Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə66/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   68

 
232
Eki oğlı var idi. Bir oğlın verüb, biri qalmış idi. Gerü növbət 
tolanub ana gəlmişdi. Anası  fəryad edüb ağladı, zarlıq eylədi. 
Məgər xanım, Aruz oğlı Basat ğəzayə getmiş idi. Ol məhəldə 
gəldi. Qarıcuq aydır: «Basat şimdi aqından gəldi. Varayın, 
bolay ki, mana bir əsir verəydi, oğlancığım qurtaraydım», – 
dedi ( s. 99). Burada miqdar sayının azalan kəmiyyətdə növbəti 
dəfə  təqdimi (2–1=1) əvvəlki ifadə formasının davamı kimi, 
süjet xəttinin bədii sonluğa doğru inkişafı ilə  əlaqəlidir (bədii 
finala doğru bir addımdır). Qapaqqanın iki oğlundan birinin 
Təpəgöz əlində həlak olması, ikinci oğlunu da gözləyən bu cür 
aqibət oğul anasını kömək üçün Basata müraciət etməyə vadar 
edir. Və bu detal öz növbəsində konfliktin bədii həlli üçün açar 
rolunu oynayır. Ona görə də Təpəgözün əlində həlak olanların 
artması  və  Oğuz igidlərinin azalması ilə  əmələ  gələn tərs 
mütənasibliyi miqdar saylarının həmin cümlə vahidindəki ifadə 
üsulu daha aydın nəzərə çatdırır: 
 
    Dört oğlı olan birin verdi, üçi qaldı (4–1=3) 
    Üç olan birin verüb, eki qaldı (3–1=2) 
    Eki olan birin verdi, biri qaldı (2–1=1) 
 
 
Hər hansı informasiyanın cümlə vahidi hüdudunda 
reallaşması üçün müvafiq anlayışların daşıyıcısı olan potensial 
söz qrupları (isim, sifət,  əvəzlik, fel) bəzən kifayət etmir. 
İnformasiyanın obrazlı ifadə  məqamında bu, xüsusilə, vacib 
olduğundan belə situativlikdə  kəmiyyət adlarının iştiarkı da 
həmin məqsədi daşıyır. Saqın, qadın ana! Mənim üzərimə 
gəlmiyəsin! Mənim içün ağlamıyasan! Qoy bəni, qadın ana, 
çəngələ ursunlar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər
qırqğ bəg qızının öginə ilətsünlər! Anlar bir yedigində sən iki 
yegil! Səni kafərlər bilməsünlər, tuymasunlar. Ta kim sası 
dinlü kafərin döşəginə varmıyasan ( s. 47). Verilmiş nümunədə 
adi nitq normalılığı baxımından sayların işlənməsinə ciddi 
ehtiyac yoxdur. Odur ki, müvafiq cümlədə bu tipli forma 


 
233
dəyişikliyi yaratmaq tamamilə mümkündür: Anlar yedigində 
sən də yegil. Lakin sayların iştirakı cümlənin informasiya 
tutumunu daha güclü ifadə fonunda təqdim edir. Emosionallıq, 
ekspressivlik yaradır. Anlar bir yedigində sən iki yegil. 
 Saylar 
düşmən obrazını təyinləndirməyə xidmət edir və 
kontenkstdə  bədii təyindən çox düşmən tərəf haqqında zəruri 
informasiyanın daşıyıcısı olur. Oğul, oğul, ay oğul! Mənim 
ünüm anla, sözüm dinlə! Ol kafərin üçin atub birin yarmaz 
oqçısı olur ( s. 70). Burada da bədii ifadə planı bir növ aktual 
qalır və düşmən qüvvəsini emosional tonda (yumşaq  şişirtmə 
ilə) təsvir etmək məqsədini güdür. «Ol kafərin üçin atub birin 
yarmaz oqçısı olur» cümləsinin məntiqi belədir: kafər 
tərəfindən edilən üç həmlənin ikisi boşa çıxmır (ancaq biri 
nəticəsiz qalır). 
 
Konkret miqdar sayı müəyyənlik məzmununu daşıdığı 
kimi, bəzən qeyri–konkretlik də ifadə edir. Yəni sözün 
məzmun planı iki müxtəlif (hətta  əks olsa belə) anlayış üçün 
aktiv fon olur. Bu ondan irəli gəlir ki, müəyyən miqdar sayı 
fərqli leksik vahidlərin  əhatəsində ola, təbii ki, onun məzmun 
biçimini də  həmin kontekst müəyyən edə bilər. Üç gündür, 
yoldan gəlirəm, toyurın məni (III b., s. 62) cümləsində miqdar 
sayının məzmun planı konkretliyi ilə seçilir. Növbəti cümlədə 
isə  həmin miqdar sayı  həmin ampluada çıxış etmir: Üç günə 
varmasun, allah sevindirsün sizi (III b., s. 62). Buradakı sayın 
ifadə planı qeyri-müəyyənliyi ilə  səciyyələnir. Bunu hər iki 
cümlədə hadisələrin sıralanma ardıcıllığı da göstərir. 
Əsirlikdən qayıdan Beyrəyin üç günlük yol gəlməsi real və 
konkretdir. Ancaq bacıların sevinəcəyi müddət üç günə qədərki 
vaxt intervalıdır. Bu zaman məsafəsi bir günlə də ölçülə bilər, 
iki günü də əhatə edə bilər. Odur ki, verilmiş nümunədə üç sayı 
konkret olmayan miqdarı bildirir. Kəmiyyət bildirən sözdəki bu 
cür duallığı (müəyyənlik və qeyri-müəyyənlik) isə misra–
cümlələrin informasiya tutumları əmələ gətirir. 


 
234
 «Kitabi–Dədə Qorqud»un mətni üzərində apardığımız 
müşahidələrə  əsasən bədii mətndə yerinə yetirdikləri vəzifəyə 
görə sayları iki şəkildə qruplaşdırmaq mümkündür. Birinci 
qrupdan olanlar bədii mətnə ancaq quruluş elementi kimi 
xidmət göstərirlər. Burada sayların məna yükü ciddi funksional 
əhəsmiyyət daşımır, mətnin ümumi informAtivliyinə tabe olur. 
Misal üçün, saylar alliterasiya yaratmaq xatirinə mətndə işlənir. 
 
 Yigirmi 
bin 
ər yağı gördümsə, yılamadım. 
 Otuz 
bin 
ər yağı gördümsə, ota saydım. 
 
Qırq bin ər yağı gördümsə, qıya baqdım. 
 
Əlli bin ər gördümsə, əl vermədim. 
 Altmış bin ər gördümsə, aytışmadım. 
 
Səksən bin ər gördümsə, səksənmədim. 
 Toqsan 
bin 
yağı gördümsə, tonatmadım. 
 Yüz 
bin 
ər gördümsə, yüzüm dönmədim ( s. 117) 
 
 Prof. 
Ə.Dəmirçizadə yazır ki, bu parçada əslində olmuş 
birinci misra ilə ikinci misra birləşdirilmişdir. Çünki qayda 
üzrə sonuncu xəbər və ya xəbəri bu və ya digər  şəkildə 
aydınlaşdıran söz mütləq misranın başındakı say sözü ilə ilk 
səslərinə görə həmcins olmalıdır; halbuki «bin» sayı ilə «oyun» 
sözü arasında belə bir həmcinslik yoxdur. Diqqətlə yoxladıqda 
məlum olur ki, «oyun» sözü ilə belə bir həmcinslik «on» 
sayında vardır və ümumiyyətlə, buradakı misralarda say 10-10 
artırılır; buna görə  də birinci misra Bir min yaxud Bin-bin 
olanda, ikinci misra igirmi yox, on min olmalıdır. Bizim 
mülahizəmiz doğru isə, bu zaman belə bir nəticə  çıxarmaq 
lazım gəlir ki, əslində bu parçanın birinci misranı: Bin yaxud 
bir bin ərdən yağı gördümsə… dedim, ikinci misranı isə: On 
bin ərdən yağı gördümsə oyunum dedim – olmuşdur
1

                                                           
1
  Дямирчизадя  Я. «Китаби-Дядя  Горгуд»  дастанларынын  дили  (Тякрар  няшр). 
Бакы: Елм, 1999, с. 16-17 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə