Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Azərbaycan Ərəb xilafəti tərkibində. İslam dininin Azərbaycanda yayılması



Yüklə 453,92 Kb.
səhifə15/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   11   12   13   14   15   16   17   18   ...   40
2. Azərbaycan Ərəb xilafəti tərkibində. İslam dininin Azərbaycanda yayılması.
Ərəblərə qarşı milli-azadlıq mübarizəsi. Xürrəmilik. Babək
VII əsrin I qərinəsində Yaxın Şərqdə yeni bir qüdrətli dövlət – Ərəb xilafəti meydana gəldi. Məhəmməd peyğəmbər 570-ci ildə Məkkədə anadan olmuş və 610-cu ildə tanrı tərəfindən ona peyğəmbərlik verilmişdi.
Ərəblərin hücumu ərəfəsində Azərbaycanın cənub hissəsi - Atropatena Sasanilərdən tam asılı idi. Şimal hissəsi - Albaniya isə müstəqilliyini qoruyub saxlamışdı. Bununla belə, Azərbaycan xəzərlərə müəyyən miqdarda xərac verirdi.
Ərəb ordusu 633-cü ildə İraq tərəfdən Sasani imperiyasının sərhəddini keçdi. Bu zaman Sasani hökmdarı imperiyaya tabe olan ölkələrin hamısından, o cümlədən Albaniyadan ərəblərə qarşı vuruşmaq üçün qoşun tələb etdi. Albaniya (Girdiman) hökmdarı Varaz Qriqor 634-cü ildə oğlu Cavanşirin rəhbərliyi ilə Sasanilər dövlətinə kömək məqsədilə qoşun göndərdi. Lakin Sasani ordusu darmadağın edildi. Bundan sonra mübarizənin mənasız olduğunu görən Cavanşir 640-cı ildə Albaniyaya qayıtdı.
Cavanşir ərəblərə qarşı Bizans imperatoru ilə birləşmək qərarına gəldi və onunla ittifaqa girdi. O, 654-cü və 660-cı illərdə iki dəfə Bizans imperatoru II Konstantinlə görüşmüş və II Konstantin Cavanşiri Iberiya sərhədlərindən Araz çayına və “Hun qapıları”na (Dərbəndə) qədər ərazini əhatə edən Albaniya ölkəsinin hökmdarı kimi tanımışdı.
VII əsrin 60-cı illərində xəzərlər Albaniyaya hücum etdilər. Cavanşir 662- ci ildə Kür çayı yaxınlığında onları məğlubiyyətə uğradıb ölkədən qovdu. 665- ci ildə xəzərlər yenidən Albaniyaya hücum etdilər və qalib gəldilər. Cavanşir ölkəni talanlardan xilas etmək üçün xəzər xaqanı ilə görüşüb sülh bağladı. Sülhə görə, Albaniya hər il xəzərlərə xərac verməli, xəzərlər isə bütün əsirləri və qarət olunmuş mal-qaranı geri qaytarmalı idilər. Sülh bağlanmasına baxmayaraq xəzərlər sonralar da Azərbaycana dəfələrlə yürüş etmişdir. 661-ci ildə Ərəb xilafətində Əməvilər sülaləsi (661-750) hakimiyyətə gəldi. Bu zaman Cavanşir dəyişən tarixi şəraiti nəzərə almalı oldu. Bizansın zəiflədiyini, xəzərlərə və başıpozuq sasani feodallarına qarşı mübarizənin çətinliyini görüb 667-ci və 670-ci illərdə 2 dəfə Şam (Dəməşq) şəhərinə xəlifə I Müaviyənin sarayına getdi və onunla uğurlu danışıqlar apardı. Sülhün şərtlərinə görə: 1. xəlifə Albaniyanın daxili müstəqilliyinə toxunmur; 2. Albaniya əhalisindən alınan vergi üçdə bir qədər azaldılırdı.
Xəlifənin güzəştə getməsinin səbəbi Albaniyanın əlverişli coğrafi mövqeyə, zəngin sərvətlərə malik olması və Cavanşirin şəxsi nüfuzu idi. Xəlifə Cavanşirə bir sıra qiymətli hədiyyələr verdi və Sünik knyazlığının idarəsini də ona həvalə etdi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə