Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə45/52
tarix14.07.2018
ölçüsü1,11 Mb.
#55500
1   ...   41   42   43   44   45   46   47   48   ...   52

KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
122 
 
İbtidai  siniflərdə  şagirdlərin  idrak  fəallığının  inkişafında  
qeyri-standart  və  əyləncəli  məsələlərin,  
kompüter oyunlarının  rolu 
 
 
 Nizaməddin  Əliyev 
pedaqogika üzrə fəlsəfə doktoru 
Bakı Slavyan Universiteti 
E-mail: bsu7272@gmail.com 
 
Аннотация 
В  статье    рассматривается  эффективность    нестандартных    и  
развлекательных    задач,а
 
также  компьютерных  игр      в  развитии 
познавательных  способностей  учащихся    в    начальных    классах.Попытки  
решить    нестандартных    задач    в  то  же  время, готовит    учеников  удобными  
способами    решить    стандартных    задач.  В  это  время,  мышлениеученик 
который 
проходитбольшинство 
этаповпознавательного 
процесса 
фундаментально  активизируется. 
 
Аbstract 
The  article  discusses  the  effectivenes    of      non-standard  and  entertaining,  also 
computer games    in the development of cognitive abilities of students in the primary 
school.  Attempts  to  solve  non-standard    tasks,  at  the  same  time,  prepares  students 
convenient ways to solve  standard  tasks. At this time, thinking of student who passes 
most of the stages of cognitive process is fundamentally activated. 
 
Ключевые    слова:  Начальное  образование,  исследование,  нестандартное, 
когнитивный, активный 
Keywords: Primary education, study, non-standard, cognitive, active 
 
Şagirdlərin    tədqiqatçılıq    qabiliyyətinin    inkişaf    etdirilməsi    ibtidai  
təhsilin   qarşısında   duran   vəzifələrdən   biridir.  Onun   yerinə    yetirilməsində  
riyaziyyat  fənninin  xüsusi rolu  vardır. 
Riyaziyyatdan  məsələ  həlli  prosesində  fəal  (interaktiv)  təlim  metodu  
şagirdlərin  fəal  və  idrak  fəaliyyətinə  əsaslanan  və  bir-biri  ilə  əməkdaşlıq  
şəraitində    həyata    keçirilən    təlimi    nəzərdə    tutur.  Fəal    (interaktiv)    təlim-


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
123 
tədrisin  və  idrak  fəaliyyətinin  təşkili,  idarə  olunması  metodlarının  
məcmusudur. Məsələ  həlli  idarə  olunması  prosesində  fəal  (interaktiv)  təlim  
metodlarından  istifadə  üçün  aşağıdakı  cəhətlər  səciyyəvidir: 
-
 
müəllim    tərəfindən    şüurlu    surətdə    idrakı    problem    situasiyasının  
yaradılması; 
-
 
məsələ    həlli    prosesində    şagirdklərin    fəal    tədqiqatçı    mövqeyinin  
stimullaşdırılması; 
-
 
şagirdlərdə    məsələnin    həll    edilməsi    və    mənimsənilməsi    üçün  
şəraitin  yaradılması. 
Bu  yanaşmanın  mahiyyəti  ondadır  ki,  həll  olunan  məsələ  şagirdlərin  
yaddaşına  təkcə  yeni  elmi  biliklərlə  (informasiya  ilə) zənginləşdirilməsinə,  
həllin  “hazır”  şəkildə  qavranılmasına  deyil,  həm  də  təfəkkürün  müntəzəm  
inkişaf  etdirilməsi  əsasında  daha  çox  məsələnin  müstəqil  surətdə  həllinin  
əldə  edilməsi  və  mənimsənilməsi,  ən  mühüm  bacarıq  və  vərdişlərin,  şəxsi  
qabiliyyət    və    keyfiyyətlərin    qazanılmasına    yönəlib.  Bu    zaman    şagirdlər  
müəllimin    rəhbərliyi    altında,    xüsusi    seçilmiş,    asan    başa    düşülən    və  
yaddaqalan,    məsələ    həlli    prosesində    fakt    və    hadisələrin    səbəb-nəticə  
əlaqələrini,  qanunauyğunluqlarını  aşkar  etməyi,  nəticə  çıxarmağı,  mühüm  
və  dərin  ümumiləşdirmələr   aparmağı  öyrənirlər. Əgər  şagird  məsələ  həlli  
zamanı  öz  istəyinə  çatırsa,  onda  o,  digər  məsələyə  yaradıcı  və  maraqla  
yanaşır,  həll  etdiyi  məsələlər  uzun  müddətə  və  möhkəm  mənimsəyir. 
Fəal      (interaktiv)    təlim    müasir    tədrisin    başlıca    vəzifələrindən    biri  
olan    öyrənməyi    öyrətmək    prinsipinə    yönələrək    bilikləri    müstəqil    əldə  
etməyə  imkan  yaradır. Fəal  təlimin  nəticəsində  biliklər  şagirdlər  tərəfindən  
daha    müstəqil,    sərbəst    (o    cümlədən    məsələ    həlli)    qavranılır    və  
mənimsənilir.  Məsələ    həlli    zamanı    şagirdlərdə    məntiqi,    tənqidi,    yaradıcı  
təfəkkür    inkişaf    edir.  Habelə    məsələlərin    həlli    prosesində    qərar    qəbul  
edilməsi,    nəzəri   və  praktik   məsələlərin   əlaqəli  qavrayışı  üzrə   vərdişlər,  
elmi    tədqiqat    vərdişləri    və    geniş    dünya    görüşü    formalaşır,    qarşılıqlı  
hörmət  hissi  və  əməkdaşlıq  vərdişləri  aşılanır. 
Fəal  (interaktiv)  təlimin  üstünlüklərinə  baxmayaraq,  müəllim  ənənəvi  
(interaktiv-illüstrativ  və  reproduktiv)  metodların  istifadəsindən  tam  imtina  
etməməlidir.  Verilmiş    məsələnin    məqsədindən,    məzmunundan,    şagirdlərin  
hazırlığından  asılı  olaraq  müəllim  öz  seçimini  etməlidir. Məsələn,  müəllim  
məsələ    həlli    vasitəsilə    bacarıq    və    vərdişlərin    formalaşması    məqsədini  
qoyursa,  o  daha  çox  reproduktiv  metodu  üstün  tuta  bilər. Əgər  verilmiş  
məsələ  çox  mürəkkəbdirsə,  çoxlu  sayda  yeni  anlayış  və  məlumatları  tələb  


