda olduğu 
kimidir. Lakin burada silindir üzərindəki porşenin kipliyi daha yüksək dərəcədə 
olur,porşen xüsusi yağlarla yağlanır.Sxemdən göründüyü kimi porşenli 
kompressorlar da bir və iki təsirli olurlar .Bir təsirli porşenli kompressorlarda 
porşenin birtərəfi təsir göstərirsə, iki təsirli kompressorlarda porşenin hər iki tərəfi 
təsir göstərir,ona görə də 2 təsirli porşenli kompressorlarda məhsuldarlıq bir 
təsirliyə nisbətən iki dəfə böyük olur . Porşenli kompressorlar konustruksiyasina 
görə üfiqi və şaquli olurlar.Qeyd etmək lazımdır ki, şaquli silindirli 
kompressorların məhsuldarlığı üfüqi silindirli kompressorlara nisbətən böyük 
olur. 
Bu onunla izah edilir ki, üfiqi vəziiyyətdə olan porşenin ağırlığı silindirin alt 
divarına düşür və porşenin irəli -geri hərəkəti nəticəsində onun divarı sürtünməyə 
məruz qaldığından erroziyaya uğrayır, tez sıradan çıxır. Odur ki, üfüqi 
kompressorlardan böyük dövrələr sayı ilə işləmək mümkün deyildir, onların 
dövrlər sayı n=100÷240 dövr/dəq. Lakin şaquli kompressorlarda porşenin ağırlığı 
aşağıya doğru yönəldiyindən silindrin divarları arasından bərabər paylanır,ona 
görə də bu kompresssorlarda dövrlər sayı nisbətən yüksək olur, yəni n=300÷500 
dövr/dəq. 
Porşenli kompressorlar bir və iki silindrli olurlar. Bu kompressorlarda təzyiq P
2
artmır, bir silindrlidəki qədər qalır, lakin onun məhsuldarlığı iki dəfə artır. Porşenli 
və eləcə də digər kompressorlar bir pilləli və çox pilləli olurlar. Bəzi prosesləri 
apararkən qazları P
1
təzyiqindən P
2
təzyiqə qədər bir pillədə sıxmaq mümkün 
olmur, ona görə ki, P
1
ilə P
2
təzyiqlər fərqi çox olur. Belə hallarda qazı bir neçə 
pillədə sıxmaq lazımdır. Tutaq ki, I pillədə P
1
→ P
2
′-ə, II pillədə P
2
′ →P
2
′′-ə və III 
pillədə P
2
′′→P
2
-ə qədər sıxmaq olur. Bu zaman çox pilləli kompressorda 
məhsuldarlıq dəyişmir, yalnız qazın təzyiqi getdikcə yüksəlir. Bildiyimiz kimi qaz 
sıxılarkən istilik ayrılır və bu istilik qazın genişlənməsinə sərf olur, odur ki, bunu 
aradan qaldırmaq üçün sıxılmış qazın əvvəlki temperaturaya qədər soyutmaq


lazım gəlir. Bunun üçün hər pillədən sonra qazı soyuducuda soyutmaq lazımdır. 
Qeyd etmək lazımdır ki, sıxılmış qazın soyuducuda bir hissəsi kondensləşir və onu 
sonrakı pilləyə vermək olduqca təhlükəlidir. Ona görə ki, kondensat damcılı maye 
olub sıxılmır. Əgər maye kompressora düşdükdə partlaya bilər. Belə olmaması 
üçün hər pillədən sonra kondensator ayıran seperator qoyulur. Porşenli 
kompressorlardan başqa kimya texnologiyasında rotorlu, mərkəzdənqaçma , oxlu 
və s. Kompressorlardan da geniş istifadə edilir.


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə