KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
113
İstismar, modernləşdirmə, utilizasiya mərhələsində konyunktura və
marketinq informasiyası tələb olunur.
Bundan əlavə, istehsalçı tərəfindən yaradılan sənaye və intellektual
mülkiyyətin hüquqi qorunması labüddür, o cümlədən patent vəziyyəti barədə,
patentləşmənin həyata keçirilməsi, lisenziyalaşdırma, ekspertiza haqqında
informasiya da tələb olunur; lisenziyanın və digər firmaların “nou-xau”larının
əldə edilməsinin məqsədəuyğunluğu barədə; innovasiya siklinin intellektual
məhsullarının kommersiya xarakterli istifadəsi imkanları barədə: kəşflərin
patentləşdirilməsi, prinsipial sxemlər, nəşrlər, məhsulların maketləri,
nümunələr, çertyoj-konstruktor sənədləri, texnoloji nümunələr, texnoloji
sənədləşmə, istismar sənədləri, utilizasiya texnologiyası, qanunvericilik və
normative aktlar və onların praktiki tətbiqi barədə məlumatlar bu qəbildən
hesab edilir.
Mütəxəssislər üçün nəzərdə tutulmuş informasiyaya aşağıdakılar aid
edilir:
informasiya sistemlərinin sistemaltları və təminat vasitələri haqqında
informasiya, onların arasında texniki vasitələri fərqləndirmək olar (komputerlər,
telekommunikasiya avadanlıqları, təşkilati texnika, tərkib materialları, yəni
komplektləşdirən materiallar);
proqram məhsulları (müxtəlif istiqamətli proqram kompleksləri –
peşəkardan tutmuş, təcrübəsiz komputer istifadəçisinə qədər: system proqram
təminatı, ümumi istiqamətli proqramlar, konkret mənsubiyyət sahəsində
funksiyaların həyata keçirilməsi üzrə tətbiqi proqram təminatı və s.);
informasiya sistemləri və texnologiyalarının işlənib hazırlanması və
müşayiəti haqqında informasiya (təşkilatların informasiya mənbələrinin aşkar
edilməsi məqsədilə apardıqları təhlil, proqram kompleksinin quruluşunun
işlənib hazırlanması, məlumatlar bazasının (MB) yaradılması və müşayiəti;
informasiya sənayesinin müxtəlif aspektləri üzrə konsultasiyalar alma
barədə informasiya (hansı informasiya texnikasını almaq lazımdır, peşəkar
fəaliyyətin həyata keçirilməsi üçün hansı proqram təminatı tələb olunur,
informasiya sistemi lazımdırmı və öz fəaliyyətini hansı informasiya
texnologiyası bazasında təşkil etmək daha yaxşı olar və s.);
informasiya mənbələrinin hazırlanması haqqında məlumat (verilmiş
mövzu, sahə, hadisə və s. üzrə MB-nın yaradılması).
Maarifləndirici informasiya tədris xarakteri daşıyır və komputer və
qeyri-komputer növündə təqdim oluna bilər: tədrisin bütün forma və dərəcələri
üçün dərsliklər, metodiki vasitələr, praktikumlar, inkişaf etdirici komputer
KOMPUTER TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
114
oyunları, tədris edən və nəzarət edən komputer sistemləri, tədris metodikaları və
s.: məktəbə qədər, məktəb, xüsusi, orta peşəkar, ali, yüksək ixtisaslaşma və
təkmilləşdirmə.
Bu növ informasiya təcrübə və zamanla daha çox sınaqdan keçirilmiş
hesab olunur və insan fəaliyyətinin əsas təməlli məlumatlarını özündə əks
etdirir.
Cəmiyyətin informasiyalaşdırılmasının pozitiv təsirləri ilə yanaşı, mənfi
cəhətləri də mövcuddur. Belə ki, bir çox ölkələrdə alimlər bəyan edirlər ki,
kütləvi kommunikasiya sahəsində texniki proses bəzi hallarda cəmiyyətin sosial
tənəzzülünə gətirib çıxarır, çünki bəzən əsrlərlə yaradılmış sosial
kommunikasiya əlaqələrini pozurlar.
Texnologiyalar əsri olan müasir dövrümüzdə İKT sektorunun
genişləndirilməsinə, bu şəbəkədə çalışacaq ixtisaslı kadr və proqramçıların
hazırlanmasına dövlət səviyyəsində diqqət artırılır.
İndi ölkə ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində
fənlər İKT -nin imkanlarından istifadə edilməklə tədris olunur. Pedaqoji
kollektivlər məktəblərdə elektron kitabxanalardan, dərsliklərdən geniş istifadə
edirlər. Hər il yüzlərlə müəllim İKT kurslarına cəlb olunur. “Hər şağirdə bir
komputer” çağırışı həyata keçirilir.
Ölkəmizdə elektron hökumət qurulmasına hazırlıq məqsədilə maraqlı
tədbirlər hazırlanır, tətbiq olunur.
Son illərdə Respublikada Təhsilin İnformatlaşması sahəsində həyata
keçirilən köklü islahatlar özü-özlüyündə İKT infrastrukturunun inkişafı ilə sıxı
sürətlə bağlıdır.
Öz növbəsində milli təhsil sistemində İKT infrastrukturunun inkişafı bir
sıra prioritet istiqamətlər üzrə həyata keçirilmişdir.
Ölkədə
innovasiya
iqtisadiyyatının
formalaşdırılması
və
təkmilləşdirilməsi innovasiya infrastrukturunun və potensialının struktur
dəyişiklərini labüd edir. Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı
“Qlobal Rəqabətlilik 2013- 2014 hesabatında” 4,51 balla 39-cu yerə yüksəlib.
2010-2011-ci illərdə rəqabətqabiliyyətliliyi reytinqində Azərbaycanın mövqeyi
57-ci yer olduğu halda, 2013-2014-cü illərdə 39-cu yerdə qərarlaşıb.
Azərbaycan makroiqtisadi mühit göstəricisinə görə 148 ölkə arasında 8-ci,
əmək bazarının effektivliyi göstəricisinə görə 30-cu, texnoloji hazırlıq və
innovasiya səviyyəsinə görə 50-ci yerləri tutub.
Ölkədə informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı
ilə bağlı görülən işlər nəticəsində 2003-2009-cu illərdə ölkədə İKT sektoru üzrə
Dostları ilə paylaş: |