Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə7/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   2   3   4   5   6   7   8   9   10   ...   40
Erkən tunc dövründə (e.ə.IV minilliyin sonları-e. ə. III minilliyi əhatə edir və arxeoloji baxımdan “Kür-Araz mədəniyyəti” adlanır.) insanlar sıx yaşayış yerlərindən əkinçilik və maldarlıq üçün daha əlverişli olan vadilərə, dağ ətəklərinə yayılıb məskunlaşırdılar. Artıq e. ə. III minilliyin birinci yarısında toxa əkinçiliyi öz yerini xış əkinçiliyinə verməyə başlamışdı. Bununla bağlı olaraq iribuynuzlu heyvanlardan qoşqu vasitəsi kimi istifadə olunurdu. Azərbaycanda erkən tunc dövründə ev maldarlığından köçmə, yaylaq maldarlığına keçid baş vermişdir. E. ə. III minillik ibtidai cəmiyyətin həyatında əmlak bərabərsizliyinin ilkin əlamətlərinin üzə çıxdığı və ilkin tayfa birliklərinin yarandığı dövr kimi də xarakterizə olunur. Bu dövrdə Azərbaycanın cənubunda kuti, lullubi tayfa birlikləri və Kür-Araz vadisində daha bir tayfa birliyi meydana çıxmışdı.
Orta tunc dövründə (e. ə. III minilliyin sonu — e. ə. II minilliyin I yarısı) qəbilə icmasının təsərrüfatı və sənətkarlığı çoxnövlü olması ilə seçilirdi. Bu zaman mülki və ictimai bərabərsizlik xeyli dərinləşmişdi.
Orta tunc dövründə cəmiyyətin həyatında yeni ictimai əmək bölgüsü baş vermiş, sənətkarlıq əkinçilikdən ayrılmışdır. Sənətkarlığın metalişləmə, dulusçuluq və toxuculuq sahələri aparıcı yer tuturdu. Naxçıvanda II Kültəpə abidəsində dörd kürəsi olan dulus emalatxanaları tapılmışdır. Həmin emalatxanalarda əllə hərəkətə gətirilən dulus çarxlarında zəngin naxışlara malik boyalı qablar istehsal edilirdi. Üzərliktəpədə tapılan toxucu qurğusunun qalığı-dörddişli alət sənətkarlıq texnikasının xeyli təkmilləşdiyini göstərir. Heyvandarlığın aparıcı sahəsi olan qoyunçuluq toxuculuq sənətini əsas xammal olan yunla təmin edirdi.
Orta tunc dövründə şəhərəbənzər yaşayış məskənlərinin meydana çıxması ilk növbədə sənətkarlığın inkişafı ilə bağlı idi. Şəhərəbənzər məskənlər möhkəmləndirilmiş müdafiə hasarları ilə əhatə olunurdu.
Cəmiyyət varlılar, sənətkarlar və icmaçı kəndlilər (əkinçi və maldarlar) zümrəsinə bölünməyə başlayırdı. İcmaçı kəndlilər və sənətkarlar cəmiyyətin əsas istehsalçı qüvvəsini təşkil edirdilər. Suvarma arxlarının çəkilməsi, müdafiə qurğularının tikilməsi və tayfa ərazisinin qorunması kimi ağır vəzifələri də onlar yerinə yetirirdilər.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə