METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
40
cümlədən 97 növünü məməlilər təşkil edir. Ölkədə qeydə alınan heyvanların 58
növü sürünənlərdən ( 5 növ zəhərli ilan), 11 növü suda-quruda yaşayanlardan,
357 növü quşlardan, qalanı onurğasız heyvanlardan ibarətdir. Həşəratların 12
min növü yayılmışdır. Kür-Araz ovalığında və dəniz səviyyəsindən 500-600 m
hündürlüyə qədər sahələrdə (yarımsəhra və quru çöllərdə) quraqlıq
heyvanlarından dövşan, tülkü, çaqqal, cəld kərtənkələ, qırmızıquyruq qum
siçanı, Kiçik Asiya qum siçanı, ərəb dövşanı, quru tısbağası, gürzə, koramal,
çöl siçanı və s.-ə rast gəlmək olar. Qamışlıqlarda və sahil zonalarında çöl
donuzu, qamışlıq pişiyi, çaqqal, su siçovulu, su ilanı, bataqlıq qunduzu,
quşlardan vağ, soltan toyuğu, turac, qızılqaz, kəklik, ördək, qaşqaldaq yaşayır.
Respublikanın ərazisindən axan çaylarda çəki, çapaq, ilan balığı, sıf, xəşəm,
naxa və bobla kimi balıq növləri vardır.
Tuğay meşələrində heyvanat aləmi çöl donuzu, dovşan, tülkü, çaqqal,
porsuq, kirpi, ilan, kərtənkələdən ibarətdir. Bu ərazilərdə bayquş, ağacdələn, qu-
qu quşu, qaratoyuq və s. quşlar məskən salır. Ölkənin digər düzənlik
meşələrində və dağətəyi kolluqlarda həmçinin ayı, cüyür, vaşaq, sincab, maral,
vəhşi pişik, yenot, sağsağan, sarıköynək, ağacdələn yaşayır.
Meşələr heyvanlar aləmi ilə ən zəngin ərazilərdir. Burada maral, qonur
ayı, dağ keçisi, qarapaça, bəbir, dələ, vaşaq, meşə pişiyi, köpkər, porsuq, sincab,
oxlu kirpi, çöl donuzu vardır. Meşələrdə ağacdələn, kəklik, turac, qaraleylək,
qartal, bülbül, Qafqaz tetrası, Zaqafqaziya qırqovulu kimi quşlara və s.
heyvanlara rast gəlinir.
Yüksək dağ çəmənlikləri və qayalıqlar dövşan, tülkü, dağ keçisi, bəbir,
qar çiçanı, qarapaça, canavar, çaqqal, Xəzər uları, Qafqaz uları, kərkəs üçün
yaşayış yeridir. Bu ərazilərdə quşlardan toğlugötürən, göyərçin, kəklik,
bildirçin, alacəhrə, sürünənlərdən gürzə, kələz, quru qurbağasına rast gəlinir.
Xəzər dənizinin sahil rayonlarında, adalarda və şirin sulu göllərdə çoxlu
miqdarda köçəri və daimi yaşayan quşlara rast gəlinir.
Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq
ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helmintlər), 300 növdən
artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər,
311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda
yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər (o cümlədən
13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ
yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb.
Azərbaycanda 363 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı
daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən
METODİKA VƏ TƏCRÜBƏ
Təhsildə İKT
41
edilməyib. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir.
Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını
genişləndirməkdə davam edir. məsələn, kiçik və halqalı qur-qur quşu kimi.
Azərbaycanda qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdurlar.
Bunların 40%-i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər,
27%-i qışlayan və 10%-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.
Azərbaycanın ornitofaunası-xüsusilə də su-bataqlıq quşlarının növ tərkibi və
ekoloji qrupları da zəngindir.
Azərbaycan ornitofaunasından 36 növ quş Azərbaycan “Qırmızı
Kitabı”na, 23 növ Dünya “Qırmızı Kitabı”na daxil edilib. Azərbaycanda quşlar
üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su
sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov
edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması,
narahatçılır amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə
getməsi, istirahəti və s) neft çıxarılması və daşınması, elektrik xətləri və
başqalarıdır. Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün
Qızılağac və Ağgöl qoruqları təşkil edilib ki, burada 500 mindən çox quş
qışlayır.
Azərbaycanın zəngin faunasının qorunması daima ölkə rəhbərliyi
tərəfindən diqqətdə saxlanılıb. Bu səbəbdəndir ki, respublkikamızda nadir və
nəsil kəsilməkdə olan faunanümunələrinin qorunub saxlanılması məqsədi ilə
qoruq, yasaqlıq və Milli parklar yaradılır, onların əraziləri genişləndirilir.Bütün
dünyada olduğu kimi Azərbaycanda da nəsli kəsilən və kəsilməkdə olan fauna
növlərinin adı “Qırmızı Kitab”a salınır. Bu kitab nadir və nəsli kəsilmək
təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi
dövlət sənədidir. Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin
Azərbaycan Respublikasına mənsub olan sektorunda heyvan və bitki növlərinin
vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks
etdirir. “Qırmızı kitab”a 108 növ heyvan-məməlilərin 14, quşların 36, balıqların
5, amfibiya və reptiliyaların 13, həşəratların 40 növ və yarımnövləri daxil
edilib.
Bioloji növ müxtəlifliyinin əsas səbəbi regionun geoloji tarixi və
müxtəlif iqlim şəraitinin olmasıdır. Bəs Azərbaycan faunası biologiya
dərsliklərində öz əksini necə tapır? Bu suala cavab vermək üçün köhnə və yeni
biologiya dərsliklərinə göz gəzdirmək lazımdır. Bildiyimiz kimi yeni biologiya
dərslikləri kurikulum proqramı əsasında yazılmış və interaktiv təlim
metodlarının tətbiqi ilə öyrədilir. Bu vaxt ortaya belə bir sual çıxır:Bu üsul
Dostları ilə paylaş: |