TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
16
Məktəb riyaziyyatı məsələlərinin həllində alqoritmin blok- sxem
təsvir dilinin təlimi metodikası
Gəncə Dövlət Universiteti
K. Qaybalıyeva
Magistrant
Xülasə
Məqalədə məktəb riyaziyyatı məsələlərinin həllində blok- sxem təsvir dilinin təlimi
metodlarının istifadə edilməsinin didaktik təhlili aparılır.
Baxılan tədqiqatda , blok- sxem təsvir dilinin təlimi metodlarının didaktik
təhlilində, riyaziyyat kursuna istinad olunmuşdur.
Аннотация
В статье рассмотрены вопросы дидактического анализа, связанные с
развитием пространственного представления в преподавании математики
посредством блок-схем
В целом в статье показаны конкретные пути для развития этих
представлений в преподавании математики, посредством блок-схем.
Abstract
The article reviewed didaktikal analysis training process ,of the schools
mathematical , with blok-sxem training method .
This research examined the use of visual-spatial representation while solving
mathematical problems in the education prosess, with blok-sxem training method .
Açar sözlər: təlim metodu, tədris process, riyaziyyat
Ключевые слова: математика, процесс преподавания, метод
преподавания
Key words: training process, method education, mathematic
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
17
Proqramlaşdırılmanın öyrənilməsi məktəb riyaziyyat kursunu praktik
fəaliyyətlə yaxınlaşdırır və riyaziyyatın ayrı-ayrı bölmələrinin inkişaf
perspektivlərini
göstərir.
Alqoritmləşdirmə
elementləri
ilə
məktəb
riyaziyyatının məzmunu arasında münasibətlərin metodik reallaşması
alqoritmin blok sxem təsvir dilinin təliminin əsas məqsədidir. Məktəb
məsələlərinin həllində blok- sxem təsvir dilinin məzmunu və təlimi
metodlarının səmərəli istifadə edilməsi üçün 5-9-cu siniflərin riyaziyyat
kursuna istinad olunmuşdur.
Şagirdlərin alqoritmik mədəniyyətinin formalaşmasında alqoritmlərin
yazılmasının dil vasitələri ( sözlərlə geniş yazılış forması, hesablama sxemləri,
cədvəl və ya blok-sxem forması) əsas rol oynayır. Tədris prosesində tətbiq
edilən “alqoritmin təsvir dili”müasir alqoritmik mədəniyyətin tam və səmərəli
formalaşmasının real imkanlarını göstərir.
Bu məqsədlə bizim tədqiqatda məktəb riyaziyyat kursu məsələlərinin
həllində özünün əyaniliyi və əsasən asan qavranılması ilə alqoritmin digər təsvir
vasitələrindən fərqlənən blok- sxem təsvir vasitəsinə üstünlük verilmişdir.
Blok- sxem dilində alqoritmin təsvir metodları və vasitələrinə yiyələndikdə
bütün məktəb riyaziyyatı məsələlərinin həlli gedişini göstərmək olar.
Alqoritmin blok-sxem təsvir dili digər təsvir üsullarından aşağıdakı
imkanlarına görə üstündür:
1.
Alqoritmlərin blok-sxem dilində təsviri şagirdlərdə xüsusi hazırlıq
tələb etmir;
2.
Blok-sxem dilində məktəb məsələləri həllinin gedişini əyani, ayrı-qyrı
bloklarla, həll prosesini tam əhatə etməklə göstərmək olar;
3.
Şagird blok-sxem dilinə sərbəst yiyələnərsə onda bu kursun tətbiqi
istiqamətini alqoritm və onun xassələri haqqında təsəvvürlərin
dərinləşməsi baxımından gücləndirir. Məhz, xətti, budaqlanan, dövri
proseslərin yazılışında praktik biliklərin dərinləşməsi baş verir;
4.
Blok-sxem dilində yalnız hesablama prosesləri deyil, həm də qeyri
hesablama prosesləri əyani təsvir edilə bilər;
5.
Blok-sxem dili şagirdlərin bir hissəsi üçün gələcəkdə özünün praktik
fəaliyyətində
maşın dilində proqramların tərtibində istifadə
olunmasına real imkanlar yaradır.
TƏHSİLİN İNFORMATLAŞMASININ PEDAQOJİ VƏ PSİXOLOJİ
ƏSASLARI
Təhsildə İKT
18
Bu imkanlardan istifadə edərək bizim tədqiqatda alqoritmlərin təsvir
vasitələri və dillərinə yiyələnmək üçün məktəb riyaziyyatının məzmunu və
metodlarına blok-sxem dilinin tətbiqinə təşəbbüs göstərilir.
Blok- sxem dilinin istifadəsi üzrə tədqiqatın əsas məqsədi onun məktəb
riyaziyyat kursunda onun yerinin müəyyən edilməsidir. Blok-sxem təsvir dili
təhsilin məzmununu sadələşdirir, məktəb riyaziyyatını əyani və korrekt edir.
Məktəb riyaziyyatına alqoritmləşdirilməsinin daxil edilməsi aşağıdakı
müddəaların yerinə yetirilməsini nəzərdə tutur:
1.
Alqoritmləşdirmə təlimi məktəb riyaziyyatını daha yaxşı öyrənmək
üçün aparılır;
2.
O, peşəkar proqramçılar hazırlamaq məqsədi daşımır;
3.
Məktəb kursunda maksimum dərəcədə alqoritmik imkanlardan
istifadə olunur;
4.
Proqramlaşdırmadan bütün səviyyələr çıxarılır.
Alqoritmləşmənin bəzi səciyyəvi xüsusiyyətləini göstərək.
Alqoritmləşmə təlimi –alqoritmik əmrləri tərtib etmə bacarıqlarının
təlimidir. Elmi- texniki tərəqqinin təsiri ilə alqoritmləşdirmə metodları
haqqında ilkin təsəvvürlərlə birlikdə verilənlərin təşkili və işlənilməsi ümumi
məktəb təhsilinin məzmununa ciddiyyətlə nüfuz edir. Aşağıdakı vəziyyət buna
güclü təsir göstərir:
a)
Bu sahənin biliklərinin ümumtəhsil əhəmiyyətinin artması;
b)
Bu sahənin bir sıra mühüm məsələlərinin məktəbdə öyrənilməsi üçün
başa düşülən olması. Güman etməyə əsas vardır ki, alqoritmləşmə
haqqında ilkin təsəvvürlər və onunla əlaqədar məsələlər zaman
keçdikcə bu gün aktual hesab edilən ənənəvi məktəb riyaziyyatının
bəzi bölmələrindən daha mühüm əhəmiyyət kəsb edəcəkdir.
(M.P.Larçik....)
Yuxarıda deyilənlərlə əlaqədar qeyd etmək lazımdır ki, EHM üçün
proqramlaşdıma məktəb riyaziyyatının məzmununa blok-sxem dilinin intensiv
nüfuz etməsi üçün yol açmışdır. Məktəb riyaziyyatında blok-sxem dilinin
istifadəsi riyaziyyat məsələlərinin həlli üçün riyazi biliklərin daha yaxşı
mənimsənilməsi və onların istehsalatda tətbiqləri üçün böyük imkanlar yaradır.
Məktəb riyaziyyatında blok-sxem dilinin öyrənilməsi təlim prosesində
alqoritmik xəttin reallaşmasına kömək edir. Blok- sxemlər alqoritmlərin təsviri
üçün daha sadə olduqlarından onları məktəb riyaziyyatı məsələlərinin həlində
Dostları ilə paylaş: |