Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti NƏzakət hüseynova



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə8/37
tarix25.06.2018
ölçüsü1,02 Mb.
#51327
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

inək,  qoyun  qurbanı  verilir.  Ancaq  insan  qurbanı  faktına 

rast  gəlmək mümkün deyil.  Eyni zamanda  onların məişəti, 

yaşayış  tərzləri,  əxlaq  normaları  da  bu  dastanın  İslam 

dinindən əvvəl yarandığını deməyə əsas verir.

Ümumiyyətlə,  türk  xalqlarında  tarixən  elə  bir  əxlaq 

norması  mövcud  olmayıb  ki,  padşahın  qızı  ildə  bir  dəfə 

özünə nişanlı  seçsin,  bəyənmədiklərini qurban versin.

Batşcı kızı yıl hayın,

Teüzə hay lay berəühen;  (s.74)

Bütün  türk  xalqları  dastanlarını  izləsək  Türk  qızının 

(qadının)  yüksəklik,  paklıq,  hətta  yeri  gələndə  qəhrəman­

lıq  mücəssəməsi  kimi  təqdim  olduğunun  şahidi  olarıq. 

Türk  dastan  və  nağıllarında  igidlərin  öz  istəklisinə  qo­

vuşmaq  məqsədilə  keçdiyi  bütün  çətin,  hətta  həyatı  baha­

sına  başa  gələn  maneə  və  sınaqlar  türk  qadının  şərəf və 

ləyaqətinin  uca  tutulduğuna  bariz  misaldır.  Düzdür,  Ural 

batır  başqa  türk  dastan  və  nağıllarındakı  qəhrəmanlar 

kimi  öz  qüvvə  və  bacarığı  ilə  seçilən  layiqli  gəncdir.  Am­

ma  Qatil  şahın  qızı  hələ  onun  qəhrəmanlığından  xəbər­

sizdir və onu xarici görünüşünə görə seçmişdir.

Bu  dastanda  da  yuxarıda  qeyd  edilən  nişanlı  seçmə sı­

naq  süjeti  var.  Belə  ki,  Humaya  sahib  olmaq  üçün  Ağboz 

ata,  Ağboz  ata  sahib  olmaq  üçün  isə  70  batmanlıq  daşı 

barmaq  ilə  yerindən  tərpətmək  lazım  gəlirdi  ki,  bu  sınaq­

dan Ural çox müvəffəqiyyətlə çıxır.

«Türkçülüyün  əsasları»  kitabının  müəllifi  olan  Ziya 

Göyalp  əsərin  «Əxlaqda  türkçülük»  bölməsində  türk  qa­

dınını çox gözəl xarakterizə etmişdir:

«Əski  türklərdə cinsi  əxlaq  da  çox  yüksək  səviyyədə  idi. 

Yakutların...  doğum ilahəsi Ayzit idi. Ayzitin heç bir güzəşt 

qəbul  etməyən  bir  şərti  vardır:  İsmətini  qorumamış  qadın­

ların  yardımına  nə  qədər  yalvarırlarsa-yalvarsınlar  və  nə 

qədər qiymətli qurbanlar verirlərsə-versinlər, əsla gəlməz.

30

Əski  türk  qadınları  tamamilə  azad  və  sərbəst  olduq­



larına baxmayaraq, dəyərsiz işlərlə məşğul olmazdılar»1

Eyni  zamanda  bu  dastanın  feodal  münasibətlərinin  for­

malaşdığı bir vaxtda başa çatdığını və həmin dövrdə artıq üç 

əsrə yaxın  bir müddətdə  Başqırdıstanda  İslam dininin möv­

cudluğunu  nəzərə  alsaq  tədqiqatçıların  (A.N.Kireyev, 

A.İ.Xarisov)  bu  məsələdə  yanıldıqları  aydın  görünər.  Bu­

radan belə nəticə çıxarmaq mümkündür ki, İslam dini üç əsr 

müddətində  mövcud  olduğu  bir  zamanda  müsəlman  qa­

dınının  ildə  bir  ər  dəyişməsi  dini  nöqteyi-nəzərdən  qeyri- 

məqbul sayılmalıdır.

«Ural  batır»ın  «dirilik  suyu»  axtarışının  da  coğrafi 

ərazisi  məlum deyil.  Burada  cəhətlər (sağ və sol)  mövcud­

dur.  Sağda  Qatilin  torpağı,  yeraltı  dünya  və  solda  Göylər 

məkanı var.  Ola bilər ki, axtarış zamanı  Ural sağa hərəkət 

edərək  türk  (Başqırd)  torpağından  çıxıb  yad  etnosa  rast 

gəlmişdir.  Bu  məsələ  tədqiqatın  gedişində  geniş  açıqla­

nacaq.

Nəhayət,  tədqiqatçıların  bu  dastanın  yadelli  (monqol­



lara)  işğalçılara  qarşı  xırda  birliklərin  yarandığı  vaxtda 

başa  çatması  fikrini  aydınlaşdıraq.  Tarixdən  bəlli  olduğu 

kimi  monqolların  Başqırdıstanı  işğalı  1236—

cı  ildən  16-cı 

əsrin  axırına qədər davam  etmişdir2.  Buradan  belə qənaətə 

gəlmək  olar  ki,  Başqırd  tarixinin  bu  mərhələsində  mifik, 

əfsanəvi  dastan  yarana  bilməzdi.  Heç  bir  silah  növii  tanı­

mayan,  ovçuluqla  məşğul  olan,  ov  zamanı  əgər  balıq  tut­

maq  istəyirlərsə durna  balığından, quş ovlamaq  istəyirlərsə 

şahindən,  minik  vasitəsi  kimi  aslandan  istifadə  edən  (səh. 

2),  heyvan  qanını  zəli  vasitəsilə  sordurub  içki  kimi  istifadə 

edən  (s.56)  ibtidai  insanların  təsəvvürlərini  əks  etdirən 

əfsanəvi  dastan  tarixin  bu  yüksək  mərhələsində  yaranması 

məntiqə uyğun deyil.

Buna  baxmayaraq  bütün  artırmaları,  təhrifləri  ilə  bə-

1 Ziya  G öyalp.  «Türkçülüyün  əsasları»,  Bakı,  1991,  səh.  123.

2  ASE.  cild  II,  Bakı,  1977.  səh.  50

31



ıabor  dastan  mifikliyini  saxlamışdır  ki.  bu  da  ilk  insanla­

rın  animist  dünyagörüşünü əks etdirir.

«Ural  batır»  dastanına  ön  söz  yazan  A.S.Mirbədəlov 

burada  baş  vermiş  hadisəni  məşhur  dünya  daşqını  ilə  əla- 

qəndirir:

«Здесь  прослеживаются  отголоски  легенд  о  всемир­

ном  погоне,  о  возрождении  жизни  на  земле  после  по­

топа,  о  первой  паре  людей,  положивший  начало  челове­

ческому  роду!  Его  отец  Янбирде  и  мать  Японке, давшие 

жизнь Урал-батыру и  его брату Шульгену» 1

Düzdür,  Yanbirdo  ilə  Yanbikə  həmin  ərazi  üçün  daş­

qından  sağ  qalmış  yeganə  ailədirlər  və  onlar  həmin 

ərazi  üçün  ilk  nəsil  törədicisi  sayıla  bilərlər.  Amma  ba­

xaq  gö; ək  bu  daşqını  məşhur  diinya  daşqını  ilə  eyni­

ləşdirmək  nə  dərəcədə  düzgün  olardı.  Dastana  müraciət 

etdikdə  üç  dəfə  daşqınla  rastlaşırıq.  Birinci  daşqın 

Yaııbirdə  ilə  Yanbikənin  qurtulduğu daşqındır.

Er zən östərı kapkıp,

Кого ere hətkən hun;

Kaskan  -hosktm keşeler 

Ul tirənən kitkəıı him,

Ülüunqə iş kalınam,

Eşlərqə iş hıılmanı.

Kaskan keşe harzır,  tip,

Gürə/ıeıı,  uy lap torniam;

Kilkəndə u/ künnəne.  (s.,  (U)

M,ması:  yer  üzünü  su  basan  zaman,  insanlar  bu  ölkəni 

tərk  edərək,  başqa yerdə gizləndilər.  Burada  ölümdən  baş­

qa  heç  kəs  qalmadı,  ölüm  üçün  də  bir  iş  qalmadı.  Amma 

ölüm  heç  təsəvvür etməzdi  ki.  biz,  sənin  ananla  mən  qaçıb 

gizlənmişik.

İkinci daşqını  Şulgen  sehrli çubuqla  törədir:

/\.(  .Мпроа/ш.кж.  banııcnpcKiıii  народный  люе.  Москма.  1977, стр. 12

32

Şulgen tayak alğas ta..,

Ber yak kırğa sıkkan da,

Tayaktı her hukkan da,

Barıhın hıuzan hastırğan -  

Hələkətkə kaldırğan.  (s.,  ISO)

Mənası:  Şulgen  sehrli çubuğu ələ keçirdi.  Onu  yerə  vu­

raraq su daşqını əmələ gətirərək, dəhşət,  fəlakət törətdi.



Üçüncü  daşqın  isə  Şulgen  dönük  çıxıb  Qəhqəhənin  ya­

nma  qaçaraq  vəziyyəti  ona  danışdığı  zaman  yaradılır. 

Şulgen,  Qəhqəhə,  Zərkum  və  divlər,  yəni  şər  qüvvələrlə 

birlikdə  Urala  qarşı  elə  bir  müharibə  başlamaq  planı  ha­

zırlayırlar  ki,  göydə  quş  uça  bilməsin,  yerdə  insan  gəzə 

bilməsin.  Ona  görə  də,  yeri  suya  qərq  edirlər,  göyü  alova 

bürüyürlər.

Kük-Kümqək luu erkelqən,

Kük yəzəndə kıp-kızıl 

Yalkınlı ut hərkəlqən...

Küktə koş-kort o sa ima у 

Erzə her у ən torolmay 

Aptrağan,  al yağan  (s.,131)

Mənası:  Yeri  göm-göy  su  basdı,  göy  qıp-qızıl  oda 

büründü,  göydə  quş  uça  bilmədi,  yerdə  bir  canlı,  insan 

gəzə  bilmədi,  hamı qorxdu, əzab çəkdi.

Bu  süjetin  dünya  daşqını  ilə  yeganə  oxşar  cəhəti  odur 

ki,  onlar  su  daşqınından  sağ  çıxmış,  sonrakı  həyat  üçün 

yeni  nəsi  törədiciləridir.  Lakin  tipoloji  müqayisə  zamanı 

qarşıya  çıxan  fərqli  cəhətlər  bu  iki  daşqının  heç  əlaqəsi 

olmadığına sübutdur.



1-ci  fərq.  Bu  daşqının  da sonrakı  iki daşqına  bənzədiyi 

aydın  görünür.  Dastandan  göründüyü  kimi  bütün  daş­

qınlarda ödüm, div (yəni şər qüvvələr) fəal iştirak edir.

33



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə