KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
138
fiqurları müstəvi və fəza fiqurları olmaqla iki yerə bölünür. Komputerdə
müstəvi qrafik görüntülər və onların yaradılması texnologiyası İkiölçülü
qrafika (2D-qrafikası), həcmli qrafik obyektlərin yaradılması texnologiyası
üçölçülü qrafika (3D-qrafikası) adlanır. İnformatikada keçirilən üçölçülü
qrafika mövzusunu izah etmək üçün şagirdlərhəndəsədə keçirilən fiqurları
təkrarlayır, onların bir birindən fərqi sadalanır. Biz bilirik ki, müstəvi fiqurları
ikiölçülü qrafikada qurulur və şagirdlərdən hansı koordinat oxlarından istifadə
olunduğu soruşulur. Daha sonra fəza fiqurları və onların qurulduğu üçölçülü
qrafika təkrarlanır. Üçölçülü qrafika və fəza fiqurları həndəsədə X,Y,Z
koordinat oxları və XOZ, YOZ, XOZ müstəviləri vasitəsilə yaradılır.
İnformatikada üçölçülü qrafika yaratmaq və onlarla işləmək üçün müxtəlif
proqramlar yaradılmışdır. Tədris məqsədilə istifadə olunan 3D qrafikası Google
SketchUp proqramıdır. Bu proqram vasitəsilə şagirdlər fəza fiqurlarını quraraq
onlar üzərində əməliyyatlar aparırlar.
(informatika-VIIIsinif dərslik-səh:66)
İnformatika və riyaziyyat arasında inteqrasiya olunan bir digər mövzu
Tillər və Üzlər mövzusudur. Bizi əhatə edən bütün cisimlər tillərdən və
müxtəlif formalı üzlərdən təşkil olunur. Tillər və üzlər olmadan heç bir fiqur
mövcud ola bilməz. İnformatikada bu mövzu öyrədilərkən yenə Google
SketchUP proqramından istifadə olunur. Bu proqramda qurulan bütün fiqurların
əsasını tillər və üzlər təşkil edir. Müəllim dərsə başlamadan öncə şagirdlərdən
birini lövhəyə çağırıb kub çəkməsini tapşırır, kubun neçə tili və üzü olduğunu
soruşur, daha sonra ümumi şəkildə həndəsədə keçirilən üzlər və tillər haqqında
biliklər təkrarlanır.SketchUp proqramında işləyərkən tillər və üzlərlə bağlı bir
neçə vacib fakta diqqət yetirmək lazımdır.
1.
Tillər həmişə düz olur. SketchUp proqramında hətta qövslər və dairələr
də kiçik düz xətt parçalarından təşkil olunur. Həndəsə fiqurlarının da
tilləri düz xətt olur.
2.
Tillərin qalınlığı olmur. Ekranda necə görünməsindən asılı olmayaraq
tillərin heç bir qalınlığı olmur.
3.
Tillərin görünməməsi onların yoxluğu demək deyil. Sadəcə, onlar
gizlədilir; müəyyən formalar düzəltmək üçün bu üsuldan istifadə
olunur.Fəza fiqurlarının qurulması zamanı (kub, parale lepiped, prizma,
piramida) görünməyən tillər qırıq-qırıq xətlərlə verilir.
4.
Tillərsiz üz olmur. Üzün yaranması üçün bir müstəvi üzərində yerləşən
və qapalı kontur əmələ gətirən ən azı üç tilin olması vacibdir. Qapalı
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
139
kontur almaq üçün ən azı üç düz xətt tələb olunduğundan üzlərin də ən
azı üç tərəfi olmalıdır.
5.
Üzlər həmişə müstəvi şəklində olur. SketchUp-da əyri görünən səthlər
də çoxlu sayda müstəvi üzlərdən təşkil olunub.
Burdan da göründüyü kimi həndəsədə öyrədilən fiqurlar, onların
xassələrini bilmədən informatikada Google SketchUp proqramında heç bir
fiquru düzgün qurmaq olmaz.
(informatika-VIII sinif dərslik-səh:70)
(informatika-VIII sinif müəllim üçün metodik vəsait-səh:65)
Bundan başqa şagirdlər üçün riyaziyyatı-hesablamaları daha əyləncəli,
asan və maraqlı etmək üçün müxtəlif oyunlardan istifadə olunur. Bu oyunları
şagirdlər və valideynlər müxtəlif internet resurslarından yükləyə bilərlər.
Bunlara misal olaraq:
Math Play:
www.math-play.com/Pythagorean-Theorem-Game.html
Kids Numbers:
www.kidsnumbers.com/pythagorean-theorem-game.php
Game Pro Video:
www.mathplayground.com/MathApprentice/GamePro.html
(riyaziyyat-VIIIsinif müəllim üçün metodik vəsait-səh:9)
İstifadə olunan ədəbiyyat:
1.
(informatika-VIII sinif-müəllim üçün metodik vəsait-səh:3)
2.
(informatika-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8)
3.
(informatika-VIII sinif müəllim üçün metodik vəsait-səh:10)
4.
(riyaziyyat-VIIIsinif müəllim üçün metodik vəsait-səh:8)
5.
[www.anl.az/down/meqale/azerbaycan/azerbaycan/69130.htm]
6.
[ido.tsu.ru/ss/unit=356&page=1158]
7.
(
http://www.tehsilproblemleri.com/?p=1230
)
8.
(informatika-VIIIsinif dərslik-səh:66)
9.
(informatika-VIII sinif dərslik-səh:70)
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
140
Məktəb informatika kursunda verilənlər bazası – anlayışı
terminlərinin tətbiqinə dair
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Xankişiyeva Nərmin Mahir qızı
magistrant
dos. Həmidov Səid Seidağa oğlu
Резюме
В статье затронуты следующие вопросы информатики:
- база данных, создание базы данных;
- создание системы базы данных и управление базами данных;
- применение языка SQL для записи информации;
- система использования базы данных;
- понятие структуры базы данных.
Abstract
The article discussed the following issues of informatics:
- The database, create a database;
- Creation of a database system and database management;
- SQL language application for recording information;
- Use of the database system;
- The concept of the database structure.
Ключевые слова: информация, база данных, модель, схем, таблица,
структурирование.
Key words: information, the database, model, schemas, table, structuring.
Müasir həyatın bütün sahələrinə aid informasiya bolluğu mövcuddur.
Lakin səmərəli istifadə etmək üçün onların saxlanması zərurəti yaranır.
İnformatika elmində bununla əlaqədar “verilənlər bazası” anlayışı işlədilir
[3;16]. Verilənlər bazasını xüsusi proqram vasitələrindən istifadə etmədən də
yaratmaq olar. Məsələn, Excel elektron cədvəllər həmin vasitələrə aiddir. Lakin
bu vasitələr arasında müəyyən fərqlər mövcuddur. Onları qeyd edək:
Dostları ilə paylaş: |