KOMPUTER TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
124 
edirsə,  bu  zaman  ənənəvi  (izahedici  illüstrativ)  metod  daha  çox  səmərə  
verə    bilər.  Interaktiv    iş    formalarının    məsələ    həllinə    tətbiqini    nəzərdən  
keçirək. 
Məsələ  həlli  prosesində  cütlük  şəklindəki  işin   bu  forması  zamanı  
şagirdlər  məsələ  üzərində  cüt-cüt  işləyirlər  ki: 
1.Hər  hansı  bir  məsələnin  həllində  bir-birinə  kömək  etsinlər. 
2.Həll  etdikləri  məsələ  barədə  fikir  mübadiləsi  aparsınlar. 
3.Qarşılıqlı  yoxlama  keçirsinlər. 
Bu    halda    şagirdlərin    müxtəlif    nöqteyi-nəzərlərinin    müqayisəsi    və  
əlaqələndirilməsi,  onların  bir-birinə  qarşılıqlı  köməyi  tələb  olunur. 
Təlimin  qrup  forması  fəal  təlim  şəraitindəki  işin  əsas  formalarından  
biridir. Qrup  şəklində   məsələ   həll  edərkən   “müəllim-şagird”  dialoqundan  
imtina    edilməsini      və    müəllim-qrup-şagird”    üstünlüyündən    qarşılıqlı  
münasibətinə  keçməyi  nəzərdə  tutur. Məsələnin  şagirdlər  tərəfindən  birgə  
həlli   nəinki  əməkdaşlıq   və   müxtəlif  problemləri   bir   yerdə   həll  etməyi  
öyrədir,  həm  də: 
1)Məsələ    həlli    zamanı    hər    bir    şagirdin    idrak    prosesinə    cəlb  
edilməsini  təmin  edir; 
2)Məsələnin  həlli  ilə  bağlı  hər  bir  şagirdə  öz  fikrini  söyləmək  və  
başqalarını  dinləmək  imkanı  verir; 
3)Şagirdlər    məsələ    həllində    müxtəlif    baxışların,    yanaşma    və  
metodların  mövcudluğunu  göstərir. 
Bu    da    öz    növbəsində    hər    bir    şagirdin    məsələ    həlli    zamanı    öz  
bacarığını    nümayiş    etdirməsi,    özünə    inam    artması,    özünü    tam    dəyərli  
şəxsiyyət  kimi  dərk  etməsi,  müstəqil  şəxsiyyət  kimi  inkişafını  təmin  edir. 
Bütün  siniflə  birgə  iş  formalarının  fəal  (interaktiv)  təlimdə  istifadəsi  
də  zəruridir. Ənənəvi   frontal  sorğudan   fərqli   olaraq,  bütün  siniflə   birgə  
məsələ    həlli    zamanı    şagird    öyrənilmiş    məsələlərin    həlli    ilə    kifayətlənə  
bilmir,  o  əldə  olunmuş  məlumatlardan  istifadə  və  ya  tətbiq  edərək  yeni  
həll  yollarını  axtarır  və  tətbiq  edir. 
İbtidai    siniflərin    riyaziyyat    təlimində    məsələlərin    mətnini    verilən  
tələblər    əsasında    dəyişmək    və    ya    verilən    həllərə    görə    mətnlərdə  
dəyişikliklər  etmək  şagirdləri  tədqiqat  aparmağa  sövq  edir.      
İbtidai  məktəb  riyaziyyat  kursunu  daha  maraqlı,  şagirdlər  üçün  asan  
öyrənilən    etmək    üçün    səmərəli    yollardan    biri    də    qeyri-standart    və  
əyləncəli    məsələlərdən,  kompüter  oyunlarından  istifadə    etməkdən    ibarətdir. 
Təcrübə  göstərir  ki,  belə  məsələləri  ibtidai  məktəb  şagirdləri  daha  maraqla  


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə