Azərbaycan respublikasi təHSİl naziRLİYİ GƏNJƏ DÖVLƏt universiteti



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə61/68
tarix15.07.2018
ölçüsü1,21 Mb.
#55738
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

 
215
(KltŞ.25-26). Tanrı sözü Orxon türklərində (qədim türklərdə) 
xaqana aid təyin kimi də işlənirmiş. Tenri bilqe kağanka sakınu 
isiq, küçiq berseqim bar ermis erinç (Ong., sağ 10; tanrı müdrik 
xaqana düşünərək işimi, gücümü verməyim var imiş). 
Tədqiqatçılar dünyanın yaradılması ilə bağlı  qədim türk 
versiyası – qədim türk xaqanlığının insanların ilk etnik–siyasi 
təsisatı hesab olunması haqqında Kültiqin şərəfinə abidənin ilk 
xətti
1
 ilə xaqanın, xaqan hakimiyyəti kultunun yaranması 
arasında yaxınlıq görür (23, s. 144). Eyni baxış bucağı sonrakı 
dövr  yazılı abidələrdə  də özünü göstərir. «Kitabi–Dədə Qor-
qud»da: Xatun aydır: «Yigidim, bəg yigidim! Padşahlar tən-
rinin kölgəsidir. Padşahına asi olanın işi rast gəlməz» (IX b., s. 
105). «Kitabi–Dədə Qorqud»un mətnində tanrıçılıqla  əlaqədar 
təşəkkül tapmış sabit ifadə  və birləşmələr işlənir – parmaq 
götürmək («barmaq qaldırmaq»), acı tırnaq ağ yüzinə çalmaq. 
X  əsr  ərəb müəllifi  Əhməd ibn Fədlan Volqaboyu oğuzları 
haqqında yazır ki, oğuzlar and içəndə barmaqlarını göyə 
qaldırıb «bir tenqri» deyirdildər (3, s. 151; 22). Qədim türklərin 
teist görüşləri ilə bağlı bu detalın relikti islam dininə adaptasiya 
olunmuş  şəkildə «Kitabi–Dədə Qorqud»da müşahidə edilir. 
Kafər aydır : «Yigit, aman, sizin dinə  nə derlər, dinünə 
girdim», –dedi. Parmaq götürüb,  şəhadət gətürüb müsəlman 
oldı (IX b., s. 109). Müqayisə üçün deyək ki, M.Füzuli 
qəzəllərinin birindəki obrazlı təsviri də həmin detalın dini ritual 
elementi  olduğunu təsdiq edir: Mahi novdur, yoxsa sən etdikdə 
seyri–asiman,  Qalldırıb barmaq  gətirmiş asiman iman sana 
(9, s. 56; Səmadakı yeni aydır, yoxsa sən asimana baxıb onu 
seyr etdikdə göylər barmaq qaldırıb sənə iman gətirir). Acı tır-
naq ağ yüzinə çalmaq ifadəsi də  həmin dini–mifoloji sistemə 
aid ritualla əlaqədar yaranmışdır. Beyrəgin babası qaba sarıq 
                                                           
гейд
1
  Цзе  кюк  тенри  асра  йаьыз  йир  кылынтукда  екин  ара  киси  оьлы  кылынмыс. 
Киси оьлынта цзе ечцм–апам Бумын каьан, Истеми каьан олурмыш (КлтШ.1; 
Йухарыда  мави  эюй,  ашаьыда  гонур  йер  йарандыгда  икисинин  арасында  инсан 
оьлу  (илк  инсан – Й.Я.)  дцнйайа  эялмиш,  инсан  оьлунун  цзяриндя  Бумын 
хаган, Истеми хаган щаким олмуш).   


 
216
götürüb yerə çaldı. Tartdı, yaqasın yırtdı. «Oğul! Oğul!» 
deyübən yügirdi, zarlıq qıldı. Ağ birçəklü anası buldır–buldır 
ağladı, gözinin yaşın dökdi. Acı tırnaq ağ yüzinə aldı–çaldı
Al yanağın tartdı, qarğu kibi qara saçını yoldı (III b., s. 57). 
Səndən can dilərəm, ana, Canın mana verərmisən, Yoxsa 
«oğul, Dəli Domrul!» –deyü ağlarmısan? Acı tırnaq ağ yüzinə 
çalarmısan? Qarğu kibi qara saçın yolarmısan, ana? (Y b., s. 
82). Qədim türk yazılı abidələrindən bəlli olur ki, qədim türk-
lərdə  dəfn mərasimi ağlamaqla, qadınların üzlərini kəsməsi, 
saçlarını yolması ilə müşayiət olunurmuş. Bilgə xaqan şərəfinə 
abidədə: Bunça kazğanıp kanım kağan  ıt yıl onınç ay altı 
otuzka uça bardı. Bunça bodun saçın, kulkakın, yanakın bıçdı. 
(BxC. 10 və 12; Bunca qazanıb atam xaqan it ili onuncu ayın 
iyirmi altısında (25 noyabr 734-cü il) vəfat etdi. Bu qədər xalq 
saçını, qulağını, yanağını kəsdi). 
 

 

 

 
 
«Kitabi – Dədə Qorqud»un mətnində elə ifadələr var ki, 
etnogenetik zəminlə bağlı hadisələr burada simvolik 
kodlaşmalara məruz qalır. Onlardan ikisi Qazan xanla bağlı 
tez–tez işlədilən fərdi səciyyəyə malik sabit ifadələrdir – 
Türküstanın dirəyi, Qaraçuğın qaplanı.  Tülü quşun yavrısı, 
Türküstanın dirəgi, Amit soyının Aslanı, Qaraçuğın qaplanı, 
qonur atın ayası, xan Uruzın babası, xanım Qazan, ünüm anla, 
sözüm dinlə (II b., s. 63). Mətndən gətirdiyimiz nümunədən 
görünür ki, ifadələrdə xalqın etnik təfəkküründə özünə yer 
etmiş  zəruri genetik informasiyalar qorunub saxlanır. 
Məlumdur ki, İkinci Şərqi Türk Xaqanlığının süqutundan sonra 
qədim türk birliyinin müxtəlif etnos subyektləri bir–birinin 
ardınca təmərküzləşmiş strukturdan uzaqlaşır. YIII əsrdə Xəzər 
dənizinin  şərq hövzəsində  oğuz tayfa birliklərinə  əsaslanan 
Oğuz yabqu dövləti, X əsrdə Amu Dərya ilə Sır Dərya arasında 
karluq tayfa birliklərinin  əsasında Qaraxanlılar dövləti təşkil 
olunur, qıpçaq tayfa birlikləri müasir Qazaxıstanın cənub–


 
217
qərbini, Volqa və Donun aşağı axarlarını, Krımın çöl 
rayonlarını  əhatə edən böyük bir ərazidə – «Dəşti-Qıpçaq»da 
məskunlaşırlar. 
Həmin etnik–mədəni sistemin coğrafi hüdudlarını ilkin 
olaraq oğuzlar tərk edərək, qərbə doğru köç edirlər. Oğuzların 
yerdəyişməsi türklərin qərbə – Şərqi Avropaya doğru ən böyük 
köç dalğalarından biri hesab olunur. YIII əsrdə  oğuzların 
etnocoğrafi parametrləri Sır Dəryanın aşağı axarlarından qərbə 
– Xəzər dənizinə  və  İdil (Volqa) çayına qədər olan ərazini 
əhatə edir. Məhz bu ərazidə YIII əsrdən X əsrin II yarısına 
qədər davam edən dövlət – Oğuz dövləti təşkil olunur (16, s. 
161). Oğuzlar qərbdən Xəzər və bulqarlarla, şərqdən 
kaprluqların torpaqları ilə,  şimaldan  İdil çayı istiqamətində 
kiməklərlə (qıpçaqlarla), cənubdan müsəlman vilayətləri ilə 
qonşu idilər (20, s. 524). Oğuz ölkəsinin qərb hüdudlarını 
Xəzər dənizi, cənub hüdudlarını Aralın cənubu təşkil edir, şərq 
sərhədləri Mavəraünnəhrdə Buxaranın  şimalındakı çöldən 
başlayaraq  İsficaba (indiki Çimkənd yaxınlığında) qədər 
uzanırdı. Oğuz ölkəsinin şimal sərhədləri isə İdil çayına qədər 
idi (16, s. 54). 
Qədim türk dövrünün əvvəllərində  oğuzlar ictimai və 
siyasi həyatda sanballı  çəki qazanır. Orta əsr mənbələrində 
oğuz boylarına mənsub olmayan başqa türk dil subyektləri  
(məsələn: uyğurlar) bu etnonimlə («tokuz oğuz») tanınmış, 
Xəzərin  şərqindəki Karaçuk dağlarına (Sır Dəryanın orta 
yatağı) qədər uzanan əraziyə – XIII əsrdə türklərin Karakum 
adlandırdıqları çölə  həmin dövrün ərəb müəllifləri (Bəlxi, 
İstəxri və s.) «Məfazət  əl-Ğuziyyə», yəni «oğuz çölü» adını 
vermişlər. Bu fakt oğuz amilini mədəni mühit daxilində 
həlledici qüvvəyə çevrildiyini göstərir. Dövrün mənbələrində 
oğuz türkisindən funksional ədəbi dil kimi bəhs edirlər. XI 
əsrdə «Divani-lüğət–it-türk» müəllifi M.Kaşğari oğuz türkisini 
«öztürkcə» (yəni köktürkcə,  əsl türkcə), «dillərin  ən yenisi» 
adlandırır (18, s. 30), ondan mükəmməl və normalı  ədəbi dil 


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə